İQTİSADİ İNKİŞAFDA İNSAN KAPİTALININ ROLU
Altay İSMAYILOV
Qafqaz Universiteti
aismayilov@qu.edu az
İqtisadi artımın ən mühüm ünsürlərindən biri şüphəsiz ölkənin sahib olduğu kapital imkanlarıdır. Ənənəvi iqtisadi
ədəbiyyatda inkişafdan geri qalmış ölkələrdə bu geriliyin əsas səbəbi olaraq fiziki kapital imkanlarının çatışmamazlığı
üzərində durulmuşdur. Çünkü ümumiyyətlə kapital dedikdə ilkin olaraq istehsalda birbaşa istifadə olunan maşın,dəzgah,
təchizat v.s. ilə pul kimi dəyərlər nəzərdə tutulur. Amma muasir iqtisadi yanaşmalarda yaxşı hazırlanmış savadlı kadr, insan
kapitalı istehsalda sadəcə səmərəliliyin artmasına gətirib çıxaran bir amil olmaqla kifayətlənməyib, eyni zamanda yeni
istehsal metdolarının, texnoloji kəşflərin ortaya çıxmasının əsas təkanverici qüvvəsi olaraq ələ alınır.
İnsan kapitalı anlayışı iqtisadi ədəbiyyatda 1960- cı illərin əvvəlində Schultz və Denisonun nəzəri və empirik tədqi-
qatlarıyla yerini almışdır. Bu tədqiqatlarda iqtisadi artımın bir hissəsi fiziki sərmayə ilə izah olunarkən, digər hissəsi də
insan kapitalıyla izah edilmiş və "İnsan Kapitalı Nəzəriyyəsi" ortaya çıxmışdır. Schultz insan kapitalıyla əlaqədar əsə-rində
iqtisadi inkişafdan geri qalmış ölkələrdə sosial-iqtisadi inkişafın önündəki ən böyük əngəlin fiziki sərmayə yetər-sizliyindən
daha çox insan kapitalındaki keyfiyyət problemi üzərində durmuşdur. Buna görə insan kapitalına qoyulan investisiya
istehsalda artıma gətirib çıxarır. Bu nəzəriyyə ilkin olaraq təhsil və səhiyyə kimi 2 əsas amil üzərində durmuş-dur. 1980- ci
illərin sonlarından etibarən təhsilli, sağlam və keyfiyyətli əmək faktoru kimi qiymətləndirilən insan kapitalı iqtisadi artımın
əsas təkanverici qüvvəsi olaraq ələ alınmışdır. Dünya bankı bu istiqamətdə bir sıra göstəricidən istifadə etməklə ölkələrə
görə hər il dəyəri 0-1 arasında yer alan bir indeks- insan kapitlının inkişafı indeksi- hesablayır.
İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan kapitalı
istehsal prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə edilməsinə
gətirib çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq ifadə edilə
bilər.
İnsan kapitalının kəmiyyət göstəriciləri, yəni ölçüləbilirliyi bir sıra amillərə bağlı olaraq reallaşdırılır. Bu göstəri-cinin
müəyyənləşdirilməsində,qeyd olunduğu kimi, ən çox təhsil üzərində durulur. Bu baxımdan insan kapitalının for-
malaşmasında mövcüd təhsil səviyyəsi ilə təhsilə yatırılan investisiyalar əsaslı amillər olaraq önə çıxır. Təhsil səviyyəsində bir
sıra göstəricilərlə, əsasən oxumaq-yazmaq səviyyəsi ələ alınır. İnvestisiya göstəriciləri isə maddi və maddi olmayan
göstəricilər olmaqla ikiyə ayrılır. Maddi göstəricilər ümumilikdə təhsillə əlaqədar əmtəə xə xidmətlərə sərf oluna dövlət və
özəl sektor xərcləri, insan kapitalının inkişafına sərf olunan xərclər yer alır. Buna görə maddi göstəricilər olaraq UDM-də
təhsilin payı, tələbə-şagird başına təhsil xərcləri, şirkətlərin təhsilə ayırdıqları xərclər ələ alınır. Maddi olmayan göstəri-cilər
olaraq isə işlə əlaqədar təhsil fəaliyyətlərində iştirak, təhsilə ayrılan zaman və s. kimi göstəricilər üzərində durulur.
İnsan kapitalının keyfiyyətindəki artım yalnız təhsillə deyil, bu istiqamətə yönəldilən bütün xidmətlərin məcmusuyla
əlaqədardır. Belə ki, səhiyyə, aktiv əhalinin payı, beyin köçü və s. kimi ünsürlər də insan kapitalına təsir edən amillər
arasında yer alır. Səhiyyəyə bağlı olaraq insan kapitalının inkişafı qidalanma səviyyəsi, orta ömür müddəti kimi bir sıra
göstəricilər çərçivəsində ələ alınır. Beyin köçünə gəlincə Lucasa görə bu hal köç verən yoxsul ölkələrdə yoxsulluğun
davamlılığına gətirib çıxrmaqda, köç alan ölkə iqtisadiyyatlarının isə inkişafına gətirib çıxaran bir amil olaraq qiymətlən-
dirilir. Təbiidir ki,insan kapitalını dəstəkləyəcək tədbirlər alınmazsa, bu kapitalın önəmli bir qisminin xaricə çıxmasının
qarşısını almaq mümkün olmayacaqdır.
Məlumdur ki, İEÖ-lərdə informasiya texnologiyalarının (IT) istehsalı yüksək həcmdəki tədqiqat və inkişaf (R&D)
xərcləri ilə dəstəklənir. Bu ölkələrdə tədqiqat və inkişaf (R&D) xərclərinin ÜDM-dəki payı 1.5-2% ikən, İEOÖ-lərdə isə bu
nisbət 0.05%-in altındadır. Bunun məntiqi nəticəsi olaraq dünyadakı məcmu tədqiqat və inkişaf (R&D) xərclərinin 95%-ni
|