Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə751/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   747   748   749   750   751   752   753   754   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

421 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

və pediatrların fikrincə, stressə  səbəb ola biləcək ilk amil elə ailə ilə bağlıdır. “Ailə boşanmaları, ailədə baş verən söz-

söhbətlər, yaxınlarında itki, doğmalardan ayrılma uşaqlara mənfi təsir göstərir. Bundan əlavə, qəzalar, təbii fəlakətlər, 

qorxulu kinolar və ya oyunlar, zorakılıq, uşaqlara qarşı göstərilən hər bir təzyiq, sevimli heyvanlarının ölümü, mühiti 

dəyişmə, məktəbdə baş verən hadisələr, imtahanlarda uğurun qazanılmaması, yoldaşları ilə əlaqələrin pozulması, həddindən 

çox yüklənmə - ev tapşırıqları, məşqlər, həyatındakı hər şeyin əvvəlcədən planlaşdırılması, kompyuter asılılığı və s. uşaqları 

stressə salan əsas səbəblərdir”. 

Yeni körpə, uşaq üçün problemə çevrilir. 

Ailədə yeni uşağın doğulması da uşaqları stressə salan səbəblər sırasındadır.Psixoloqların dediyinə görə, yeni körpəyə 

valideynlərin daha çox vaxt ayırması  uşaqları narahat edir. Uşağa elə  gəlir ki anası, atası daha onu sevməyəcək, onunla 

oynamayacaq, nəticədə uşaqda eqoistlik hissi baş qaldırır. Belə vəziyyətdə pediatr valideynlərə diqqətli olmağı, uyğun bir 

dillə, səbrlə onları başa salmağa çalışmalarını məsləhət görür. 

Uşağın tərbiyəsinə  dırnaqarası baxmaq olmaz.Uşaq dünyaya gəldikdən sonra uşaqları stressə salan ən önəmli faktor 

düzgün qurulmayan tərbiyə planı  və  uşaqların inkişaf dövrlərində  təlabatlarını ödəməmləridir. Həmçinin ailədə ata-ana 

arasındakı anlaşılmazlıq, ailəyə üçüncü şəxslərin müdaxiləsi və təbii ki, maddi vəziyyət də uşağın psixologiyasına ciddi təsir 

edir”. 


Uşaq stressə ana bətnində olarkən məruz qalır 

Mütəxəssis qeyd edir ki, hər bir uşağın tərbiyəsini nəinki hamiləlikdən, hətta hamilə qalmamışdan qabaq düşünmək 

lazımdır. “Cütlüklər ailə qurduqdan sonra övlad sahibi olmaq məsuliyyətini öyrənməlidir. Burada ən önəmlisi 

maariflənməkdir. Bir uşaq hər il yox, hər gün yeni bir şey öyrənir və bu öyrəndikləri həm pis, həm də yaxşı şeylər ola bilər. 

Bunlardan asılı olmayaraq, valideyn uşağa nəzarət etməli, ona yaxşını pisdən seçməyi bacarmaq vərdişini vaxtında 

aşılamalıdır. Valideynlər bunları qabaqcadan bilməlidirlər”. 

Uşaq, uşaq dünyasını yaşamalıdır 

Uşağın hər yaş dövründə təlabatları başqa-başqa şeylər olur. Məsələn, çağalıq dövründə səsə qarşı həssas olur. Uşağın 

psixikasının düzgün inkişafı üçün ona müxtəlif səslər çıxaran oyuncaqlar almaq lazımdır ki, uşaq səslərlə ətrafı dərk etsin. 

Psixoloq qeyd edir ki, “bizim ailələrdə uşaq olan kimi gedib ona özündən də böyük yumşaq oyuncaqlar alırlar ki, oynasın. 

Bu yaşda o oyuncaq uşaq üçün mənasız bir şeydir. Ailələr buna önəm vermir, uşaqların təlabatları yarımçıq qalır və uşaqlar 

gözlədiyini ala bilmədikcə aqressivləşir, stressə girirlər. Nəticədə psixi pozuntular meydana çıxır”. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   747   748   749   750   751   752   753   754   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin