II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
420
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İEÖ-lər, 5%-ni isə İEOÖ-lər reallaşdırmaqdadır. Ayrıca İEÖ-lərdə bu xərclərin əsas hissəsi özəl sektor, İEOÖ-lərdə isə
dövlət sektoru tərəfindən ayrılır.
Bir ölkədə iqtisadi artımla insan kapitalı arasında funksiyonal bir münasibət, paralel bir əlaqənin mövcüdluğu bir çox
tədqiqatda ortaya qoyulmuşdur. Mushkin apardığı emprik tədqiqatda iqtisadi inkişaf prossesində təhsil və səhiyyə sahə-sinə
eyni müddət aralığında qoyulan investisiyaların müsbət təsirlərini ortaya qoymuşdur. Bu çərçivədə sağlam və təhsilli fərdlərin
cəmiyyətdə istehsalçı və istehlakçı olaraq daha rasional davrandıqları təsbit edilmişdir. Ümumilikdə təhsil iqti-sadi
inkişafda mühüm bir faktor olmaqla birlikdə, Yaponiya və Almaniya nümunəsində olduğu kimi, inkişaf etdirilmiş insan
kapitalına malik ölkələrin daha sürətli bir inkişaf trendinə girdiyi inkar edilməyən bir reallıqdır. Eyni şəkildə Asya
Pələngləri olaraq adlandırılan ölkələrdən Maleziya, Tayland və C.Koreya da davamlı şəkildə insan kapitalının inkişafına
fokuslanmış siyasət yürutməklə bugünkü səviyyəyə gəlmişdir.
Digər tərəfdən Barro kimi iqtisadçılara görə insan kapitalı baxımından güclü olan ölkələr texnologiyadan daha sə-
mərəli şəkildə istifadə etməklə məcmu istehsal amili səmərəliliyini daha çox artırmaqla iqtisadi artımı sürətləndirəbilər. Bu
artımla əldə olunan gəlir artımı hökümət tərəfindən təhsil, səhiyyə, mənzil təminatı, yoxsulluğa qarşı mübarizə, regio-nal
disbalansla mübarizə kimi sahələrə yönləndirilirsə bu halda insan kapitalının səviyyəsi daha da artacaqdır.
Nəticə olaraq yuxarıda da ümumi çərçivəsi ortaya qoyulan insan kapitalı ilə iqtisadi inkişaf arasındakı pozitiv əlaqə bir
çox tədqiqatçı tərəfindən nəzəri və empirik çərçivədə ortaya qoyulmuşdur. Bu durum 20 ildən bir qədər çox müstə-qillik
keçmişinə sahib olan Azərbaycan iqtisadiyyatı baxımından da çox mühüm bir məsələ olaraq qarşıda durmaqdadır. Belə ki,
müstəqilliyin əldə edildiyi ilk illərdəki çətin iqtisadi situasiya, zaman içində "Əsrin Anlaşması" və digər neft müqavilələrinə
bağlı olaraq yerini iqtisadi artıma buraxmış və Azərbaycan sürətli iqtisadi artım tempi ilə son illərdə diqqət çəkən bir ölkə
olmuşdur. Yalnız buna baxmayaraq bu hal resurs zəngini olan ölkələrdən biri kimi Azərbaycanın ən ak-tual
məsələlərindən olan dayanıqlı iqtisadi artımın təmin olunması məsələsinin həll olunması demək deyildir. Bu baxım-dan həm
ələ alınan nəzəri və empirik tədqiqatlar, həm də bir çox İEÖ-də keçmişdən bu günə əldə edilən iqtisadi tərəqqidə insan
kapitalının lokmotiv rolu danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan iqtisadiyyatında insan kapitalının inkişafı
istiqamətində bugün atılan bir sıra strateji addımlar davam etməli, eyni zamanda məsələnin elmi əsaslandırılması istiqa-
mətində sözü gedən tədqiqat və ölkə nümunələri diqqətlə ələ alınmalı və ölkə reallıqlarına uyğun inkişaf siyasəti davamlı
şəkildə təkmilləşdirilməlidir.
Dostları ilə paylaş: |