Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə987/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   983   984   985   986   987   988   989   990   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

564 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

  Personal haqqında məlumatlar; 



Bu gün ERP sistemlərin  tətbiqi şirkətinn effektiv fəaliyyəti üçün lazım olan vacib şərtlərdən biridir. Bununla bərabər 

ERP sistemlərin tətbiqi təcrübəli və kvalifikasiyalı ekspertlərin  iştirakını tələb edir.   

Biznes proseslərin kompleks şəkildə avtomatlaşdırılması    sahəsində liderlik edən avtomatlaşdırılmış sistemlərə 

Microsoft Business Solutions (Microsoft  şirkətinin Microsoft Dynamics ) və  IBM Cognos misal göstərmək olar. 

Microsoft Business Solutions məhsullarına Microsoft Dynamics AX və Microsoft Dynamics NAV daxildirki bu gün 

idarəetmənin avtomatlaşdırılmasında ən məşhur platformalardandır. 

Microsoft Business Solutions ERP sistemin interfeysinin işləmə prinsipi  Microsoft Office paketinin istifadəçiləri üçün 

çox rahat və tanışdır. Buna görə də Microsoft Dynamics  platformasında biznes proseslərin avtomatlaşdırılması  personalın 

öyrədilməsində minimal xərclər tələb edir. 

Bu sistemdə aşağıdakılar realizə olunub:  

  maliyyə məsələlərinin idarə edilməsi; 



  biznes-analiz; 

  tədarük əməliyyatlarının  idarə edilməsi; 



  anbarın idarə edilməsi; 

  müştərilərlə münasibətlərin idarə edilməsi; 



  elektron kommersiya; 

  istehsalat məsələləri. 



Microsoft Dynamics NAV  sisteminin üstünlükləri sırasında aşağıdakıları qeyd etmək olar:  

  Anbar üzrə  logistikasının və bütün anbar  proseslərinin optimallaşdırması; 



  İstehsalın dəstəklənməsi: təqvim üzrə planlaşdırma və istehsalın proqnozlaşdırması, istehsal siyasətinin çevik 

təyini; 

  Effektiv biznes-proseslərin və istehsal prosesinin müxtəlif parametrlərinin modelləşdirilməsi. 



  Xərclərin ixtisar edilməsi hesabına gəlirin artırılması  və  tərəfdaşlarla effektiv əməkdaşlıq, həmçinin  İnternet 

vasitəsi ilə əməkdaşlığın mümkünlüyü. 

Distribusiya sahəsində ixtisaslaşdırılan istənilən  şirkətin qarşısında duran əsas məqsəd   – effektivliyin maksimal 

səviyyəsinə nail olmaqdır.  Azərbaycanın Mülki Aviasiyasının da durmadan inkişafını  nəzərə alsaq bu sahədə  ERP 

sistemlərin tətbiqi böyük səmərə verir.  

2006-cı ildə  təsis edilmiş “Silk Way Holding” hal hazırda aviasiya sektorunda və  əlaqədar xidmətlərdə  fəaliyyət 

göstərən, təqdim olunan xidmətlərin və texniki imkanların daimi olaraq təkmilləşdirilməsini, habelə müasir texnologiyaların 

mənimsənilməsini qarşısına məqsəd qoymuş 23 şirkətdən ibarətdir. Bu şirkətlər arasında  Baku Cargo Terminal, Silk Way 

Helicopter Services,  Duty Free mağazalar  şəbəkəsi, Silk  Way Technics ERP sistemin tətbiqi sahəsində xüsusilə 

fərqlənirlər:   

  Baku Cargo Terminalda bütün anbar məsələləri, maliyyə hesabatları, ticarət və marketinq işləri Microsoft 



Dynamics Navision sistemi ilə həyata keçirilir.  

  Duty Free mağazalar  şəbəkəsində  sərnişinlərə göstərilən xidmət müqabilində  təqdim olunan çeklər və kassa 



aparatları  Navision sistemi ilə idarə edilir, anbarların bazası MS SQL Serverdə yerləşir.  

  Silk Way Helicopter Services anbar məsələləri və hesabatlar Navision sistemində yerinə yetirir. 



  Holdinqin  bütün Kadrlar şöbəsinin yerinə yetirdiyi əməliyyatlar sistemin “Personal və Əmək haqqları” modulunun 

köməyi ilə idarə edilir.  

Sistemin texniki dəstəyi və  işlənməsi, istifadəçilərin öyrədilməsi Məlumat Texnologiyaları  İdarəsinin Navision 

şövbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.  

Hal-hazırda sistemdə yeni işlər həyata keçirilməkdədir. Sistem vahid mərkəzdən idarə olunan və bütün şirkətlərin 

sifarişlərinin bir direktor tərəfindən təsdiqlənərək istifadəçilərə cavab nəticəni bildirməkdən  ibarət yeni idarə sistemi 

yaradılması üzrə işlər aparılır. Belə ki  şirkətlərin tələblərini ödəmək üçün lazımı avadanlıqlar, dəftərxana ləvazimatları və s. 

tələb olunan vasitələr üçün əvvəlcədən sistemdə sifarişlər hazırlanır və təsdiq olunmaq üçün avtomatik surətdə  direktorun 

elektron poçtuna göndərilir. Direktor sifarişə baxıb onu təstiq və ya ləğv edə bilir və nəticə elektron poçt vasitəsilə sifarişi 

göndərən şirkətin və ya şəxsin  elektron ünvanına avtomatik şəkildə qaytarılır. Navision sistemi vasitəsilə həyata keçirilən 

bu mərkəzdən idarəetmə ümümilikdə  lazim olan malların siyahıya alınması, itgilərin minimuma endirilməsi, qeydlərin 

dəqiq aparılması və yekun hesabatların düzgün  hazırlanması üçün çox əlverişlidir.  

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   983   984   985   986   987   988   989   990   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin