Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə706/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   702   703   704   705   706   707   708   709   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

395 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Digər əhəmiyyətli mövzu tarixlə bağlıdır. Burada əsasən əsərlər nəql edənin dili ilə verilir. Bu əsərlərdə XVIII və XIX 

əsr plantasiyalarda işləyən qullar, onların həyat tərzləri tərənnüm edilir.  

Qara Britaniya ədəbiyyatında diqqət çəkən daha bir mövzu mənsubluq məsələsidir. Qeyd etdiyimiz kimi, bu 

ədəbiyyatın nümayəndələri əslən Qərbi Hindistandan, Cənubi Asiyadan və Afrikandan mühacir olunmuş yazarlardır. Onlar 

çalışırlar ki, yazdıqları mövzularda  daha çox özlərinin cəmiyyətdə edə bilmədikləri, unutduqları mənsubiyyətləri haqqında 

geniş yazsınlar. Zülfi Kar Xose tərəfindən yazilan “Bu landşaft, bu insanlar” (“This Landscape, These People” (1964)) Qara 

Britaniya  ədəbiyyatında mənsubluqla bağlı yazılmış  məşhur poemalardan biriir. Poema üç hissədən ibarətdir. Birinci 

hissədə hadisə  İngiltərədə  cərəyan edir. Burada yazıçı yad ölkədə olmağın, özünü həmin cəmiyyətə  mənsub olmadığını, 

insanlar tərəfindən kənarlaşdırıldığında nə kimi hisslər keçirdiyini qeyd edir. İkinci hissədə hadisələr Hindistanda baş verir, 

birinci hissədən fərqli olaraq burada müəyyən pozitiv hisslər duyulsa da yazıçı özünü bu cəmiyyətədə uyğunlaşdira bilmir, 

bu ölkəni özünə doğma vətən kimi qəbul etmir. Üçüncü hissə yenidən  İngiltərədə  cərəyan edir, lakin artıq bir çox illər 

keçmiş, bir çox şeylər dəyişmişdir. Burada yazıçının qəhrəmanı hansısa bir cəmiyyətə mənsub olmaq üçün artıq cəhd etmir, 

sadəcə konkret şəkildə özünü “yad” adlandırır.  

 Qara  Britaniya  ədəbiyyatında maraqlı mövzularan biri yeni dil məsləsidir. Salman Rüşdi etriaf etmişdir ki, qara 

yazıçının ağ cəmiyyət tərəfindən bir yazıçı olaraq qəbul edilməsi böyük məsuliyyət tələb edir və burada onun dili xüsusi rol 

oynayır. Bunun nəticəsində  də bir çox yazıçılar sırf cəmiyyət tərəfindən qəbul edilmək məqsədi ilə öz doğma dillərini 

tamamilə unudub nəin ki yaradıclıqlarında, hətta öz şəxsi həyatlarında da bu dilə üstünlük verirlər. Bu mövzuda yazılmış iki 

poema daha çox diqqəti cəlb edir. Bunlardan biri Kreys Nikols tərəfindən digəri isə Jon Akkard tərəfindən yazılıb. Nikolsn 

yazdığı “Biz yeni düyanın qaraları”(“We New World Blacks” (1984)) poemasında dil ünsürü maraqlı bir fakt olaraq 

qoyulmuşdur, poemada göstərilir ki, müasir Qara Britaniya ədəbiyyatının nümayəndələrinin əksəriyyəti məhz şüurlu olaraq 

öz əsərlərində dil mövzusuna toxunmuşdular. Bu əsərdə mənsubiyyət məsləsi ilə dil məsələsi qarşılaşdırılır və göstərilir ki, 

bu iki mövzu bir-biri ilə sıx əlaqəlidir. Dilini unutmaq, onu digəri ilə əvəz etmək milli mənsubiyyətini unutmaq dərəcəsində 

əhəmiyyətlidir. Nikols eyni zamanda bu əsərində yerli əhali ilə “qaralar”arasında mübarizədən, hətta dərilərinin rənginə 

görə  cəmiyyət tərəfindən təcrid olunmalarından da bəhs etmişdir. O qeyd etmişdir ki, digər tərəfdən mühacirlərin öz 

dillərində danışmaqları onların həyatları üçündə  təhlükəli idi, bəzi belə hallarda bu onlarla yerli əhali arasında küçə 

savaşlarına gətirib çıxarırdı. 

Qara Britaniya ədəbiyyatında geniş yayılmış bu mövzular mədəniyyətlərin müxtəlifliyindən irəli gəlir və belə bir 

nəticəyə  gəlmək olar ki, əslində hibrid mədəniyyəti global dünyamızı çirkləndirən bir vasitə kimi görməkdənsə, belə bir 

münasibətin millətlər arasında daha yaxın və dost münasibətin qurulmasına yardımçı olmasını önə  çəkmək daha düzgün 

olardı. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   702   703   704   705   706   707   708   709   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin