Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə996/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   992   993   994   995   996   997   998   999   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

571 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Javadan fərqli olaraq Scala-da avtomatik şəkildə tiplərin tanınması (local type inference) , tipi məlum olan tiplərə 

uyğun olmayan qiymətlər mənimsəndikdə meydana gələn yeni tipin susma vəziyyətini təyin etmə (implicit conversions), 

müxtəlif tiplərin birləşdirilməsi (multiple assignments) imkanları vardır. 

Scala-da, nəhayət, bir çox proqramçıların marağında olduğu və gözlədiyi yenilik vardır. Bu “closure”-dır. “Closure” – 

funksiyanın qiymətinin həmin funksiyanın elan olunduğu class-dan kənar class-larda elan olunan dəyişənlərin qiymətindən 

asılı olmasıdır. 

 Bundan başqa Scala-da XML kodlarını birbaşa Scala əmrləri ilə bir yerdə istifadə etmək mümkündür. 

Scala üçün istifadə olunan veb-freymvork Lift-dir və inkişafına görə bir çox veb-freymvorkları geridə qoymuşdur. Lift 

veb-freymvorku ilk dəfə 2009-cu ildə David Pollak tərəfindən yaradılmışdır. Lift veb-tətbiqlərin yaradılması üçün nəzərdə 

tutulur. Əlbəttə ,buradakı bir çox metodlar 10 il ərzində əldə olunanlara əsaslanır. Bu freymvorkda MVC komponentlər sərt 

şəkildə paylanmışdır. Burada hər bir forma unikal nişana malik olduğuna görə eyni informasiyanı təkrarən göndərmək və ya 

eyni səhifəyə qayıtmaq mümkün deyil. Scala özündə birbaşa XML-i istifadə edə bildiyinə görə,  əlavə ayrı-ayrı JSP-lərə 

ehtiyac qalmır. Hər şey birbaşa kodda yazılmağına baxmayaraq ,görüntü (view) tətbiqin strukturundan (controller və model) 

ayrılmışdır. 

Lift-in  əsasını, sözsüz ki, Scala təşkil edir. Bu isə öz növbəsində JVM ilə  işləmək və Java-nın kitabxanaları ilə tam 

inteqrasiya deməkdir. Lift-in şablonlarında birbaşa kodların içində  həm XML, həm də HTML generasiya etmək 

mümkündür. Burada Simple Build Tool və Jrebel komponentlərinin köməyilə  dəyişikliklərin edilməsi və brauzerdə 

yenilənməsi müddəti bir neçə saniyə azaldılır. Liftdə qurulan ilk sayt olan foursquare.com-un müəllifi Rasmus Lerdorford-

un iddiasına görə Lift avtomatik olaraq  qurulan saytın 10 ən zəif nöqtələrdən 6-nı qorumağı təmin edir.Bu isə Liftdə statik 

tipləşdirmə və funksional proqramlaşdırmadan məharətlə istifadə olunması sayəsində mümkün olur. 

Lift-də digər veb-freymvorklardan fərqli olaraq bəzi proseslər daha əlverişli şəkildə təşkil olunmuşdur. Bu proseslərdən 

biri təxirə salına bilən yüklənmədir. Səhifə yüklənən zaman əvvəlcə tez generasiya olunan hissələr, sonra isə gec generasiya 

olunan hissələr hazır olur. Sonrakı proses səhifələrin paralel generasiyasıdır. Bu zaman mövcud səhifənin bəzi hissələri 

qeyd edilərək onların paralel generasiyası üçün ayrıca axın yaradılır.  

Lift-də  əlaqələndirilmiş ajax komponentlərdən (wiring) istifadə olunur. Səhifədə bir neçə ajax komponentləri 

əlaqələndirilərək lazım olan anda yenilənərək istifadəyə hazır vəziyyətə gətirilir. 

Scala-da çoxsəhifəli formalar (wizard) Jboss Seam-dən fərqli olaraq daha rahat şəkildə  təşkil olunmuşdur. Bu 

formalarda geriyə qayıtma imkanı (Back düyməsi) vardır və Ajax-ın köməyilə və yaxud çoxsəhifəli şəkildə işə salınırlar. 

Scala-nı http://www.scala-lang.org/downloads ünvanından, Lift-i isə http://liftweb.net/download ünvanından endirmək 

mümkündür. Bu dilin İntelliJ, Eclipse və NetBeans kimi İDE-lərdə plaqinləri də mövcuddur.     

Beləliklə, Scala-da proqramlaşdırma həm fərqli, həm də asandır. Asanlığı ondan ibarətdir ki, proqramçı öyrəşdiyi və 

uzun müddət işlətdiyi Java obyektlərindən istifadə edir. Lakin fərqlilik Scala-da funksional proqramlaşdırmanın tətbiq 

olunması və bu məqsədlə yazılacaq proqramın məntiqi cəhətdən bir neçə hissələrə dekompozisiyasıdır. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   992   993   994   995   996   997   998   999   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin