Big Data və qənaət
Türkiyənin nəhəng Türk Telekom şirkəti fərqli mühitlərdə saxlanılan məlumatları vahid mühitdə cəmləyərək, daha
sürətli və daha əlyetənli bir platformadan istifadə edir. 6 ayda ərsəyə gələn bu layihə ilə məlumatlar real vaxt rejimində
əlyetənli olur. Şirkətin verdiyi məlumata görə, sərmayə ilə əldə edilən qazanc, təxminən 6 mln. dollar təşkil etmişdir.
Texniki xidmət sahəsində isə 1 mln. dollardan artıq qənaət etmişdir. Məlumatların yüklənməsi prosesində isə 5 – 90 misli
arası performans artmışdır.
Türkiyənin digər bir GSM operatoru Türkcell bütün məlumatları vahid platformada cəmləyərək gündə 6 TB məlumatı
saniyələr içində analiz edərək istənilən hesabatı ala bilir. Türkcell sıxışdırılmış halda 1.2 PB məlumata asan bir şəkildə
istismar edə bilir.
Bu analizlər nəticəsində məlumatları köhnəltmədən, istifadəçinin davranış və reaksiyalarını real vaxtda faydalı
informasiyaya çevirmək və məlumatları qiymətələndirmək rəqabət üçün ciddi bir üstünlükdür [6].
Bu prosesdə təbii ki, məlumat həcmləri dəfələrlə artacaq. Beləliklə də bu nəhəng məlumatların işlənməsi daha da
əhəmiyyət qazanacaq. Çünki müxtəlif tipli məlumatları lazımi proseslərdən keçirərək, onları “faydalı” məlumata çevirmək
lazımdır. Daha mükəmməl, daha sürətli, daha faydalı qərarlar qəbul edilmədikcə, məlumatların çox olması mənasızdır [7].
Ədəbiyyat
1 - www.mckinsey.com/mgi
2 - Hadoop For Dummies
®, Special Edition, Robert D. Schneider, John Wiley & Sons Canada, Ltd., 2012
3 - Understanding Big Data: analytics for enterprise class hadoop and streaming data, Paul C. Zikopoulos,
McGraw Hill, 2012
4 - www.tr.wikipedia.org/wiki/B%C3%BCy%C3%BCk_veri
5 - Hadoop: The Definitive Guide, Second Edition, Tom White, O’Reilly, 2011
6 - www.computerworld.com.tr/featured/buyuk-veri-ile-gelen-tasarruf/
7 - www.karel.com.tr/blog/buyuk-veri-big-data-nedir-uygulamalar-ve-firsatlar-yonetici-ozeti
Dostları ilə paylaş: |