Microsoft Word Materiallar Full


CÜRCİ ZEYDAN CAHİLİYYƏ ƏRƏBLƏRİNİN “



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə723/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   719   720   721   722   723   724   725   726   ...   1149
CÜRCİ ZEYDAN CAHİLİYYƏ ƏRƏBLƏRİNİN “

 

 دأو “ADƏTİ HAQQINDA 

 

Əzizə İSMAYILOVA 

AMEA, Şərqşünaslıq İnstitutu 



aziza-80@bk.ru 

 

Tarixdən məlum olduğu kimi, Ərəbistanda islamdan öncəki dövr cahiliyyə dövrü adlanırdı. 

Ərəbcə “cəhlə” kəlməsindən törənib və  mənası “bilməmək” olan bu termin islama qədərki dönəmdə  Ərəbistan 

yarimadasinda mövcud olan, demək olar ki, kütləviləşmiş qəbih bir adətə xas olan bir ifadədir. Təqdim olunmuş tezisdə bu 

adət haqqında danışılacaq.  

Cahiliyyə dövründə  ərəblərin qız uşaqlarının diri-diri torpağa basdırılması  və yaxud başqa yollarla öldürülərək 

onlardan xilas olma bir adətə çevrilmişdi. Bu adət “vəd”, “vəd bənət” – (diri- diri basdırılma, qız uşaqlarının diri-diri 

basdırılması)  adlanırdı. Bu adət ərəb qəbilələrindən Tamim, Qeys, Əsəd, Hüzeyl, Qureyş, Kindi kimi qəbilələrdə mövcud 

idi. Bu adətin həyata keçirilməsinin bir neçə səbəbi var idı.  

Ərəbistan yarimadasında bitmək, tükənmək bilməyən qəbilə savaşları  zəiflərin məğlub olmasına,  əsir düşməsinə, 

xüsusilə qadınların  əzilməsinə  və onların “əsir-hür” deyə iki yerə ayrılmasına səbəb olmuşdur.  Əsir düşmüş qadınların 

qəbilədə heç bir dəyəri olmadığı, əşya kimi alınıb-satıldıqları bir həqiqət idi. Belə hadisələrdən birini görkəmli ərəb yazıçısı, 

islam tarixinin gözəl bilicisi C. Zeydan ﻲﻣﻼﺳﻻا نﺪﻤﺘﻟا ﺦﻳرﺎﺗ  (İslam mədəniyyətinin tarixi) adlı elmi-tədqigat əsərində təsvir 

etmişdir. C.Zeydan orta əsr tarixçisi Mubərradın “Əl-kamil” əsərinə istinad edərək yazır: 

 “Bu  adət islam dininin zühurundan az əvvəl Bəni Təmim bin Murra qəbiləsində baş vermiş bir hadisədən sonra 

yaranmışdır. Adı  çəkilən qəbilə Hirə  əmiri Numana cizyə vergisi verirdi. Növbəti illərin birində, Hirə  əmiri cizyə 

verməkdən imtina etdi. Belə halda, Numan bu qəbilənin üzərinə hücum edərək heyvanları və  malları zəbt etdi, qadınları isə 

əsir götürdü. Belə  vəziyyətdən kədərlənən qəbilə başçısı Numanın yanına xüsusi bir heyət göndərdi və qadınların geri 

qaytarılmasını xahiş etdi. Numan isə geri dönməyi və yaxud qalmağı qadınların öz ixtiyarına buraxdı. Bütün qadınlar öz 

valideynlərinin yanına qayıtmağı üstün tutdular. Yalnız Qeys bin Asımın qızı  Amr bin əl-Muşməricə  aşiq olduğu üçün  

sahibinin yanında qalmaq istədi. Bu hadisədən sonra qızın atası Kays bir də onun qız övladı dünyaya gələrsə onu qətl 

edəcəyinə and içdi.” Sonralar Kays bin Asımın səkkiz qızını qətl etməsi rəvayət olunur. Bu cümlədən aydın olur ki, islam 

tarixini öz bədi və elmi əsərlərində işıqlandıran Cürci Zeydan belə bir mühüm mövzunu diqqətdən kənarda qoymamış, orta 

əsr mənbələri əsasında bu mövzuya dair araşdırmalar aparmış və bu adət-ənənənin hansı səbəbdən yarandığını göstərmişdir. 

Görkəmlı yazıçının   fikrinə görə, bu qətllərin başlıca səbəbi qisqanclıq idi: “Cahiliyyə dövründə insanların qısqanclığı o 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   719   720   721   722   723   724   725   726   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin