II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
598
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ayaqlar, baş, bu hissələri idarə edən motorlar və elektron dövrələri, görüntü və səs əldə edilməsi üçün istifadə edilən kamera
və səs sistemləri, və digər mexaniki-elektron hissələr; nəzəri struktur deyərkən - mövcud riyazi alqoritmlər, humanoid
robotların özü-özünü idarə etməsi zamanı qarşıya qoyulmuş elmi problemlər və onların həlli metodları, bu mövzularla
əlaqədar nəşr edilmiş elmi iş və məqalələr nəzərdə tutulur.
Bu mərhələ artıq başlamışdır və Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzi bu sahə üzrə fəaliyyət göstərir.
Bununla əlaqədar bir çox elmi problemlər araşdırılmış, praktikihəllər hazırlanmış və prototip tədqiqat robotu olaraq seçilmiş
robotda bu həllər tətbiq olunmuşdur. Bunlara hərəkət zamanı tarazlığın saxlanması, insan sifətinin tanınması, əşyaların
tanınması, məsafədən idarəolunma və s. daxildir.
Bununla paralel olaraq, öyrənmək mərhələsinin davamında müxtəlif praktiki həllər üzərində çalışılacaqdır: buna robot
qolun və ya ayağın hazırlanması, səs tanıma, görüntü tanıma sistemlərinin hazırlanması nəzərdə tutulur. Mərhələlər şəklində
həyata keçiriləcək layihədə, öncə insanabənzər robotun ayrı-ayrı hissələri, məsələn; robot qol və digər yuxarıda qeyd
olunmuş hissələr hazırlanacaq və növbəti mərhələlərdə bu sistemlər bir-biri ilə inteqrasiya olunacaq. Aldebaran Robotics
şirkətinin NAO üçün hazırladığı dokumentasiyanı [2] incələyərkən görə bilərsiniz ki, burada humanoid robotun fiziki
göstəriciləri haqqında bütün məlumatlar vardır. Bu məlumatlar əsasında humanoid robot hissələrə ayrılacaq. Öncədən
nəzərdə tutulan 3 əsas hissə var: ayaqlar, bədən və qollar, baş. Bu hissələr araşdırma müddətində daha da bəsit hissələrə
ayrıla bilər. Bu əsas hissələrin sayı robotun daxili mexaniki dizaynı və elektrik dizaynı əsasında dəqiqləşdiriləcək.
Sözügedən hissələr təkcə humanoid robotun hazırlanması üçün deyil, həmçinin digər robotların araşdırma sahələrini də
özündə birləşdirir. Məsələn, robot qollar dünya avtomatlaşdırılma sənayesində geniş tətbiq olunur. Layihə çərçivəsində bu
kimi ölkə sənayesi üçün faydalı olacaq digər işlərin görülməsi nəzərdə tutulur.
İstinad
[1] Aldebaran Robotics şirkətinin rəsmi veb səhifəsi - www.aldebaran.com
[2] NAO robotunun dokumentasiyası v1.14.5 - community.aldebaran-robotics.com/doc
Dostları ilə paylaş: |