Microsoft Word Materiallar Full


İ.Y.KRAÇKOVSKİNİN  “COĞRAFİ ƏRƏB ƏDƏBİYYATI”



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə727/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   723   724   725   726   727   728   729   730   ...   1149
İ.Y.KRAÇKOVSKİNİN  “COĞRAFİ ƏRƏB ƏDƏBİYYATI”  

MONOQRAFİYASI HAQQINDA 

 

Kəmalə NURİYEVA 

AMEA, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 



kamala85@box.az 

 

İqnati Yulianoviç Kraçkovskinin yaradıcılığı rus və sovet ərəbşünaslığının böyük bir dövrünü işıqlandırır. Rusiya 

şərqşünaslıq məktəbinin yaradıcılarından biri olan İ.Y.Kraçkovskinin elmi irsi çox böyük həcmə malikdir. Bir neçə onillik 

ərzində ərəbşünaslığın ən parlaq, ən görkəmli nümayəndəsi olmuş alimin bu elm sahəsinin müxtəlif istiqamətlərində bir sıra 

işləri vardır.  Ərəb  ədəbiyyatının müxtəlif qollarını – müsəlman ərəb  ədəbiyyatını, xristian ərəb ədəbiyyatını, coğrafi ərəb 

ədəbiyyatı  və riyazi coğrafiyaya aid ərəb  əsərlərini – VI əsrdən başlayaraq XIX-XX əsrə  qədər,  əsasən,  əlyazmalara 

dayanaraq tədqiq etmiş  və bu işləri ilə  həm Rusiya, həm də Dünya şərqşünaslığını inkişaf etdirmişdir.  Ərəb  ədəbiyyatı 

tarixinin hər hansı bir bölməsini İ.Y.Kraçkovskinin tədqiqatlarından istifadə etmədən əsaslı şəkildə öyrənmək çətindir.  

Ərəb dilində olan coğrafi yazılar daim rus şərqşünaslarının və tarixçilərinin marağını özünə  cəlb etmişdir. 

İ.Y.Kraçkovski də bu sıradan istisna deyil. 1909-cu ildə  Ərəb  Şərqinə ezamiyyəti zamanı o, Qahirə Universitetində  ərəb 

astronomiya tarixi və ərəb riyazi coğrafiyası sahəsində boyuk mütəxəssis olan, məşhur italyan alimi K.A.Nalinonun (1862-

1938)  ərəb astronomiyası tarixi üzrə mühazirələrini dinləmişdir. Sonralar ərəblərdə coğrafi  ədəbiyyat monoqrafiyasını 

yazarkən bu alimin işlərindən geniş istifadə etmişdir.  

Bir qədər sonra “Ərəb coğrafiyaşünasları və səyyahları” məqaləsini dərc etdirir, ibn Fadlanın səyahəti və XV-XVI əsr 

ərəb dənizçisi Əhməd ibn Məcidin losiyalarını tədqiq edərək nəşr etdirir. Onun “Ərəb coğrafi ədəbiyyatı” monoqrafiyasını 

bu sahəyə aid işlərin yekunu kimi qiymətləndirmək olar.    

O,  Ərəb coğrafi  ədəbiyyatını  ərəb  ədəbiyyatının aparıcı sahələrindən biri kimi nəzərdən keçirir. İ.Y.Kraçkovskinin 

fikrincə bu ədəbiyyatı düzgün başa düşmək üçün ərəb ədəbiyyatı və ərəb mədəniyyəti tarixini bütünlüklə nəzərdən keçirmək 

vacibdir. Bununla yanaşı qeyd edir ki, bu məsələdə ərəb mədəniyyəti termini şərtidir. Ən geniş mənasıyla ərəblərdən Orta 

Asiya və Qafqaz xalqları, həmçinin türklər, farslar, suriyalılar və başqalarının mədəni yaradıcılıq fəaliyyətinin bütün 

nailiyyətlərini əhatə edir.  

İ.Y.Kraçkovskinin özünün də qeyd etdiyi kimi onun bu tədqiqatda  əsas metodu filoloji baxımdan idi və  məqsədi 

ərəblərin coğrafiya elmi, yaxud, coğrafi kəşflərinin tarixini vermək deyil. O həm elmi həm də məşhur ədəbiyyyata bərabər 

səviyyədə diqqət ayırmış, bunlara xalis ədəbi, yaxud, nağıl səviyyəsi daşıyan səyahət haqqında rəvayətləri də daxil etmişdir.  

Bununla yanaşı o, ərəblərin coğrafiya elmi və coğrafi kəşflərinin tarixinə toxunmağa məcbur idi. Öz tədqiqatında bu 

elm sahəsinin, həmçinin,  ərəblərlə  bərabər coğrafi elmin inkişafında  ərəb  ənənəsi ilə  sıx bağlı olan türklərin və farsların 

nəzərəçarpan rolunun parlaq obrazını yaradır. Müəllif Uluqbəy, əl-Biruni, Vasqo de Qamanın losmanı Əhməd ibn Məcid, 

Piri Rəis və s. coğrafiyaşünaslığın çoxsaylı, görkəmli nümayəndələrinin timsalında bunu daha aydın göstərir. 

İ.Y.Kraçkovski bu monoqrafiyasında ərəblərdə ilkin coğrafi anlayışların yarandığı vaxtdan başlayaraq XVIII əsrə qədər 

coğrafi  ədəbiyyatın, müasir elmin nailiyyətlərinə  əsaslanaraq riyazi coğrfiyanın yaranmasını izləyir, onun hind və yunan 

elmi ilə əlaqələrini araşdırır. Həmçinin, ərəblərdə coğrafi elmin müxtəlif qollarının (təsviri coğrafiya, səyahətnamə, dəniz 

coğrafiyası, ümumi və regional coğrafiya və s.) yaranmasını, bütün elmi mərkəzləri və məktəbləri, bütün istiqamətləri ilə 

tədqiq edərək öz yazısında qeyd edir. Bununla yanaşı,  ərəblərdə coğrafi  ədəbiyyatın bütün janr və istiqamətlərinin  əsas 

nümayəndələrinin bir çoxunun tərcümeyi-halını və əsərlərini şərh edir.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   723   724   725   726   727   728   729   730   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin