Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə754/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   750   751   752   753   754   755   756   757   ...   1149
 

 

AİLƏ-NİKAH MÜNASİBƏTLƏRİNİN YARANMASI VƏ İNKİŞAFINA                                  

DAİR GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN FİKİRLƏRİ 

 

Təhməzova Afaq Sərhəddin qızı 

Azərbaycan Müəllimlər İnstitutu 

afaqabdullayeva@mail.ru 

 

Ailə ən qədim sosial mikrodövlət olmaqla, dindən, dövlətdən, ordudan, elmdən, hətta bazar münasibətlərindən də çox 

əvvəl meydana gəlmiş və inkişaf etmişdir. Ailə mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını 

ifadə edən, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edən bir qrupdur. 

Böyük yunan filosofu Platon heç də təsadüfi olaraq demirdi ki, «dövlət ailələrin birləşməsindən yaranır». Bu baxımdan 

Aristotelin fikirləri də maraqlıdır. O, yazırdı: «Ailə kəndi yaradır, kəndin birləşməsi isə dövləti». 

Fəlsəfə elmləri doktoru, professor Z.Göyüşov «Həzz və iztirab» adlı monoqrafiyasında yazırdı: «Hər adamın ailəsi, evi 

onun həyat dənizində lövbər saldığı sahildir. Dünyanın heç bir guşəsi adamın öz evinin, öz ailəsinin verdiyi ləzzəti verə 

bilməz. Adam ancaq öz evində, öz ailəsində rahatlıq tapa bilər. İnsan üçün bu qədər zəruri olan «yuva, istiliyini» o ancaq öz 

ailəsində əldə edə bilər». 

Buradan belə bir sual meydana gəlir: ailə sabit ictimai birlik olmaq etibarilə nə zaman formalaşmağa başlamışdır? 

Ailənin yaranması  və inkişafı haqqında dünyanın bir çox etnoqraf tarixçiləri, sosioloq və filosofları tarixi faktlara 

istinad edərək maraqlı fikirlər söyləmişlər. 

Tədqiqatlar göstərir ki, ailənin yaranması neolit dövrünün sonunda qəbilə quruluşunun dağılması, xüsusi mülkiyyətin, 

izafi məhsulun və siniflərin meydana gəlməsi ilə bir vaxta düşür. Matriarxal ailə  qəbilə quruluşunun dağılması, eyni 

zamanda sinifli cəmiyyətə keçid mərhələsində meydana gəlmişdi. Bu dövrü birinci dəfə  İsveçrə alimi İ.Baxofer (1815-

1887) öz tədqiqatına istinadən qeyd etmişdir. Matriarxal ailənin qanunlarına görə, ictimai istehsalda əsas yeri tutan qadın bu 

quruluşda üstün mövqeyə malik idi. Ailə münasibətlərini o tənzimləyirdi.  Əmlak və  vəzifə  vərəsəliyi ana ilə müəyyən 

olunurdu. 

Qəbilə quruluşunun dağılması, xüsusi mülkiyyətin və siniflərin yaranması ilə yeni bir quruluş patriarxal ailə meydana 

gəldi. Bu dövrdə qadının iqtisadi rolu azalmış, var-dövlət kişinin ixtiyarına keçmişdi. Ailənin bu formasına uyğun olaraq, 

«patriarx» anlayışı mövcud idi. Patriarxal qəbilə quruluşunda kişi cəmiyyətdə, təsərrüfatda və ailə münasibətlərində aparıcı 

mövqeyə malik oldu. Əmlak və  vəzifə  vərəsəliyi ata xəttinə  əsasən müəyyənləşdirildi.  İstehsalın  əsas sahələrində kişilər 

qadınları sıxışdırır, qadın əməyindən ancaq ev işlərində istifadə olunurdu. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, 

mövcud  ədəbiyyatlarda ailənin mahiyyəti, vəzifələri müxtəlif  şəkildə aydınlaşdırılır. Hələ vaxtilə  qədim yunan filosofu 

Platon nikah-ailə münasibətlərinin xarakteri ilə əlaqədar qiymətli fikirlər söyləmişdir. Həmin fikirlər ailə ilə əlaqədar atılmış 

ilk addımlar idi. Böyük filosof patriarxal ailəni ictimai özəkdə dəyişməz və ilkin ailə sayırdı. 

Ailənin yaranması  və inkişafı ilə bağlı bir çox filosof, psixoloq və pedaqoqlar maraqlı fikirlər söyləmişlər. Fransız 

filosofu və maarifçisi J.J.Russo göstərirdi: «Bütün cəmiyyətlərdən ən qədimi və təbii olanı-ailədir... Beləliklə ailə, əgər belə 

demək mümkünsə, siyasi cəmiyyətin simasıdır ... burada hakim-ata, xalq isə övladlardır...».   

Antik, orta əsrlər və qismən də yeni dövr filosofları ailə münasibətlərindən ictimai münasibətləri çıxararaq, başlıca 

diqqəti xüsusi sosial təsisat kimi ailənin xarakteristikasına deyil, ailənin dövlətə münasibətinə yönəldirdilər. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   750   751   752   753   754   755   756   757   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin