II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
560
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olunmuş formaya düşürdü. Ona görə də bu əməliyyatları aparmaq üçün yeni metodun yaradılmasına ehtiyac
duyulurdu.Şumerlərin təxminən 5-6 min il bundan əvvəl kəşf etdiyi yazı, sözün həqiqi mənasında, cəmiyyətdə birinci
informasiya inqilabı etdi. Yazı nəticəsində bilik və məlumatların maddi daşıyıcılar üzərində həkk edilməsi informasiyanın
ilkin mənbədən ayrılaraq nəsildən-nəslə ötürülməsinə yol açdı. Maddi daşıyıcı kimi aşılanmış heyvan dərisi, qamışdan,
papirusdan hazırlanmış lülə halında bükülmüş kağız, gil və taxta lövhə, tozağacı qabığı, qaya daşları, parça və s. istifadə
olunurdu. İnformasiyanın yazı formasında ötürülməsi poçt rabitəsini meydana çıxardı. İlk poçt rabitəsi xüsusi öyrədilmiş
quşlar (göyərçinlər) və qasidlər (çaparlar) vasitəsilə həyata keçirilirdi.
Elektron inqilabın nəticələri bu gün respublikamızda da əhəmiyyətli dərəcədə hiss olunur. Artıq informasiya
cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul edilib və Azərbaycanın inkişafı naminə 2003-
2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya müəyyənləşdirilmişdir. Milli
strategiyanın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2004-cü ildə
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, təhsil sisteminin
informasiyalaşdırılması və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə dair bir neçə dövlət proqramı qəbul
edilmişdir. "Elektron Azərbaycan Dövlət Proqramı" uğurla başa çatmış və növbəti illər üçün yeni proqramın layihəsi
hazırlanmışdır. Bunlardan əlavə, "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında",
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının qanunları qüvvəyə minmiş və elektron xidmətlərlə bağlı bir sıra dövlət
əhəmiyyətli layihələr həyata keçirilmişdir. Belə xidmətlərə internet vasitəsilə abituriyentlərin sınaq və qəbul imtahanları
üçün sənəd verməsi, ixtisas seçməsi, bütün nazirliklərin, dövlət qurumlarının əksəriyyətinin saytlarının yaradılması, orada
bu təşkilatlar barədə ətraflı məlumatın yerləşdirilməsi, internet vasitəsilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və
ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi və s. misal ola bilər.
Beləliklə, tam əminliklə deyə bilərik ki, sivilizasiyanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən biri məhz
informasiya olacaq. Ona görə də bu gün virtual aləmdə Azərbaycan seqmentinin daha da genişləndirilməsi, milli
informasiya struktur və resurslarımızın inkişaf etdirilərək qlobal şəbəkəyə inteqrasiyası, tezliklə respublikamızda kosmik
sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması ideyasının gerçəkləşə bilməsi ölkəmizin
bütün sahələrdə olduğu kimi, dünya informasiya məkanında qabaqcıl mövqedə olacağına böyük inam yaradır.
Dostları ilə paylaş: |