Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə762/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   758   759   760   761   762   763   764   765   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

426 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

müasir dövrdə keyfiyyətli pedaqoji kadrların hazırlanması iqtisadçı, menecer, həkim, mühəndis, hüquqşünas, yüksək peşə 

kompetensiyalarına malik müəllim, dövlət keşiyində duran peşəkar hərbiçi, polis əməkdaşı  və s. ixtisas sahiblərinin 

hazırlanmasına potensial hazırlıqdır. Çünki həmin peşə-ixtisas sahiblərini hazırlayanlar, formalaşdıranlar məhz ali təhsil 

müəssisələrində istər bakalavr, istərsə  də magistr pilləsində  təhsil alaraq müəllimlik peşəsinə yiyələnən gələcək 

müəllimlərdir. Heç də təsadüfi deyildir ki, 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş Təhsil strategiyasında da müəllim 

təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici sima hesab olunur.  

Ənənəvi təlim metodlarından fərqli olaraq interaktiv təlim metodlarının tətbiqinin üstünlük təşkil etdiyi müasir şəraitdə 

ali pedaqoji təhsil müəssisələrinin bakalavr və magistr pillələrində  də interaktiv təlim texnologiyalarından istifadəyə 

üstünlük verilməli, istər Azərbaycan, istərsə  də digər ölkələr üçün rəqabətə davamlı, peşəkar pedaqoji kadrların 

hazırlanmasına  şərait yaradılmalıdır. Strategiyada da göstərildiyi kimi bunun üçün təhsilin bütün pillələri, o cümlədən ali 

təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması, öyrənmə və öyrətmə prosesinin keyfiyyətinin 

yüksəldilməsi, təhsilalanların müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş  çıxarmaları, diaqnozlaşdırma, 

proqnozlaşdırma layihələşdirmə və s. funksiyaları bilmələri, yüksək tədqiqatçılıq keyfiyyətinə malik olmaları zəruri hesab 

olunur.  

Ali pedaqoji məktəblərdə  təlim prosesində interaktiv təlim texnologiyalarından geniş istifadə etməklə  təkcə 

bakalavriatların deyil, magistrların da müəllimlik fəaliyyətinə hazırlanmalarını intensivləşdirmək mümkündür. Bu proses ali 

məktəblərdə çalışan professor-müəllim heyətindən təlim prosesində interaktiv təlim metodlarının tətbiqinə geniş yer 

vermələrini tələb edir. 

Ölkəmizdə müəllim hazırlığının real vəziyyəti, bu sahədə keyfiyyətin yüksəldilməsi, hazırlanan konsepsiya və 

strategiyalar və s. magistrantların interaktiv təlim texnologiyaları  əsasında müəllimlik fəaliyyətinə hazırlanmalarını 

intensivləşdirməyi tələb edir. Araşdırmalar göstərir ki, hazırda müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə  də

bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları  əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Ali təhsil pilləsində 

kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətimizin ali pedaqoji təhsillilərdən gözləntiləri 

böyükdür. Çünki millətin gələcəyi bu gün hazırlanan pedaqoji kadrlardan çox asılıdır. 

Köhnə stereotiplərdən azad olaraq, müasir dünya təcrübəsini öyrənib səmərəli şəkildə ölkəmizdə tətbiq etməklə, müasir 

təlim texnologiyalarına (aktiv və interaktiv təlim texnologiyaları) yiyələnməklə  təlim prosesini və müəllim hazırlığını 

təkmilləşdirmək mümkündür. Ona görə  də interaktiv təlim texnologiyalarının tətbiqini genişləndirməklə magistrantların 

müəllimlik fəaliyyətinə hazırlanmalarının intensivləşdirilməsi günümüzün əsas reallıqlarından biridir. Bu baxımdan 

interaktiv təlim metodları vasitəsilə müəllim hazırlığının intensivləşdirilməsini təmin edən şərtlərə aşağıdakıları aid etmək 

olar: 

1)  müasir elmi-texniki, pedaqoji-metodik tələblərə cavab verən interaktiv təlim texnologiyalarından istifadə etməklə 



magistrlərin müəllimlik fəaliyyətinə hazırlanmaları; 

2)  magistratura pilləsində interaktiv təlim metodlarının geniş tətbiqinə imkan yaradan fənlər üzrə yaradıcı işləyən, tədris 

prosesini müasir dövrün tələbləri səviyyəsində quran ali məktəb müəllimlərinin təcrübəsinin öyrənilməsi və digər 

fənlərin tədrisinə tətbiqi

3)  interaktiv təlim texnologiyaları ilə bağlı xarici ölkə  təcrübəsinin öyrənilməsi və Respublikanın ali təhsil 

müəssisələrində onların təcrübəsindən səmərəli istifadə edilməsi; 

4)  interaktiv təlim texnologiyalarının tətbiqində intellektuallığın nəzərə alınması; 

5)  interaktiv təlim texnologiyalarının tətbiqində maddi-texniki təminatın nəzərə alınması; 

6)  interaktiv təlim texnologiyalarının tətbiqində pedaqoji-metodik ustalığın nəzərə alınması; 

7)  interaktiv təlim texnologiyalarının tətbiqində həyatla əlaqəlilik və fəaliyyət üçün praktik hazırlığın nəzərə alınması; 

8)  interaktiv təlim texnologiyaları vasitəsilə  gələcək müəllimlərin müstəqil fəaliyyətinin səmərəli həyata keçirilməsinin 

təmin olunması və s. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   758   759   760   761   762   763   764   765   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin