Microsoft Word Materiallar Full


MÜASİR ROBOT TEXNOLOGİYALARININ AZƏRBAYCAN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1047/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1043   1044   1045   1046   1047   1048   1049   1050   ...   1149
MÜASİR ROBOT TEXNOLOGİYALARININ AZƏRBAYCAN                                               

SƏNAYE VƏ MƏİŞƏT HƏYATINDA TƏTBİQİ 

 

Nadir HACIYEV, Tərlan BƏKİRLİ. Ümit İLHAN 

Qafqaz Universiteti  

n.hajiyev@ictsrcqu.org, t.bekirli@ictsrcqu.org, umit.ilhan@ictsrcqu.org 

AZƏRBAYCAN  

 

Son illərdə həddindən artıq sürətlə inkişafda olan texnologiyalar arasında robototexnikanın da özünəməxsus yeri vardır. 



Hal-hazırda bir çox dövlətlər özünəməxsus “milli robot”un, həmçinin kontrol sistemlərinin hazırlanması üçün bir çox 

layihələr həyata keçirmiş və bir çox nailiyyətlərə imza atmışlar. Bəzi ölkələrdə hərbi məqsədlər, digərlərində yaşlı insanlara 

qayğının artırılması, sənayenin avtomatlaşdırılması yolu ilə  səmərəliliyin artırılması  və mövcud tələbatların qarşılanması 

üçün robototexnika və kontrol sistemlərindən istifadə olunur.  

Bu texnoloji inkişaf Azərbaycanda da bu sahəyə olan marağın artırılmasına, Azərbaycanın bu sahə üzrə dünyanın 

aparıcı dövlətləri ilə  rəqabət apara biləcək səviyyəyə çatmasına və eyni zamanda ölkədə texnoloji inkişafın dəfələrlə 

sürətlənməsinə  səbəb olacaqdır. Bu inkişafın sürətləndirilməsi üçün təklif olunan layihələrdən biri də “milli robot” - 

Azərrobotun hazırlanmasıdır. Azərrobot insanabənzər robot olub, bu sinifdən olan robotların bütün imkanlarını özündə 

daşıyan, eyni zamanda Azərbaycanın milli mədəniyyətini və mentalitetini özündə  əks etdirən “milli robot”dur. Robot 

günümüzdə mövcud digər insanabənzər (humanoid və android) robotlar kimi xarici görünüşünə görə  təmamilə insana 

bənzəyəcək,  ətrafındakılarla görmək, toxunmaq, danışmaq və s. vasitələrlə ünsiyyət qura biləcək,  ətrafını öyrənərək özü 

qərarlar qəbul edə biləcək. 

Layihə həcminə görə çox geniş miqyasda olduğu üçün mərhələlərlə hayata keçiriləcək. Bu günə qədər dünyanın bir çox 

ölkələrdə bu sahə üzrə bir çox nailiyyətlər  əldə olunduğu üçün xarici ölkələrin təcrübəsindən,  əsasən Cənubi Koreya

Yaponiya və Türkiyənin təcrübəsindən istifadə ediləcək.  

Öncəliklə humanoid robotların nəzəri və mexaniki-elektron strukturu öyrəniləcəkdir, bunun üçün günümüzdə mövcud 

olan universal humanoid robotlardan biri olan Aldebaran Robotics [1] şirkətinin NAO insanabənzər araşdırma 

platformasından istifadə olunması  nəzərdə tutulur. Mexaniki struktur deyərkən robotların fiziki hissələri - əllər, qollar, 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1043   1044   1045   1046   1047   1048   1049   1050   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin