II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
62
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Güman edilir ki, HD198478 və HD225094 ulduzları atmosferlərində həmişə müşahidə edilmiş olan H
α
xəttinin
profilinin yox olması, ifratnəhəng ulduzların atmosferlərinin qeyri-stasionarlığı və ya sferik simmetrik olmayan ulduz
küləyinin təsiri nəticəsində baş verə bilər. Hesab olunur ki, müşahidəçidən əks tərəfə yönəlmiş maddə axını zamanı H
α
xəttinin udulma komponenti qırmızı tərəfə sürüşmüş, nəticədə udulma və şüalanma komponentlərinin mərkəzi dalğa
uzunluqları üst-üstə düşərək bir-birilərini kompensə etmişlər. Maraqlı haldır ki, hər iki ulduz eyni B3Ia spektral sinfinə, eyni
(17000±1000)K intervalda temperatura və təxminən eyni işıqlığa malikdir. Bu faktlar əsas verir ki, müxtəlif ulduzların
spektrlərində H
α
xəttinin profilinin yox olması kimi müşahidə edilmiş belə effektin səbəblərini öyrənərkən həmin ulduzların
temperaturlarına, işıqlığına və həm də kütləsinə xüsusi diqqət yetirilməlidir. Lakin bu hadisəyə ilk dəfə rast gəlindiyindən
dəqiq izahı yoxdur.
HD198478 və HD225094 ulduzları atmosferlərində baş verən belə qeyri-adi dəyişkənliklərin təkrarlanan və periodik
olub-olmamasını və bu hadisə baş verərkən ulduzun parlaqlığının necə dəyişməsini müəyyən etmək üçün Şamaxı
Astrofizika Rəsədxanasında bu ulduzların ardıcıl sinxron (spektral və fotometrik) müşahidələri davam etdirilir.
Dostları ilə paylaş: |