Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə755/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   751   752   753   754   755   756   757   758   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

423 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Bu baxışlar alman filosofları Kant və Heygelin fikirlərində də özünə yer alır. Kant ailənin yaranmasının əsasını hüquqi 

qaydalarda görürdü. Qeyd edək ki, monoqamiyanın əbədiliyini və özəlliyini qəbul edənlər «nikah» və «ailə» anlayışlarını 

eyniləşdirir, onlar arasındakı fərqləri formal əsaslara aid edirdilər. 

Ailənin meydana gəlməsi və inkişafı ilə  əlaqədar K.Marks və F.Engelsin ideyalarına görə, ictimai-iqtisadi quruluşun 

əsasını  təşkil edən iqtisadi münasibətlər eyni zamanda həm də ailənin  əsasıdır. K.Marksa görə, «cəmiyyət necə inkişaf 

edirsə, ailə də ona uyğun inkişaf etməlidir, cəmiyyət necə dəyişirsə, ailə də ona uyğun olaraq dəyişməlidir». 

F.Engels özünün «Ailənin, dövlətin və xüsusi mülkiyyətin mənşəyi» adlı əsərində, dünyada ailənin yaranma tarixində, 

madərşah probleminin təsisçisi kimi tanınan isveçrəli İ.Y.Baxofer “Analıq hüququ” və “Köhnə zamanın ginekologiyası və 

onun hüquqi təbiətinin tətbiqi” adlı əsərində fransız filosofu və sosioloqu, əxlaq və nikahın təkamülünə dair çoxlu əsərlərin 

müəllifi Y.Leturnonun, ailədə madərşah dövrünün inkişaf xüsusiyyətlərinə dair bir çox əsərlərində müəllifi amerikalı 

etnoqraf və filosof olan E.A.Morqanın “İbtidai nikah” adlı əsərində və C.F.Maklennanın apardığı tədqiqatlara istinad edərək 

yazırdı ki, dünya yarandığı  gündən ailənin dörd tarixi formasiyası mövcud olmuşdur. Qan qohumluğuna  əsaslanan ailə, 

«Punalua» ailəsi, ikili ailə  və bir də monoqam ailə formalarıdır. Monoqam ailə müstəsna olmaqla, qalan üç ailə forması 

ibtidai insan cəmiyyətində yaranmışdır.  

Monoqam ailə barbarlığın orta pilləsi ilə yüksək pilləsi arasındakı dövrdə ikili ailədən  əmələ  gəlir. Bu cür ailənin 

yaranması  mədəniyyətin başlanması  əlamətlərindən biridir. Bu ailə  ərin hökmranlığına  əsaslanır, özü də, ata mənşəyinə 

şübhə yeri qoymayan uşaqların doğulması kimi qəti müəyyən bir məqsəd daşıyır. Monoqam ailə xüsusi mülkiyyətin 

məhsulu olub istismar cəmiyyətinin ilk özəyini təşkil edirdi. 

Ailə tarixi inkişafın məhsuludur və  hər bir ictimai-iqtisadi quruluşun yalnız özü üçün səciyyəvi olan nikah-ailə 

münasibətləri mövcuddur. Monoqam ailə formasında nikah ən mütərəqqi ailə forması hesab olunur. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   751   752   753   754   755   756   757   758   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin