II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
600
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
etmə formasıdır. Açıq hökumətin yaradılmasının əsas şərtlərindən biri e-mühitin mövcudluğudur. E-mühit istənilən dövlət
qurumun öz fəaliyyətinə uyğun olan xidmətlərinin elektron platformada təqdim olunmasıdır. (Teresa M. Harrison, Santiago
Guerrero, G. Brian Burke, Meghan Cook, Anthony Cresswell, Natalie Helbig, Jana Hrdinov
á, & Theresa Pardo 2011)
Artıq ölkəmizdə də açıq hökumətin inkişafında bir çox məqsədlərə nail olunmuşdur. Belə ki, hazırda elektron
xidmətlərin bir çoxu- rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması,
məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək
üçün elektron ərizələrin qəbulu və digər bu kimi məsələlər ölkəmizdə açıq hökumət çərçivəsində təqdim olunan xidmətlərin
tərkib hissələrindəndir.
Açıq hökumətin aşağıda göstərilmiş standartları mövcuddur:(http://www.opengovstandards.org/)
Dostları ilə paylaş: