II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
151
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ABŞERONDA MEYVƏ AĞACLARINDA FİTOPLAZMA XƏSTƏLİKLƏRİNİN
MOLEKULYAR İDENTİFİKASİYASI
Gülsəba KAMİLOVA, G.Ş. BALAKIŞIYEVA
Bakı Dövlət Universiteti
gulseba.kamilova.91@mail.ru
Fitoplazmalar hüceyrə divarı olmayan bakteriyalar olub bitkilərdə müxtəlif xəstəliklər törədirlər. Fitoplazma xəstəlik-
ləri iqtisadi cəhətdən əhəmiyyətli olan meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını ciddi surətdə zəiflədir və sonda bu
bitkilərin məhv olmasına gətirib çıxarır.
Təqdim edilən tezis fitoplazmaların aşkar olunması məqsədilə 2013-cü il sentyabr ayında Pirşağı qəsəbəsində aparılmış
monitorinqlərin nəticələrini əks etdirir. Monitorinqlər zamanı Pirşağı qəsəbəsində yerləşən tərəvəzçilik İnstitutunun meyvə
bağı, eləcə də bir neçə şəxsi bağ diqqətlə nəzərdən keçirilmiş, nəticədə saralma, soluxma, yarpaqların qızarması, xlorotik
burulması kimi fitoplazma xəstəliklərinin əlamətləri müşahidə olunmuşdur. Xəstəlik əlamətlərinə malik bitkilərdən yarpaq
nümunələri toplanmışdır. Xəstə bitkilərlə yanaşı neqativ kontrol kimi sağlam bitkilərdən də nümunələr götürülmüşdür.
Toplanmış bitki yarpaqlarının mərkəzi damarlarından nüvə DNT-si CTAB ekstraksiya metoduna uyğun olaraq ayrılmışdır.
Hər bir DNT ekstraktının 2 μl-i 50 μl reaksiya qarışığında fitoplazmalar üçün universal praymerlərlə (R16mF2 / R16mR1
xarici praymerlər və R16F2n / R16R2 daxili praymerlər) aparılan 16Sr Nested PZR metodu vasitəsilə yoxlanılmışdır.
Nested PZR məhsulların (7 μL) analizi 1X TBE buferi ilə 1% aqaroza gelində aparılan elektroforez vasitəsilə həyata
keçirilmişdir. Fitoplazmaları identifikasiya etmək üçün RFLP analizdən istifadə olunmuşdur. Nested PZR məhsulların 4 μl-i
RsaI fermenti ilə 20 μl reaksiya qarışığında 37 °C temperaturda gecə ərzində inkubasiya olunmaqla restriksiyaya məruz
qoyulmuşdur. RFLP-nin nəticələri 2%-li aqaroza gelində 65 V gərginlikdə elektroforetik analiz edilmişdir. Klassik CTAB
metoduyla ayrılmış DNT ekstraktlarının R16mF2 - R16mR1 və R16F2n - R16R2 universal praymerlərilə 16Sr Nested PZR-
in aqaroza gelində elektroforetik analizi nəticəsində alça və armud ağaclarında fitoplazma aşkar olunmuşdur.
Aşkarlan olunmuş fitoplazmalar əldə edilmiş 16Sr Nested PZR məhsulların RFLP analizi vasitəsi ilə növ səviyyəsində
identifikasiya edilmişdir. Rsa I endonukleazası ilə aparılmış restiksiyanın nəticələrinin 2 %-li aqaroza gelində analizi
göstərmişdir ki, alça-4 nümunəsindən ayrılmış DNT ekstraktından əldə edilmiş 16Sr Nested PZR məhsulu kontrol
fitoplazmalardan ‘Ca. P. prunorum’ növünün ESFY izolyatı ilə eyni RFLP profilinə malik olmuşdur. Xəstə armud ağaclarından
(armud-10 və armud-11) ayrılmış DNT ekstraktlarından amplifikasiya olunmuş 16Sr Nested PZR amplikonlarının RFLP
profilləri isə ‘Ca. P. pyri’ fitoplazma növünün PD izolyatının RFLP profili ilə identiklik təşkil etmişlər. Bu da alça ağacının
‘Ca. P. prunorum’, armud ağaclarının isə ‘Ca. P. pyri’ fitoplazma növü ilə yoluxduğunu göstərir.
Dostları ilə paylaş: