FONEM VƏ VARİANT MÜNASİBƏTLƏRİ
Firuzə XATINOVA
Bakı Slavyan Universiteti
firuze.pasayeva@mail.ru
Fonemin əsas və köməkçi olmaqla iki variantı vardır. Köməkçi variant iki yarım qrupa bölünür: kombinator və mövqe.
Kombinator allafonlar onlardır ki, onlar qonşu nitq hissələrinin təsirindən yaranır. Kombinator allafonlar
assimilyasiyanın akkomodasiyanın nəticəsində baş verir. Mövqe variantları onlardır ki, onlar ənənəvi olaraq dilin orfoepik
normaları əsasında müəyyən mövqelərdə işlənir.
Fonem üç aspektin, dialektin birliyindən ibarətdir ;1)material, real ,obyektiv. 2)mücərrət, ümumiləşmiş. 3)funkianal.
Fonem bu üç aspektin birliyidir, çünki onlar bir biri ilə ayrılmaz sürətdə bağlıdır. Lakin onlar biri digərindən təhlil və təsvir
etmək məqsədi ilə ayrıla bilər, seqmental fonemlər material aspektə malikdir, bu mənada onlar çoxlu sayda müəyyən
artikulyator və akustik formada olan nitq səsləri formasında mövcuddur. Onlar ümumi artikulyar və akustik əlamətlərə
malikdir ki, bu da fonemin material invariantını təşkil edir.
Material olan eyni zamanda realdır. Odur ki fonem realdır. O, linqivistik realliqdır, çünki fonemlər aktual danışıqda
mövcuddur. Material və real olan həmçinin obyektivdir. O, fərdi insanların ifadəsindən asılı deyildir. O, müstəqil şəkildə
mövcuddur. Bu fikrin fonemə tətbiq edilməsi o deməkdir ki, nitq səsləri fonemlərin təcəssümü kimi dil kollektivində onların
|