Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə315/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   311   312   313   314   315   316   317   318   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

190 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

sıra tədqiqatçılar Muğan toponimini məhz muğ toponimindən və fars dilindəki məkan və cəm bildirən “an” şəkilçisindən 

ibarət olduğunu söyləyirlər. Maq etnoniminin etimologiyası indiyədək tam aydınlaşmamışdır. Görkəmli professor Budaq 

Budaqov Türkmənistanda Muğanla bağlı cəmi iki toponim-Muqal və Muqalbala olduğu halda, Azərbaycanda onların sayı 

18 olduğunu göstərmişdir və Muqal və ya Muğan etnoniminin Azərbaycanda çox yaranmasının səbəbini Muqal tayfa 

nümayəndələrinin Azərbaycana miqrasiyası, həm də Şərqin işğalçı ordularının tərkibində etnik qrupların çoxluğu ilə bağlı 

olduğunu qeyd etmişdir . Deməli, bu fikirlərdən belə nəticə çıxartmaq olar ki, Muğan adı Muq tayfa adından yaranmışdır. 

Qazax Azərbaycanın qədim yaşyış  məskənidir. Z.Bünyadov strukturasına görə sadə olan  bu adın  əvvəl ölkə, sonra 

şəhər adı kimi işləndiyini göstərmişdir.  Ə.Əliyev Qazaxın  əsasının Mərvan ibn  Məhəmməd tərəfindən  qoyulduğunu və 

əvvəl Kasal adlandığını qeyd etmişdir. Ərəb mənbələrində də bu böyük yaşayış məntəqəsinin hələ VIII əsrdə  mövcudluğu 

haqda məlumat  verilmişdir. Tofiq Əhmədov isə Qazax toponimininQasak-Qazak şəklində yazıldığını göstərmişdir. 

Ümumiyyətlə,  bu toponimözündə qazax etnik birliyinin adını əks etdirir. M.Vəliyev də qazax sözünün qıpçaq mənşəli tayfa 

adnı bildirdiyini qeyd edir. Bu tayfa da əvvəl Şimali Qafqazda, “ Dəşti-Qıpçaq” adlı yerdə  yaşamışlar. M.Baharlı onların 

Azərbaycana XI əsrdə köçdüyü haqda məlumat verir. 

Abdal-gülablı toponimi. Qubadlı rayonunun Mahrızlı  kəndində Gülablı bağı, keçən  əsrdə  Ağdam rayonunda Abdal-

Gülablı, XIX əsrdə İrəvan quberniyasının Üçkilsə  qəzasında azərbaycanlılar yaşayan Gülablı  kəndinin qeydə alınması bu 

adın etnotoponim olmasından xəbər verir. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Abdal haqqında belə qeyd 

edilir: “ Abdal -Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd adıdır. Oykonim abdal tayfasının adı ilə bağlıdı . 

Gülablı adının isə yerli əhali əkinə verilən ikinci suyun xalq arasındakı adı olan “gülab”la əlaqələndirir . Əslində, oykonim 

yaxınlığındakı Gülablı dağının adı ilə bağlı olub, etnotoponimdir . 

Təhlil etdiyimiz toponimlərdən başqa dastanda Gəncə, Şirvan, Qarabağ, Mil, Şəki, Təbriz kimi qədim toponimlərin də 

adı çəkilir. 

 

 



 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin