Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə266/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   262   263   264   265   266   267   268   269   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

160 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

damar xəstəliklərinin müalicəsində istifadə olunmuşdur. Bütün bu müalicəvi xüsusiyyətlərin  əsasında zəfəranın dişicik 

ağızcıqlarının kimyəvi tərkibinin zənginliyi durur. Belə ki, tədqiqatlar bu tərkibə karbohidratlar, minerallar, vitaminlər, 

karotin, flavonoidlər, amin turşular və zülallar kimi bioloji aktiv komponentlərin daxil olduğunu göstərmişdir. Bütün bunları 

nəzərə alaraq tədqiqat obyekti kimi seçdiyimiz zəfəranın ionlaşdırıcı şüaların AO sistemdə yaratdığı fəsadlara təbii AO kimi 

təsirini tədqiq etmişik. 

Tədqiqatlar 180±20 q çəkidə olan 30 fərd ağ laborator siçovullar üzərində, onların 3 qrupa bölünməsi ilə aparılmışdır: I 

qrup – kontrol; II qrup – γ-şüalanma; III qrup – zəfəran ekstraktı + γ-şüalanma.  γ-şüalanmanın ümumi dozası 4 Qr-dir. 

Heyvanlara şüalanmadan əvvəl 21 gün müddətində per os yolu ilə 120 mq/kq dozada zəfəran ekstraktı verilib. Göstəricilər 

şüalanmadan 1 saat, 3 və 6 gün sonra təyin edilmişdir. LPO məhsullarının (hidroperoksid - HP, malondialdehidi - MDA) 

miqdarı Asakava T. və Matsuşita S. (Asakawa T. and Matsushita S., 1980) metodu ilə müəyyən olunmuşdur.  

Tədqiqatlardan alınan nəticələr göstərir ki, γ-şüalanmanın 4 qr dozasında heyvanlara təsir etdikdə LPO məhsullarının 

qatılığı beyin strukturlarının hamısında kəskin artır. Uzunsov beyində  şüalanmadan 1 saat sonra kontrol göstəricilərlə 

müqayisədə artım HP-də 21%, MDA-da isə 28,6% təşkil edir. Artım tendensiyası 3-cü günə qədər davam edir. Belə ki, bu 

artım kontrol qrup heyvanlara nisbətən HP-də 26%, MDA-da isə 34% olur. Bunu orqanizmin endogen AO ehtiyatının 

yenidən formalaşması üçün sintez prosesinin tam bərpa olunmamağı  və plazmatik membranların struktur-funksional 

pozğunluqları ilə izah etmək olar. 6-cı gündə isə LPO məhsullarının intensivləşməsi dayanır və 3-cü gün üçün əldə olunmuş 

göstəriciyə nisbətən azalır. HP və MDA qatılığının bu şəkildə  dəyişməsi tendensiyası  təcrübələrin aparıldığı digər 

strukturlarda da (beyincik, görmə və sensomotor qabığı) öz əksini tapmışdır. 

Zəfəran ekstraktının 21 gün müddətində per os üsulu ilə heyvanlara verilməsindən sonra şüalanmanın elə ilk saatında 

LPO məhsullarının səviyyəsi müəyyən qədər aşağı düşür:  şüalanmadan sonra uzunsov beyində HP–2,54±0,12 nis.vah., 

MDA–2,25±0,07 nmol/mq

zülal

 olduğu halda, zəfəran almış heyvanlarda bu göstəricilər uyğun olaraq 2,20±0,11 nis.vah. və 



2,05±0,06 nmol/mq

zülal


  təşkil edir. 3-cü gündə bu azalma təqribən HP-də 9%, MDA-da isə 10% olur. 6-cı gündə isə 

dəyişilmə demək olar ki, baş vermir. Belə ki, HP–2,25±0,08 nis.vah., MDA–2,00±0,08 nmol/mq

zülal 

təşkil etmişdir. 



Göstəricilərin bu şəkildə  dəyişməsi zəfəran ekstraktının uzun müddətli stabil AO xüsusiyyətindən xəbər verir. Analoji 

vəziyyət həm görmə, həm də sensomotor qabığında müşahidə edilir.

 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin