Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə746/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   742   743   744   745   746   747   748   749   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

417 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

18-19, April 2014, Baku, Azerbaijan 

 

 

PROCEEDINGS 

SECTION II 

PHILOLOGICAL SCIENCES 

 

 

PEDAGOGY

 

 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

418 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ÖZƏL TƏHSİL SİSTEMİNDƏ KADR HAZIRLIĞININ ƏMƏK BAZARININ    

TƏLƏBLƏRİNƏ UYĞUN YAXŞILAŞDIRILMASI 

 

Abdullah CANTÜRK 

AMEA, İqtisadiyyat İnstitutu 



canturkbaku@yahoo.com 

 

Təqdim olunmuş tezisdə özəl ali təhsil müəssisələrində kadr hazırlığının əsas cəhətləri araşdırılaraq respublikada olan 



əmək bazarının tələbləri ilə müqayisə edilmişdir. Qeyd edilmişdir ki, özəl təhsil sisteminin nəzəri-metodoloji və iqtisadi 

qiymətləndirmə baxımından elmi araşdırılması kadr hazırlığı prosesində bu sistemə kompleks yanaşaraq onun həm daxili, 

həm də xarici effektləri dərindən nəzərdən keçirilməlidir. Bundan başqa tezisdə vurğulanılır ki, kadr hazırlığı sadəcə dövlət 

planı əsasda deyil, həmçinin il ərzində əmək bazarında dəyişən şəraitə uyğun həyata keçirilməli və yerinə yetirilməlidir.  

Məlumdur ki, kadr hazırlığını bir sistem olaraq inkişaf etdirilməsi  əmək bazarının daxili təbiəti, onun dəyişən mühitə 

uyğun dəyişən tələbləri diqqətə alımasa demək olar ki, mümkün deyildir. Məqsəd bu prosesdə kadr hazırlığının səmərə-lilik 

meyarı baxımından iqtisadiyyatda oynadığı rolu qaldırmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, əmək bazarının kadr 

hazırlığı prosesində özəl təhsil sisteminə etdiyi təsirləri mexanizm olaraq güclüdür. Lakin, bu prosesdə  təsirlərin 

öyrənilməsi kifayət etmir. Belə ki, kadr hazırlığı prosesi əmək bazarının tələbləri baxımından özəl təhsil üçün nə qədər də 

ikinci planda görsənsə də bu fikrin bir o qədər də düzgün olmadığı anlaşılmışdır. Bunun əsaslandırılması, kadr hazır-lığının 

əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün hesab edirik ki, hər bir ölkədə  əmək bazarının vəziyyəti dərin-dən 

öyrənilməli və tədqiq edilməlidir. Xüsusən də ilikn mərhələdə daxili əmək bazarının xüsusiyyətləri və cəhətləri də-rindən, 

tam olaraq anlaşılmalıdır. 

Kadr hazırlığı prosesində xüsusilə önəm daşıyan əmək bazarının daxili tipi elə əmək bazarını xarakterizə edir ki, burada 

kadrların eyni müəssisə və təşkilatda çalışması üçün zəruri olan ixtisas və peşələr üzrə hazırlanması nəzərdə tu-tulmalıdır. 

Bu səbəbdən də belə tip əmək bazarının şərtləri daxilində hazırlanmış olan kadrlar monokadr statusuna malik olur və onların 

başqa firma və müəssisələrdə yerləşdirilməsi qeyri-mümkün olur. Demək, özəl təhsil sistemi üzrə kadr hazırlığı,  əmək 

bazarının tələbləri, onun ilkin olaraq mövcud tiplərinin mexanzim elementləri dərindən təhlil edilərək effektli şəkildə 

reallaşdırıla bilər. Burada təhsil sistemi sanki, tədris prosesindən uzaqlaşaraq real iqtisadiyyatın tələblərinəuyğunlaşmağa can 

atması kimi görsənə bilər. Belə hal fikrimizcə, respublikamızın özəl təhsil müəssisələri üçün ən doğal hal kimi qəbul 

edilməlidir.  

İkincisi, kadr hazırlığı prosesində özəl təhsil sistemlərinin nəzərdə tutacağı vacib tip əmək bazarının xarici tipidir. Qeyd 

olunanlar onu ifadə edir ki, kadrların hazırlanması ilkin olaraq əmək bazarının daxili tipinin tələbləri, daha sonra isə elmi-

texniki potensial imkan verdikcə xarici tipinin tələbləri nəzərə alınaraq reallaşmalıdır. Çünki, dəyişən mühit və iqtisadi 

vəziyyətə uyğun olaraq həm daxili, həm də xarici əmək bazarında daha yüksək kadr axıcılığı müşahidə oluna bilər. Bu 

məsələlər respublikamızın görkəmli iqtisadçılarından olan professor Şahbaz Muradovun elmi tədqiqat  əsərlərindəqabarıq 

şəkildə özə  əksini tapmışdır. Onun fikrincə “cəmiyyətdə iki əmək bazarı modelinin mövcud olması burada müx-təlif peşə 

təhsili modelinin olması  zərurətini də ortaya atır. Çünki, xarici əmək bazarı  işçilərin müəyyən peşə  və ixtisas təhsili 

müəssisələrini bitirməsi haqqında xüsusi diplaom və sertifikata malik olmasını tələb edirsə, daxili əmək bazarı bundan fərqli 

olaraq, onların işləmək istədiyi konkret müəssisə  və firmanın xüsusiyyətlərinə cavab verə bilən ixtisas və peşələr üzrə 

hazırlığılı olmalarını tələb edir”. 

Məlumdur ki, müasir dövrdə kadr hazırlığı prosesini milli iqtisadiyyatdan ayrı, müstəqil formada təsəvvür etmək 

çətindir. Özəl ali və orta ixtisas müəssisələrində mütəxəssislərin hazırlanması planları müəssisə və sahələrin real təlabat-ları 

ilə uzlaşdırlmalıdır. Bu hal iki istiqamətdə həyata keçirilə bilər: 

1.  əmək bazarına daxil olmadan təlabatların müəyyənliyi (bu hal iqtisadi proseslərin reallaşmasında vaxt amilini nəzərə alır); 

2.  əmək bazarına daxil olduqdan sonra bazarın təlabatlarını ödəmək halı; 

Bu iki hal üzrə  təhsil proqramlarının məzmunu ixtisaslaşma, məzunların peşə  səviyyəsi yeni keyfiyyət dərəcəsini 

qaldırmalıdır. Sonuncu hal, təkcə mütəxəssislərin özəl ali müəssisə  və texniki peşə  məktəblərində hazırlıq səviyyəsinin 

aşağı olmasını deyil, həm də müəssisələrin yüksək ixtisaslı mütəxəssislərə təlabatlarının az olması ilə də izah oluna bilər 

Kadr hazırlığı sisteminin dəyişməsi o zaman mümkündür ki, müəssisələr elmi-teniki tərəqqidə  və yüksək ixtisaslı 

kadrlarda maraqlı olsunlar, kadr hazırlığı sistemi isə əsas iqtisadi subyektlərlə-müəssisələrlə sıx əlaqədə olsunlar. 

Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərdi ki, özəl ali təhsil ocaqlarının kooperasiyası kadrların ha-

zırlıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradır. Belə kooperasiya müştərək vençur komplekslərinin təşkil 

olunmasını, məqsədli elmi proqramların həyata keçirilməsini, tədris proqramlarının birgə hazırlanmasını, müəssisələrdə 

fasiləsiz təhsil və kadrların yenidən hazırlığı sisteminin təşkilini özündə cəmləşdirir. 

Beynəlxalq təcrübələrə dayanaraq onu qeyd edə bilərik ki, kadr hazırlığı prosesinin təkmil olması  və  əmək bazarının 

tələblərinə uyğunlaşdırlması bilavasitə olaraq qeyd etdiyimiz kimi elm sferasında yüksək ixtisaslı kadrların hazırlanma-

sında keyfiyyətin  əldən olunmasından bilavasitə asılıdır. Belə ki, yüksək ixtisaslı elmi kadrların hazırlanması  və onlardan 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   742   743   744   745   746   747   748   749   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin