II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
204
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
fel,1938-1959-cu illərdə sifət,bundan sonra fel bəhsinə daxil olmuşdur.Lakin feli sifət felin təsriflənməyən formalarından
biri kimi fel bəhsində öyrənilir.Azərbaycan dilinin feli sifət haqqında ilk və ətraflı məlumat məşhur türkoloq prof. M.Kazım
bəy tərəfindən verilmişdir.
Müasir Azərbaycan ədəbi dilində feli sifət aşağıdakı şəkilçilərlə düzəlir.
-An,-ən,-mış,-miş,-muş,-müş,-dıq,-dik,-duq,-dük,-acaq,-əcək,-ası,-əsi,-malı,-məli,-ar,-ər,-r,-maz,-məz.Bunlardan -an,-
mış,-dıq,-acaq şəkilçiləri feli sifət düzəltməklə məhsuldardır və felə məxsus xüsusiyyətləri ifadə etmək işində daha geniş
imkanlara malikdir.-Ası,-malı şəkilçiləri bunlara (-an,-mış,-diq,-acaq)nisbətən,-ar,-maz isə -malı şəkilçisinə nisbətən həm
fel xüsusiyyətlərini ifadə etməkdə,həm də feli sifət düzətməkdə daha məhdud imkanlara malikdir.
Feli sifətlər zaman forması ifadə edən şəkilçi qəbul etmir və konkret zaman anlayışı bildirmir.Lakin ayrı-ayrı feli
sifətlərdə ümumi zaman anlayışı öz əksini tapır.Bu baxımdan onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.-An,-ən şəkilçisi dilimizdə keçmiş və indiki zaman məzmuna malik feli sifət şəkilçisidir:deyilən söz,yazılan
məktub,doğan günəş və s.-An,-ən şəkilçi ilə düzələn feli sifətlər həm fel,həm də sifətə məxsus xüsusiyyətləri ifadə edir.Bu
şəkilçi mənşəyi etibarı ilə -qan,-kən,-ğan formasından törənmişdir. Hal-hazırda bir çox türk dillərindəqədim forma
saxlanılır.Məs.: özbək,oyrot,noğay,şor,tatar dillərində..Bu şəkilçilər mürəkkəb sözlərin əmələ gəlməsində böyük rol
oynayır.Məs.:günəbaxan,polsilən və s.Qalxan,ayran isimlərində olan –an ünsürü forma etibarı ilə--an feli sifət şəkilçinə
oxşayır ki,bəzi mənbələrdə bunların bir mənşədən olduğu güman edilir.Nəzərə almaq lazımdır ki,zahiri cəhətdən bir-birinə
oxşayıb,məzmunca fərqlənən bu ünsürlərin bir mənbədən olması hələ tamamilə aydınlaşmamışdır.
2.-mış,-miş,-muş,-müş şəkilçisi həm keçmiş zaman məzmuna malik feli sifətlər,həm də nəqli keçmiş zaman şəkilçisi
vəzifəsində işlənir.
a)Feli sifət şəkilçisi vəzifəsində-yazılmış məktub,gəlmiş qonaq və s.
b)Felin nəqli keçmiş zaman şəkilçisi vəzifəsində-Məktub yazılmışdır.Qonaq gəlmişdir.
Bu şəkilçi feli bağlama şəkilçisi də olur.Məs.:Konsertə bir gün qalmış onlar məşq etməyə başladılar.
3.-dıq,-dik,-duq,-dük.Müasir dilimizdə
həmişə
mənsubiyyət
şəkilçisi ilə
işlənir və feli sifət
düzəldir.Məs.:dinlədiyim,yazdığım,verdiyim,qurduğum və s.Bu şəkilçi felin şühudi keçmiş zamanını düzəldən -dı,-di,-du,-
dü şəkilçi ilə bir mənbədən təşəkkül tapmışdır.Məhz buna görə -dıq şəkilçisi feli sifətlərdə şühudi keçmiş məzmunu daha
qabarıq şəkildə özünü göstərir.Azərbaycan dilində bu şəkilçiyə mənsubiyyət şəkilçisi qəbul etmədən təsadüf edilmir.Lakin
türkmən,qaqauz dillərində bu şəkilçi mənsubiyyət şəkilçisiz işlənə bilir.
4. -acaq, -əcək şəkilçisi müasir dilimizdə gələcək zaman məzmununa malik feli sifət,həm də qəti gələcək zamanı
düzəldir. Məs.: yığılacaq dəftər-feli sifət,dəftər yığılacaq-fel.Bu şəkilçi həm də isim düzəldir.Yanacaq,dayanacaq, gələcək
və s.
5. -malı,-məli şəkilçisi feli sifət,felin vacib formasının şəkilçisidir:yazılmalı məktub-feli sifət,məktub yazılmalıdır-felin
vacib forması.Tarixi nöqteyi-nəzərdən -malı,-məli şəkilçisi son dövrün məhsuludur.Ə.Dəmirçizadə göstərir ki,bu şəkilçiyə
yeni ədəbi dilimizin son dövrlərində təsadüf edilmir.
6. -ar,-ər,-r,-maz.Bu şəkilçili sözlər az da olsa,hərəkət anlayışlı olur,zaman məzmununu ifadə edir və feli sifət yaradır.
Məs.: Axar su, görünməz günlər və s.Bu şəkilçi fellərdən xüsusi,ümumi isim düzəldə bilir.Yaşar,Gülər,Solmaz,Qorxmaz
(xüsusi isim), açar, kəsər, dəyər (ümumi isim) və s.
7. -ası,-əsi. Nisbətən məhsuldar feli sifət şəkilçisidir:gediləsi yer,görüləsi iş və s.Bu şəkilçi –acaq,-əcək şəkilçisi ilə
sinonim ola bilir.baxılacaq kino-baxılası kino.Bu şəkilçi həm də omonim şəkilçidir.Müqayisə edək: görüləsi iş- iş
görüləsidir.
Feli sifət şəkilçiləri haqqında verilmiş izahatdan aydın olur ki,bu şəkilçilərin bir qismi məhsuldar,bir qismi isə qeyri-
məhsuldardır. Bəzi fonetik dəyişmələr nəzərə alınmazsa,feli sifət türk dillərinin hamısında eyni morfoloji əlamətlərlə
düzəlir. Bu morfoloji əlamətlər türk dillərində eyni məna kəsb edir.
Dostları ilə paylaş: |