Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə301/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   297   298   299   300   301   302   303   304   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

184 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

sintaktik) tam təşəkkülü zəminində yaranır. Bu baxımdan dilin frazeoloji vahidlərini dərindən öyrənmək o dilin 

qanunauyğunluqlarını mənimsəmək deməkdir. 

Dilin semantik sistemindən asılı olaraq, somatik frazeoloji birləşmələrin komponenti kimi müxtəlif somatizmlər çıxış 

edir (somatizm termini yunan mənşəli soma “bədən, bədənə aid” sözündən yaranmışdır). 

Azərbaycan dilində insanın bədən üzvlərinin adlarını bildirən sözlər leksikanın ən qədim hissəsini təşkil edir. Onların 

müxtəlif xüsusiyyətləri linqivistik ədəbiyyatda dəfələrlə işıqlandırılmışdır. Dildəki somatik frazeologizmlərin çoxu bu dilin 

lüğət tərkibini təşkil edən başqa dil vahidləri kimi qədim tarixə malikdir və bu xüsusiyyət onları lüğət fondundakı somatik 

leksemlərə yaxınlaşdırır. Bununla belə, somatik ifadələri dilin lüğət fondunun tərkib hissəsi hesab etmək düzgün olmaz, 

çünki lüğət fondunu təşkil edən sözlər dildə yeni sözlər yaratmaq üçün istifadə olunur. Somatik frazeologizmlər isə dildə 

“daşlaşmış” ifadələr olduğundan yeni sözlər yaratmaq xüsusiyyətinə malik deyildir. 

Somatik frazeoloji birləşmələrə daxil olan sözlər bir-birilə əlaqəyə girmir. Onlar yalnız genetik cəhətdən, mənşəcə söz 

birləşməsi hesab edilə bilər, çünki onlar konkret bir söz birləşmələrinin, yaxud cümlələrin mənasının dəyişdirilməsi 

nəticəsində yaranmışdır.  

Somatik frazeoloji birləşmələrin tərkibində komponentlər müxtəlif mənada işlənə bilər. Məsələn, başağrısı vermək 

birləşməsində “başağrısı sözü əzab-əziyyət, zülm” mənasında işlənir. Deməli, somatik frazeoloji birləşmə başağrısı sözünün 

əsl mənasından uzaqlaşaraq məcazlaşmışdır.  

Somatik frazeoloji birləşmələrin komponentlərinin leksik cəhətdən dəyişməsi hallarına  da  rast  gəlinir. Məsələn,  əl-

ayağı soyumaq, əl atmaq, əl açmaq, əldən salmaq. Komponent dəyişikliyi somatik frazeoloji birləşmələrin tərkibinə  və 

formasına görədə ola bilər: ağzını əymək (büzmək), ayağı daşa dəymək (büdrəmək), üz-gözünü turşutmaq (əymək) və.s. 

Somatik frazeologizmlər iki və daha çox sözün birləşməsindən  əmələ  gələn hər hansı birləşmə yox, mənaca bütöv

sabit leksik tərkibli və sintaktik quruluşlu ifadələrdir: gözə  gəlmək, ağız açmaq, ayaqda yatmaq, baş girləmək, gözdən 

çıxarmaq, ağızdan qaçırmaq və.s. Birləşmənin sabitliyi və ya onları təşkil edən sözlərin bir məfhum ifadə etməsi sözlərin 

leksik mənalarından, onların məcazlaşma və obrazlılıq dərəcəsindən asılıdır. Birləşən sözlər öz müstəqilliyini,  əşyaya 

aidliyini itirərək tam məcazlaşma yolu ilə cümlə daxilində bir üzv kimi çıxış edən somatik ifadələr  əmələ  gətirir. Onları 

yaradan sözlərin hər biri ayrılıqda məna strukturuna malikdir. Məna bütövlüyü, funksionallıq, leksik və sintaktik sabitlik 

somatik frazeologizmlər üçün əsas şərtdir. Struktur sabitlik somatik frazeologizmlərin tərkibcə dəyişməməsi ilə bağlıdır.  

Somatik frazeologizmlərin məna strukturu üçün onların tərkib hissələrinin ayrı-ayrılıqda mənaları yox, bütövlükdə 

mənası əsas şərtlərdən biridir. Ümumiyyətlə, somatik frazeologizmləri şərtləndirən əsas əlamətlər aşağıdakılardır: 

1. bütövlükdə bir məna ifadə edir, 

2. tərəfləri məcazi mənada işlənir

3. dildə hazır şəkildə mövcuddur, 

4. milli səciyyəlidir,  

5. obrazlı, emosional və ifadəlidir. 

Azərbaycan dilində somatik frazeologizmlər çox geniş  işlənmə dairəsinə malikdir. Bütün dillərdə olduğu kimi, 

Azərbyacan dilində də somatik frazeoloji sistem zəruri ehtiyac nəticəsində formalaşmışdır. Somatik frazeoloji birləşmələrin 

zənginləşməsi prosesi həmişə davam edir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin