II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
63
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
SPEKTRLƏRİN ALINMASI VƏ İŞLƏNMƏSİ
Ulduzun müşahidələri 2011-ci ildə 02 iyul–06 oktyabr tarixləri intervalında ŞAR-ın 2-metrlik teleskopunun Kasseqren
fokusunda eşelle-spektroqraf vasitəsilə aparılmışdır. İşıq qəbuledicisi kimi ölçüsü 530x580 piksel (1 piks=24x18 mik.) olan
azotla soyudulan CCD-dən istifadə olunmuşdur. 94 günlük müşahidə periodunda 17 gecə ərzində λλ4700-6600 ÅÅ dalğa
uzunluğu intervalında 34 CCD eşelle spektr alınmışdır. Alınmış spektrlərin işlənməsi DECH20 paket proqram qovluğu
vasitəsilə yerinə yetirilmişdir .
Spektrləri kosmik zərrəciklərdən təmizləmək üçün bir gecədə alınan iki ardıcıl spektr ortalaşdırılmışdır. CCD ilə alınmış
spektrləri piksel şkalasından dalğa uzunluğu şkalasına keçirərkən gündüz göyünün spektrindən istifadə olunmuşdur. Yarana
biləcək instrumental sürüşməni aradan qaldırmaq üçün dayaq kimi tellurik xətlər (bir neçə tərtibdə) götürülmüşdür. Spektral
ayırdetmə R=15000 və ya dispersiya Hα yanında 0.23 Å/piksel təşkil edir, S/N~200-dür.Aldığımız spektrlərin ayırdetməsi
profil strukturunu tədqiq etməyə imkan verir.
HD199478 ulduzunun spektrində müqayisəli şəkildə Hα və H
xətlərinin profil dəyişkənliklərinə baxılmışdır. Ulduzun
spektrində bu xətlərinin şüa sürətləri, ekvivalent enləri, xəttin yarımenləri ölçülmüşdür.
Şəkil 1. Hα (a) və H
(b) xətlərinin profilləri .
Spektrlərin təhlili göstərmişdir ki,HD199478 ulduzunun spektrində Hα xəttinin profili geniş, zəif intensivlikli (I/I
0
=
1.05)qanad emissyasından və ona əlavə olunmuş dəyişən mərkəzi emissyadan ibarətdir (±1300 km). Profillərdən də
göründüyü kimi ardıcıl günlərdə alınmış spektrlərdə ciddi dəyişkənliklər müşahidə olunmur. Müşahidə periodu ərzində tək
ensiz simmetrik mərkəzi emissiya, qırmızı tərəfə asimmetrik mürəkkəb quruluşlu emissiya, mərkəzi udulmalı qoşa pikli
emissiya və dəyişən P Cyg - profillər müşahidə olunmuşdur, qanad emissyasında ciddi dəyişkənlik müşahidə olunmayıb.
H
xəttininprofillərində də dəyişkənliklər müşahidə olunur.Hα-daP Cyg profil yaranan günlərdə H xətti bənövşəyi tərəfə
genişlənir. Qoşa pikli pofil (mərkəzi udulmalı) müşahidə olunan spektrlərdə H
xəttinin profili hər iki - həm bənövşəyi
həm də qırmızı tərəfə genişlənir.
Beləliklə H
xətinin dəyişməsi göstərir ki, HD199478 ulduzunun atmosferinin dərin qatlarında mürəkkəb fiziki prosseslər
baş verir. Hα xəttində P Cyg tipli profillərin yaranmasını və bu zaman H
xəttinin bənövşəyi tərəfə genişlənməsini dərin
fotosfer qatından maddə atılması ilə izah etmək olar.
Hα xəttində tək ensiz simmetrik mərkəzi emissiya müşahidə olunan halda H
xətti simmetrik ensiz (FWHM = 2.80 Å)
profil, Hα xətti mərkəzi udulmalı qoşa pikli emissiya göstərən hallardda isə H
xəttinin profili genişlənir və yarım eni
FWHM = 3.35÷ 4.04Å olur. Hα xəttində P Cyg tipli profil yaranan günlərdə isə H
xəttinin profili bənövşəyi tərəfə
genişlənir və yarım eni FWHM = 4.36 ÷ 4.85Å qiymətinə çatır.
Dəyişkənlik digər parametrlərdə də özünü göstərmişdir. Hα xəttində P Cyg tipli profil yaranan günlərdə H
xəttinin
ekvivalent eni təxminən 1.5 dəfə artır (W
λ
= 1.43 Å ), tam şüalanma komponenti olarkən isə ekvivalent en azalaraq əvvəlki
qiymətinə yaxınlaşır (W
λ
= 0.87 Å). Eyni hal özünü şüa sürətində də göstərir. P Cyg tipli profildən əvvəl Vr= -30 km/s, P
Cyg profil yaranan halda Vr= -74.63 km/s göstərir, P Cyg profili tam şüalanma komponentinə çevrilərkən isə V
r
= -27.22
km/s olur.Müşahidə olunanP Cyg tipli profillərə görə örtüyün genişlənmə sürəti 260-330 km/s göstərir.
Hα və H
xətlərinin şüa sürətlərinin dəyişmə xarakteri eyni olub, əks fazalardadır.Hα və Hxətlərininekvivalent
enləridəyişmə xarakteri eyni olub, əks fazalardadır.
Dostları ilə paylaş: |