E-dövlət nədir? Elektron dövlət (e-dövlət) ideyası Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Albert Gore
tərəfindən irəli sürülmüş, vətəndaşlarla müxtəlif dövlət orqanlarının avtomatik yolla əlaqələndirilməsi ilə yanaşı informasiya
və kommunikasiya texnologiyalarının tətbiqi ilə xərclərin azaldılması, fəaliyyətin optimallaşdırılması, xidmətlərin
göstərilmə sürətinin və effektivliyinin artırılması məsələlərini nəzərdə tutmuşdur (Tamara Almarabeh , Amer AbuAli 2010).
E-dövlət proqramı cəmiyyətin bütün seqmentlərindən olan benefisiar və investorlar üçün xidmətlərin göstərilmə
səviyyəsinin qaldırılması əsasında dövlət işlərində böyük effektivliyə nail olmaq yollarını axtarır. Online interaktiv
xidmətlər özündə ərizə vermək, faiz ödəmək, lisenziyalaşma və informasiya sorğuları kimi xidmətləri əks etdirir. Belə
xidmətlər üçün icranın keyfiyyət və səviyyəsində fərqliliklər olmaqda davam edir ( Michael R. Middleton, 2007).
E-hökumət anlayışını anlamaq üçün, ilk növbədə, ümumi hökumət anlayışını anlamaq lazımdır. Hökumət, faktiki
olaraq, hədəf, struktur və funksiyaların dinamik qarışığıdır ( Pardo, 2000).
Elektron hökumət internet vasitəsilən əməliyyatların emalı, veb-səhifə və ya elektron poçt deyil. E-hökumət bilik
cəmiyyəti ilə müşayiət olunan texnoloji inqilabın davamıdır. E-hökumət şəffaflıq, hesabatlılıq, vətəndaş iştirakçılığı kimi
yeni anlayışlar yaranmasına səbəb olmuşdur.(Hiba Mohammad, Tamara Almarabeh, and Amer Abu Ali, 2009).
E-dövlət anlayışında biz 3 qrup ayıra bilərik: vətəndaşlar, şirkətlər və ölkənin hökumət idarələri. Bu zaman dövlət və
vətəndaşlar arasında arasında əlaqəni göstərmək üçün G2C (Government-to-Citizen), dövlət və şirkətlər arasında əlaqə
|