Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə270/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   266   267   268   269   270   271   272   273   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

162 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

müvafiq olan və  tədqiq olunan nümunədə mövcud olan regionların kopyalanması baş  verir.  PZR  metodu  tədqiq olunan 

nümunədə  hər hansı bir xəstəliyin törədicilərinin və ya hər hansı bir parazitin DNT-sindən bir neçə molekul olsa belə 

onların mövcudluğunu müəyyən etməyə imkan verir. DNT sekvinasiyası (latın dilindən sequentum — ardıcıllıq) 

nukliotidlərin dəqiq ardıcıllığının müəyyən edilməsi metodudur. 

Yuxarıda qeyd olunan müasir metodların tətbiqinə  qədər Cryptosporidium cinsinə daxil olan və  gəmiricilərdə geniş 

yayılmış C. parvum növü 20-dən çox sahibdə parazitlik edən eyni növ kimi qəbul edilirdi. Lakin PZR və DNT sekvinasiyası 

kimi metodların tətbiqindən sonra aydın oldu ki, bu növün ən azı iki genotipi vardır. Onlardan biri yalnız insan və  bəzi 

primatlar üçün xarakterik olan genotip I və ya C.hominis, digəri isə iri buynuzlu mal-qara və insan üçün xarakterik olan 

genotip II və ya “öküz genotipi”dir. 

Spesifik praymerlərdən istifadə etməklə nukliar 18S rDNA (*1500 bp), plastid ORF 470 (*700 bp) və mitoxondrial I (COI; 

*400 bp) genlərini PZR vasitəsi ilə amplifikasiyası metodu ilə Eimeria cinsinə aid olan koksidilərin təsnifatda yerini 

dəqiqliklə müəyyən etmək mümkündür. Tədqiqatlarımız zamanı  gəmiricilər dəstəsinə daxil olan Kiçik Asiya dağ 

ərəbdovşanının (Allactaga williamsi), boz siçovulların (Rattus norvegicus), ev siçanlarının (Mus musculus) və 

qırmızıquyruq qum siçanlarının (Meriones libycus), o cümlədən Bakı heyvanat parkında saxlanılan gəmiricilərin 

mikroskopiya metodundan istifadə etməklə bağırsaq koksidiləri ilə yoluxması  tədqiq edilmişdir. Tədqiqat işi nəticəsində 

gəmiricilərdə parazitlik edən Eimeria, Cryptosporidium və  İsospora cinslərinə daxil olan koksidilərin morfolometrik 

göstəricilərinə əsasən onların növ mənsubiyyəti təyin edilmiş və əldə olunmuş nəticələr hal-hazırda molekulyar metodlardan 

istifadə etməklə təsdiq edilmə mərhələsindədir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin