AQAR MƏHLULUNDA GELƏMƏLƏGƏLMƏ PROSESLƏRININ SPEKTROFOTOMETRIK
METODLA ÖYRƏNILMƏSI
Eldar MƏSIMOV, A.R. İMAMƏLIYEV, Aynur ƏMRAHOVA
Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutu
aynuramrahova@gmail.com
AZƏRBAYCAN
Agar biopolimerinin suda məhlulunun işıqburaxma spektrinin temperatur və konsentrasiya asılılığı öyrənilmişdir. Qızma
və soyuma rejimlərində aparılan ölçmələr digər fiziki xassələrdə olduğu kimi spektral xassələrdə də güclü istilik histerezis
olduğunu göstərir. Alınan nəticələr göstərir ki, gelin fəza torunun yaranması, onun formalaşması ilə müqayisədə daha dar
temperatur intervalinda baş verir. Histerezis əyriləri göstərir ki, polimer məhlulu soyuduqda gelin fəza torunun
formalaşması üçün cavabdeh olan assosiatlaşma təxminən 40
o
C-də baş verir. Geli qızdırarkən assosiatların dağılması isə
60
o
C-dən başlayır və geniş bir temperatur intervalını əhatə edir. Histerezislərin formasından o da görünür ki, həm
geləmələgəlmə temperaturu, həm də gelin ərimə nöqtəsi konsentrasiya artdıqca artır, lakin bu artım ərimə nöqtəsi üçün daha
güclüdür. Aqarın konsentrasiyası artdıqca məhluldakı hissəciklərin – assosiatların sayı da artır. Bu da assosiatlardan işığın
səpilməsi nəticəsində gelin işıqburaxmasının aqarın konsentrasiyası artdıqca kəskin azalmasına səbəb olur.
ƏDƏBİYYAT
1. Guenet J.M., Termoreversible Gelation of Polymers and Biopolymers, New York, Academic Press, 1992, 212 p.
2. Dea I.C.M., Industrial Polysacharides – Pure & Appl. Chemietry, 1987, v.61, No7, p.1315
Dostları ilə paylaş: |