Orfoqrafik səhvlərin növləri. Bütün dillərdə orfoqrafik səhvlərin müəyyən standart növləri vardır. Bu səhvlər bir
qayda olaraq sürətli yazı zamanı meydana çıxır. Bunlara misal olaraq göstərmək olar.
hərfin silinməsi səbəbi ilə olan səhvlər - kiab (kitab)
əlavə hərfin yazılması ilə olan səhvlər - kittab (kitab)
bir hərfin yerinə digər hərfin yazılması – jitab (kitab)
Bunlardan başqa sözü yazarkən klavyaturadan hərflərin yerinin səhv düşməsi səbəbi ilə orfoqrafik səhv baş verir.
Məsələn, salam əvəzinə aslam yazılması.
Hər bir dildə olduğu kimi azərbaycan dilinin də öz xüsusiyyətləri vardır. Dilimizdə olan ə, ı, ü, ö, ğ, ç, ş hərfləri
QWERTY yazı tipli klavyaturasında ayrıca yer almadığına görə həmin hərflər başqa oxşar hərflərlə əvəz edilir. Məsələn:
men-mən, ustun-üstün, sheh-şeh və s.Bunlardan əlavə səhvlər individual xarakter daşıya bilər. Yəni şəxsdən asılı olaraq
onun edə biləcəyi səhvlər vardır. Əgər mətni yazan şəxs dilin düzgün yazılış qaydalarını bilmirsə bu zaman orfoqrafik
səhvlərə rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |