İNFORMASIYANIN DÜNƏNI, BUGÜNÜ VƏ SABAHI
Zaur MEHDİYEV
Qafqaz Universiteti
Lord_oser@box.az
AZƏRBAYCAN
İnformasiya hər hansı fakt, hadisə, təzahür, obyekt və s. haqqında məlumat demək olsa da, əslində, həyatımızın bütün
sahələrini əhatə etməklə daha geniş aspektə malikdir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının
Qanununda xüsusi qeyd olunur ki, yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən
fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar
informasiya hesab oluna bilər. İctimai informasiya dedikdə isə, qanunlarla və ya digər normativ hüquqi aktlarla
müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər
nəzərdə tutulur. Göründüyü kimi, informasiyanın əhatə dairəsi çox genişdir. Araşdırmalar göstərir ki, istənilən fəaliyyətin
uğurlu alınması çox vaxt operativ informasiyanın əldə edilməsi ilə bağlı olur. Həyatda bütün hökmlər, o cümlədən dövlət
səviyyəsində və ya xırda bir ailə mühitində qəbul edilən qərarlar o vaxt düzgün və effektiv olur ki, onların kökündə vaxtında
əldə olunmuş və hərtərəfli analiz edilmiş informasiya dursun.Təbiətdə ilk informasiya, çox güman ki, təkamül prosesləri
nəticəsində cansız sistemlərin canlı sistemə keçidi ilə əmələ gəlmiş və bu informasiya genetik formada olmuşdur. Genetik
informasiya nəsildən-nəslə ötürülərək orqanizmlərin strukturlarının və davranışlarının formalaşmasında mühüm rol
oynamışdır. Somatik təkamül, yəni bədənin tədrici inkişafı adlanan bu proseslərdə orqanizmlərdə maddələr və enerji
mübadiləsi ilə yanaşı xarici mühitdən gələn siqnalları qəbul etmək və onlara cavab vermək qabiliyyəti də formalaşmağa
başlamışdır. Ali canlılar təkamül etdikcə onların xarici siqnallara reaksiyaları da mürəkkəbləşmiş və bu prosesləri
tənzimləyən xüsusi sinir sistemi meydana çıxmışdır. Sinir sisteminin ən yüksək təkamülü insanda baş beyinin güclü inkişaf
etməsi, şüur və yaddaşın əmələ gəlməsi ilə baş vermişdir. Baş beyinin analitik və sintez fəaliyyəti insanlara öz duyğu
üzvləri ilə xarici mühitdən aldıqları saysız-hesabsız qıcıq və siqnalları fərqləndirmək, onların məzmununu analiz etmək,
eyni mənbədən gələn siqnalları bir, müxtəlif mənbələrdən daxil olanları isə ayrı-ayrı qruplara ayırmaq imkanı verdi. Bu
prosesi artıq siqnalların informasiyaya çevrilməsi kimi izah etmək olar. Belə informasiyalar əcdadlarımıza gerçək aləmdəki
predmetləri və baş verən prosesləri müəyyən səviyyədə dərk etdirirdi. Nəticədə, qədim insanlar digər canlılardan öz
üstünlüklərini başa düşür və bu üstünlükdən istifadə edərək təbiəti fəth etməyə, artıq onun qulu yox, ağası olmağa can
atırdılar. Məhz bu arzu əcdadlarımızı əməklə məşğul olmağa məcbur etmiş, əmək də öz növbəsində, kollektiv fəaliyyətin və
birgə yaşayış formaları olan tayfaların, icmaların, qəbilələrin, millətlərin və nəhayət xalqların yaranmasında mühüm rol
oynamışdır. Birgə yaşayış və fəaliyyət həm də insan hüquqlarının qorunması, mədəniyyət, adət-ənənə, əxlaq, qarşılıqlı
hörmət kimi yüksək dəyərlərin meydana çıxmasında əsas rol oynamışdır.
Birgə əmək və yaşayışda onun üzvləri arasında informasiya mübadiləsinin olması mütləq şərt olduğu üçün, bu məsələ
ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitələrindən istifadə etməklə həll olunurdu. İnformasiyanın belə
ötürülməsində bənzətmə, oxşatma, yamsılama elementləri üstünlük təşkil etmişdir. Şifahi nitq əmələ gəldikdən sonra
informasiya dil vasitəsilə ötürülməyə başlandı. Müxtəlif səslərin (incə, qalın, kar, cingiltili) kombinasiyasından əmələ gələn
sözlər vasitəsilə insanlar öz fikirlərini, hisslərini, biliklərini, gördüklərini və s. informasiyaları daha qısa şəkildə çatdırırdılar.
Şifahi nitqin yaranması ilə nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. kimi qədim folklor və xalq ədəbiyyatı
nümunələri də meydana çıxmışdır. İnformasiyanın miqdarı artdıqca onun dil vasitəsilə ötürülməsi getdikcə çətinləşirdi.
Çünki informasiya daşıyıcısı rolunu oynayan insan yaddaşı günü-gündən artan informasiyanı saxlamaq və ötürmək üçün
kifayət etmirdi, həm də az-az işlədilən məlumatlar tədricən yaddan çıxır, ya da qorxu, emosional və həyəcanlı anlarda təhrif
|