GƏMİRİCİLƏRDƏ BAĞIRSAQ KOKSİDİLƏRİNİN (APICOMPLEXA,COCCIDIA)MÜASİR
MOLEKULYAR METODLAR VASİTƏSİ İLƏ TƏDQİQ EDİLMƏSİNİN ÜSTÜNLÜKLƏRİ
HAQQINDA
Türkan QURBANOVA
AMEA, Zoologiya İnsitutu
turkan.qurbanova@gmail.com
Apicomplexa tipinin ən geniş yayılan qruplarından biri Eimeriida dəstəsidir. Bu dəstəyə aid olan birhüceyrəli
ibtidailərin əksəriyyəti bağırsaq parazitləridir. Eimeriida dəstəsinin 12 fəsiləsi vardır ki, onların içərisindən Eimeriidae
fəsiləsi cinslərinin sayının çoxluğuna görə üstünlük təşkil edir. Eimeriidae fəsiləsinə aid olan koksidilərin ayrı-ayrı cinsləri
bir-birindən oosistaların quruluşuna, sporosista və sporozoitlərinin sayına görə fərqlənirlər. Belə ki, bu fəsilənin daha geniş
yayılmış cinslərindən Caryospora cinsinə aid olan oosistaların daxilində 1 sporosista, Cyclospora və Dorisa cinsinə aid olan
oosistaların daxilində 2 sporosista, Eimeria cinsinə aid olan oosistaların daxilində 4 sporosista, Octosporella və Gousseffia
cinsinə aid olan oosistaların daxilində 8 sporosista olur.
Eimeriida dəstəsinin digər daha geniş yayılmış fəsilələrindən biri də Cryptosporidiidae fəsiləsidir. Bu fəsilə bir cins-
Cryptosporidium cinsi ilə təmsil olunur. Bu cinsə daxil olan növlərin oosistalarında sporosista yoxdur, 4 sporozoit sərbəst
şəkildə yerləşir.İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan
kapitalı istehsal prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə
edilməsinə gətirib çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq
ifadə edilə bilər.
Eimeriida dəstəsinə daxil olan cinslərdən Eimeria və Cryptosporidium cinsinə aid olan koksidilər heyvanlarda ciddi
fəsadlarla nəticələnən xəstəliklərə səbəb olduğundan onlar daha geniş şəkildə öyrənilmişdir. Xüsusən Cryptosporidium
cinsindən olan parazitlər zoonoz təbiətə malik olduğundan, yəni insan və heyvanlar üçün ümumi parazitlər olduğundan
onların hərtərəfli öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərə qədər bu koksidilərin tədqiq edilməsi zamanı
oosistaların mikroskopiya metodu vasitəsi ilə əldə edilmiş morfoloji göstəriciləri əsas götürülürdü. Lakin bağırsaq
koksidilərinin, xüsusən vəhşi heyvanların, bizim tədqiqatlarımız zamanı isə gəmiricilərin koksidilərinin ancaq mikroskopiya
metodundan istifadə etməklə öyrənilməsi bir sıra çətinliklərə gətirib çıxarır. Belə ki, eyni sahibin fekal nümunəsində aşkar
edilmiş oosistaların morfoloji quruluşu və ölçüləri onların xaric olunma vaxtından, patent dövrün başlanğıcı və ya sonundan
asılı olaraq kəskin şəkildə fərqlənə bilər. O cümlədən, bir sıra tədqiqatçılar tərəfindən gəmiricilər dəstəsinin bir neçə növü
üzərində bir sahibə xas olan eymeriya növlərinin digər sahibi yoluxdurmasını sübut edən çarpaz yoluxdurma təcrübələri
aparılması tərəddüdlərin yaranmasına səbəb olur. Bağırsaq koksidilərindən İsospora cinsinə daxil olan parazitlərin təyin
edilməsində də aydın olmayan məqamlar vardır. Belə ki, gəmiricilərin fekal nümunələrində aşkar olunan izosporid struktura
malik oosistların, çox vaxt, onların orqanizminə quşlardan tranzit yolla keçdiyi qeyd edilir. Gəmiricilərin və o cümlədən
digər heyvanların koksidilərinin təyini zamanı yaranan bütün bu qaranlıq məqamları həll etmək üçün hal-hazırda müasir
molekulyar metodlardan geniş şəkildə istifadə edilir. Bu metodlardan DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası daha
çox yayılmışdır. DNT amplifikasiyası - dezoksiribonuklein turşusunun (DNT) hər hansı bir geninin kopyalarının
orqanizmdən kənarda dəfələrlə artırılmasıdır. Polimeraz zəncir reaksiyası (PZR) — molekulyar biologiyanın eksperimental
metodu olub, bioloji materialda DNT-nin müəyyən fraqmentlərinin kiçik konsentrasiyalarının dəfələrlə artırılması üsuludur.
Metod DNT-nin müəyyən region və ya regionlarının orqanizmdən kənarda (in vitro) DNT polimeraz fermenti vasitəsilə
müəyyən nahiyəni seçərək süni şəraitdə təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Bu zaman yalnız verilmiş şərtlərə
|