Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə722/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   718   719   720   721   722   723   724   725   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

404 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Nemətullahiyyə adlanan Şah Nemətullahın irfani yolu və üslubu onun ölümündən sonra da davam etmişdir. Oğlu Şah 

Bürhanəddin Xəlilullah Kirmanda onun yolunu davam etdirirdi. Amma Şahrux Mirza onu Herata çağırmışdır. O Heratda 

Şahruxdan böyük ehtiram və sayqı görmüşdür. Sarayda azad şəkildə gedib-gəlirdi.  

Şahruxun böyük oğlu Baysunqur Mirza Şah Xəlilə böyük ehtiramı və səmimiyyəti vardı. Qonaqlıqlarda şəxsən qızıl 

teşt və səhəngi əlinə alırdı ki, Bürhanədddin əllərini yusun.  

Nemətullah əsl sufi idi, kamil insan və üstün silsilələrdən danışır  və “Füsusul-hekəm”ə işarə edirdi. O söhbətlərində 

Həllac və başqalarının adını çəkir və Bəyazid Bistamiyə böyük ehtiramını nümayiş etdirir, hətta onu İmam Əli ilə müqayisə 

edirdi.  

O öz adından bir hürufi məna çıxartmış və “Nemətullah”ı “Fəzlullah” müqabilində ilahi xüsusiyyət kimi qoymuşdur. 

Nemətullah öz divanında dəfələrlə bu mənanı yazmışdır. Onun təriqətində də fərqli zikr müşahidə olunurdu. Belə ki, mürid 

oturmuş halda sağ əlini sol dizinə, sol əlini sağ dizinin üzərinə qoyur və bədənini soldan sağa hərəkət etdirir və “La ilahə 

illəllah” kəlməsini ürəyindən keçirirdi. Bu zikr sufilərin “səma”sından çəkinmə xüsusiyyətinə də malik idi.  

Şah Nemətullahdan sonra oğlu Seyyid Xəlilullah atasının yerini tutmuş    və ardıcıllarına rəhbərliyi öhdəsinə 

götürmüşdü. Şah Nemətullahın çoxlu müridləri vardı, Onun şöhrəti İrana yayılmış və Hindistana qədər gedib çıxmışdı. Şah 

Nemətullahın irfani məzmunlu çoxlu əsərləri olmuşdur. Bundan əlavə 13 min beyti əhatə edən divanı vardır. Divanında bir 

neçə qəsidə, məsnəvi, çoxlu qəzəl və rübailər toplanmışdır.  

Onun mənəvi nüfuzu və irfani təlimləri  o qədər genişlənmişdi ki, İranın  əmir və sultanlarından başqa Hindistanın 

Dekən padşahlarının bəzisi – Sultan Şəhabəddin  Əhməd  Şah Vəli Bəhməni (825-838) və övladı  Əlaəddin (838-862) Şah 

Nemətullah Vəliyə, ondan sonra isə ailəsinə  və  tərəfdarlarına xüsusi ehtiram göstərmişdilər. Bununla da uzaq Hindistan 

bölgələrində fars dilinin inkişafı və yayılması üçün əlverişli şərait yaranmışdı. Şah Nemətullah Vəli 834-cü ildə 103 yaşında 

vəfat etmişdir. Cəsədini Mahanda torpağa tapşırmışdılar. Sonralar Dəkən padşahı Sultan Əhməd Bəhməninin  əmi ilə 

məzarının üzərində türbə düzəltmişdilər. 840-cı ildə bu tikili sona çatdırılmış və II Şah Abbas dövründə ona başqa binalar 

da əlavə olunmuşdur. Həmin türbə indi də nemətullahi sufilərinin ziyarətgahı olaraq qalır.  

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   718   719   720   721   722   723   724   725   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin