II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
565
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
SIMSIZ ŞƏBƏKƏLƏRIN ƏHƏMIYYƏTI VƏ GƏLƏCƏK PERSPEKTIVLƏRI
Əliağa MUSAYEV
Qafqaz Universiteti
aliaghamusayev@gmail.com
AZƏRBAYCAN
Simsiz şəbəkələrin əhəmiyyəti
Bu məqalədə son dövrdə simsiz şəbəkələrin inkişafının bir çox sahələrdə sürətli inkişafa və dinamikaya səbəb
olmasından, həmçinin bu texnologiyalarda məhsuldarlığın qiymətləndirilməsindən və mümkün qədər artırılmasından bəhs
edəcəyik. Simsiz şəbəkələrin əhəmiyyəti bugünkü dövrümüzdə demək olarki hamıya məlumdur. Simsiz rabitənin nə qədər
önəmli olmasını mobil rabitənin bugünkü əhəmiyyətini göstərməklə isbat etmək olar. Bundan əlavə hazırki dövrdə
istifədəçilərə simsiz ötürücü qurğular vasitəsilə tam rahat şəkildə, əlavə kabeldən istifadə etmədən şəbəkə resurslarına və
internetə çıxış əldə etmək üçün imkan yaradılır. Bu vasitələrlə insanlar öz resurslarını, tətbiqlərini paylaşa bilər və lazım
olan informasiyaları internet üzərindən yükləyə bilərlər. Həmçinin müəyyən hallarda və müəyyən şəraitdə internetə və
şəbəkəyə kabellə qoşulmaq mümkün olmadığı hallarda wi-fi qoşulma ilə rahat internetə və şəbəkəyə qoşulmaq mümkün
olur. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi mobil rabitə vasitələrinin və bu vasitələr üzərindən aparılan müxtəlif növ
vacib əməliyyatların nəzərə çarpacaq dərəcədə artması və insanlar üçün əhəmiyyət kəsb etməsi simsiz rabitənin
əhəmiyyətindən və zəruri olmasından xəbər verir. Bir anlıq təsəvvür edək ki, simsiz rabitə mövcud deyil. Bu zaman hər bir
istifadəçi şəbəkə resurslarına və internetə çıxışı yalnız və yalnız şəbəkə kabelləri mövcud olan yerdə əldə edə bilər. Bu isə
işdə mobilliyin və çevikliyin azalması deməkdir. Bu zaman gərək bütün istifadəçilər yalnız və yalnız müəyyən olunmuş
yerlərdə internetə çıxış əldə edə bilərdilər. Həmçinin hazırki dövrdə hamımızın çox istifadə etdiyimiz mobil rabitə mövcud
olmazdı. Bu texnologiyalar əlavə kabelləşdirmə xərclərinin azaldılmasında və kabelləşdirmək mümkün olmayan yerlərdə
şəbəkəyə çıxış əldə edilməsində çox böyük əhəmiyyətə malikdir. Bu texnologiyalar iqtisadi cəhətdən də təşkilatlar üçün
sərfəlidir. Sadəcə bir simsiz şəbəkə ötürücü qurğusu vasitəsilə bir neçə kompüteri və ya mobil qurğunu şəbəkəyə qoşmaq
mümkün olur(əlavə kabel və paylayıcı qurğulara(switch, hub) ehtiyac qalmır). Bu texnologiyalar həmdə istənilən yerdə
şirkətə müvəqqəti gəlmiş qonaq istifadəçilərin də internetə çıxışını təmin etməyə imkan verir. Məsələn otellərdə,
aeroportlarda və sairə bu kimi ictimai yerlərdə müştəri məmuniyyəti qazanmağa da şərait yaradır.
Bəs simsiz texnologiya nə zaman və harada tətbiq olunur?
-Kabelləşdirmə ilə şəbəkələrin qurulmasında əngəl olan yerlərdə
-Mobillik, rahatlıq tələb olunursa
-Əgər şəbəkə resurslarının daşınması zərurəti yaranarsa
-Bəzi hallarda sadəcə müvəqqəti olaraq şəbəkəyə qoşulmaları təmin etmək üçün (məsələn oteldə, aeroportda
istifadəçilərin müəyyən müddətlik internetə çıxışını təmin etmək üçün)
-Əgər şirkətin iki qonşu binası arasında əlavə kabelləşdirmə xərcləri çəkilmədən şəbəkənin qurulması tapşırığı verilərsə
Dostları ilə paylaş: