Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə264/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   260   261   262   263   264   265   266   267   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

159 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

reaksiya zəncirlərinin qarşısını alan maddələrinin mövcudluğunu bildirir. Elmi dəlillər təklif edir ki, antioksidantlar, 

xərçəng, kardiovaskulyar, neyrodegenerativ Altshaymer xəstəliklər kimi xroniki xəstəliklərə tutulma, allergik reaksiyaların 

baş vermə riskini azaldır. Təbii halda mövcud olan antioksidantların  əsas mənbəyi bütün taxıl bitkiləri, meyvələr və 

tərəvəzlərdir. Antioksidantın  əsas xarakteristikası onun sərbəst radikalları söndürmə qabiliyyətidir. Sərbəst radikalların 

miqdarının həddən artıq olması düzgün olmayan qidalanma, pis ekoloji şərait, stresslər, siqaret çəkmək və s. nəticəsində baş 

verir.  

Qida məhsullarının tərkibində antioksidantların aktivliyini müəyyən edib müqayisə etmək üçün müxtəlif tədqiqat 

üsulları istifadə olunmuşdur: EPR, xemilüminessensiya metodları, inqibitorların köməyi ilə  və s. Bu işdə  şirin biyan 

bitkisinin kökünün, yarpaqlarının, meyvəsinin (Glycyrrhiza glabra), boymadərən bitkisinin (Achillea millefolium), 

dəvətikanı bitkisinin çiçəklərinin (Alhagi pseudalhagi) ekstraktında antioksidant aktivliyi müəyyən olunmuşdur. 

Müasir təbabətdə  şirinbiyan ekstraktlarından  ədviyyat kimi və öskürək, soyuqdəymə  əleyhinə vasitə kimi istifadə 

olunur. Bitkinin tərkibindəki natural polifenol izoflavon glabridin və hispa glabridin A və B çox yaxşı antioksidant 

xüsusiyyətinə malikdir. İzoflavonlar metabolik və antikonserogen xüsusiyyətə malik olub, ürək-damar sisteminə və dəriyə 

yaxşı təsir edir.   

Boymadərən bitkisi tibb sahəsində qanaxmanın qarşısının alınmasında, mədə-bağırsaq xəstəliklərinin, iltihab 

proseslərinin, hemoroid, dispepsiya, dismenoreya, qastrit və  qızdırma  əleyhinə geniş istifadə olunur. Bakteriosid xassəyə 

malikdir. Bitkinin tərkibindəki fenollu birləşmələr güclü antioksidant kimi çıxış edir.  

Təbabətdə  dəvətikanından soyuqdəymələrdə  hərarətisalıcı, mədə  və on iki barmaq bağırsaq xorasında yarasağaldıcı, 

babasil xəstəliyində iltihabı aradan qaldırmaq, qanı  kəsmək və sidikqovucu vasitə kimi işlədilir. Bitki ekstraktının 

tərkibindəki flavanoid birləşmələri antioksidant kimi fəaliyyət göstərməni təmin edir.  

Adları çəkilən bitkilərin antioksidant aktivliyini müəyyən etmək üçün sərbəst radikalların spektrofotometriya üsulundan 

istifadə olunmuşdur. Bu üsul, antioksidant nümunəsi (AH) ilə metanolda həll olunmuş stabil sərbəst radikal nümunəsi olan 

reaksiyasına əsaslanır. Reaksiyanın sxemi: 

DPPH*+AH → DPPH-H +A* 

Reaksiyaya isə 517 nm-də optiki sıxlığın dəyişməsində spektrofotometriya metodu vasitəsi ilə nəzarət olunur. DPPH 

(stabil radikal)  metodundan əldə olunan nəticələri aydınlaşdırmaq üçün “səmərəli konsentrasiya” və ya İC

50

 qiymətindən 



istifadə olunur.  

 Tədqiq olunan substratın antioksidant qabiliyyəti standart antioksidant Troloksla müqayisə olunur. Tədqiqat 

nəticəsində müəyyən olundu ki, troloks İC

50 


qiymətini 0,006μM  qatılığında göstərmişdir. 

Tədqiq olunan bitki ekstraktlarının troloksa nisbətən effektivlik ardıcıllığı belə  təsvir olunur: dəvətikanı bitkisi→ 

şirinbiyan bitkisinin kökü → şirinbiyan bitkisinin meyvəsi → boymadərən bitkisi→ şirinbiyan bitkisinin yarpaqları.  

Antioksidant aktivliyinin tədqiqinin nəticəsində aydın oldu ki, şirinbiyan bitkisinin kökünün, yarpaqlarının, 

meyvəsinin (Glycyrrhiza glabra), boymadərən bitkisinin (Achillea millefolium), dəvətikanı bitkisinin çiçəklərinin (Alhagi 

pseudalhagi) ekstraktları  sərbəst radikalları söndürmə effektinə malikdir və bunların arasında dəvətikanı,  şirinbiyan 

bitkisinin kök və meyvəsinin ekstraktı antioksidant kimi ən güclü aktivlik göstərdi. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin