Nəticə və təkliflər
Təlim prosesində şagirdin məsələ tərtib etməsinə və sonra onu həll etməsinə xüsusi diqqət yetirilməlidir. Bu işə
müəllim şagirdləri hazırlamaq üçün məqsədyönlü iş aparmalıdır.
Konkret dərs üçün məsələ seçərkən aşağıdakı suallara cavab axtarılmalıdır:
1. seçilən məsələ dərsin əsas didaktik məqsədinə uyğundurmu?
2. seçilən məsələ əvvəlki dərsdə həll olunan məsələ ilə əlaqəlidirmi?
3. seçilən məsələni ümumiləşdirmək olarmı?
4. məsələnin verilənləri məqsədəuyğundurmu?
Dərsin əsas didaktik məqsədinə uyğun olaraq məsələlər sistem şəklində seçilir. Məsələ sistemləri aşağıdakı tələbləri
ödəməlidir:
1. məsələlər dərsin əsas didaktik məqsədlərinə uyğun olmalıdır;
2. sitemdəki məsələlər həm öz aralarında, həm də keçmiş və gələcək mövzularla əlaqəli olmalıdır;
3. sitemdəki məsələlər bütün mühüm və xarakterik situasiyaları əhatə etməlidir;
4. sitemdə məsələlərsadədən mürəkkəbə doğru yerləşdirilməlidir.
Şagirdləri zehni fəaliyyətə cəlb etmək və onların müstəqilliyinə nail olmaq üçün müxtəlif üsullarla həll oluna bilən
məsələlər çox mühüm vasitədir.
Təlimdə məsələlərin ümumi həll üsullarının öyrənilməsinə nail olmaq vacibdir. Eyni tipli məsələlərin həllinə aludə
olmaq lazım deyil. Məsələlərin həllinin səmərəli öyrənilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:
1. sistemli şəkildə qeyri –standart məsələlər həll etmək;
2. məsələləri müxtəlif üsullarla həll etmək;
3. oxşar məsələlər tərtib etmək və həll etmək;
4. həll olunan məsələni ümumiləşdirmək;
5. həll olunan məsələnin xüsusi hallarını tədqiq etmək;
6. çatışmayan şərtli və artıq şərtli məsələləri həll etmək;
7. məsələni başqa dillərə tərcümə etmək və s.
Məsələ həllinin riyaziyyat təlimi qarşısında qoyulmuş məqsədlərə çatmaqda rolu əvəzsizdir. Məsələ həllinin düzgün
metodikası şagirdlərdə bilik, bacarıq və vərdişlərin yuksək səviyyədə formalaşmasında əsas amildir.
|