Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə132/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   128   129   130   131   132   133   134   135   ...   1149
 

 

HD198478 VƏ HD225094 ULDUZLARI ATMOSFERLƏRİNDƏ BAŞ VERƏN QEYDİ-ADİ 

DƏYİŞKƏNLİKLƏR 

 

Yanoş MƏHƏRRƏMOV 

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 



y_meherremov@rambler.ru 

AZƏRBAYCAN 



 

AMEA N.Tusi adına  Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 2 metrlik teleskopunun Kasseqren fokusunda 

quraşdırılmış müasir CCD kamerası vasitəsilə 2005-2012 – ci illərdə HD198478 (55 Cyg) ifratnəhəng ulduzunun, 2013 – cü 

ildə isə HD225094 (V639Cas) ifratnəhəng ulduzunun müntəzəm spektral müşahidələri aparılmışdır. Alınmış bütün spektrlər 

Dech-20 və Dech-20T paket proqramları vasitəsilə  işlənmişdir. Ayırdetmə R=15000 və bütün spektrlərdə (siqnalın küyə 

nisbəti) S/N = 150

200 intervalında olmuşdur. HD198478 (55Cyg): Spektral tədqiqatlar baxımından çox maraqlı olan bu 

ifratnəhəng ulduzun atmosferində müşahidə olunan hidrogenin Balmer seriyası üzrə H

  xəttinin profillərinin strukturu və 



intensivlikləri kəskin dəyişir. 55 Cyg ulduzunun indiyədək olan çoxsaylı spektrləri  əsasında onun atmosferində  həmişə 

müşahidə edilmiş H

α

 xəttinin profilləri – düz P Cyg profil, tam udulma profili, tam şüalanma profili, invers P Cyg profil



mərkəzi  şüalanma komponentinin hər iki qanadında asimmetrik yerləşən udulma komponenti olan profil formalarındadır. 

Şəkil 1(a) – da nümunə kimi 12.10.2010 və 28.11.2010 tarixli spektrlərdə müşahidə olunan H

  xəttinin profillərindən 



fraqmentlər verilmişdir. 

2010-cu ildə ŞAR – da aparılmış 55 Cyg ulduzunun ardıcıl və intensiv müşahidələri xüsusi maraq doğurmuşdur. 

Alınmış spektrlər işlənərkən ilk dəfə olaraq aşkar edildi ki, 02-04.07 2010-cu il tarixlərindəki müşahidə materiallarında H

α

 



(

6562.816Å) xəttinin profili (eyni zamanda həm udulma, həm də  şüalanma komponenti) tamamilə yox olmuşdur (şəkil 

1.a). Həmin spektrlərdə H

α

 xəttinin yerləşdiyi dalğa uzunluğu intervalında zəif atmosfer xətlərindən və küydən başqa heç bir 



spektral detal müşahidə olunmamışdır. Lakin 55 Cyg ulduzunun H

α

 profilinin müşahidə olunmadığı spektrlərində bu 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin