Microsoft Word Materiallar Full


UŞAQLARIMIZI STRESDƏN NECƏ QORUMALIYIQ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə750/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   746   747   748   749   750   751   752   753   ...   1149
UŞAQLARIMIZI STRESDƏN NECƏ QORUMALIYIQ 

 

Ulduz MƏMMƏDRZAYEVA 

Qafqaz Universiteti  



star.mva.89@mail.ru 

 

Həyatımızın ən vacib hissəsi bizim övladlarımız, gələcəyimizin davamçılarıdır. Uşaqlar ətrafda baş verənlərə böyüklərin 



təsəvvür edə bilmədikləri qədər həssas yanaşırlar. Hər şey onlara daha tez təsir edir.Bəzən böyüklərə elə gəlir ki, uşaqların 

problemləri olmur. Bütün günü öz aləmlərindədirlər, heç nəyi fikirləşmirlər, istədikləri hər bir şey həyata keçir və s. kimi 

düşünənlər də az deyil. Əslində bu, belə deyil. Uşaqların da öz kiçik dünyalarını narahat edən problemləri, düşündürən, 

kədərləndirən və həyəcanlandıran mövzuları vardır. 

Ən yanlış düşüncə tərzi: “Əşi, uşaqdır!” 

Aparılan araşdırmalara görə, stress uşaqlara böyüklərdən daha çox təsir edir. Uşağa yetərincə diqqət ayrılmaması, 

problemlərinin həll edilməməsi onlara psixoloji olaraq pis təsir göstərir. Uşaq fikrini və problemlərini bölüşə bilməyəndə 

içinə qapanır, ətrafdan küsür, stressə düşür. 

Stress getdikcə  uşaqdan böyüyə kimi hamının qlobal probleminə çevrilir. Ümumi mənada stress insana güc gələn

təzyiq edən, çıxılmaz, çarəsiz bir yola sürükləyən, insanı  kədərləndirən, sinir sisteminə,  əsəblərinə  mənfi təsir göstərən 

həyat hadisələridir. 

Stress, onunla mübarizə yolları, stressi azaldan qidalanma rejimi haqqında çox geniş  məlumatlar vardır. Bu dəfə  sırf 

uşaqlarda müşahidə edilən stressdən, mübarizə yollarından qısa olaraq  məlumatları  nəzərinizə çatdırmaq istərdim. 

 Uşaqlarda stressi yaradan səbəblər hansılardır? 

Psixologiya ve Konsultasiya Mərkəzinin Uşaq psixoloqu sahəsində çalışan bir sıra əməkdaşları Azerbaycanda uşaqların 

stressə düşməsinin ilkin səbəbini ananın hamiləlik dövrü keçirdiyi stresslə bağlayır. “Hamiləlik vaxtı stress yaşayan ana, 

bunu hamiləliyinin 3-cü ayında körpəsinə keçirir. Tibbi narahatlıqlar da stressin yaranmasına səbəb olur. Gənc analarımız 

hamiləlik dövründə stressdən uzaq olmağa çalışmalıdırlar. Ən önəmli faktorlardan biri isə istənilməyən uşaqların dünyaya 

gəlməsidir. Hər bir uşaq ana bətnində sevilib-sevilmədiyini anlayır”. 

Ailə uşaqlar üçün çox böyük bir aləmdir. Bu aləmdə baş verən ən kiçik hadisə, problem belə, onların psixologiyalarını 

daha tez zədələyir. Valideynləri ilə həmişə birlikdə olmaq, onlarla daha çox vaxt keçirmək hər bir uşağın arzusudur. Həkim 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   746   747   748   749   750   751   752   753   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin