Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə335/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   331   332   333   334   335   336   337   338   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

202 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MƏTBUAT DİLİNDƏ İŞLƏNƏN ALINMALAR HAQQINDA 

  

 



 

Nailə MƏHƏROVA 

Bakı Slavyan Universiteti 



naile_en@mail.ru 

 

Kütləvi informasiya vasitələrindən biri olan mətbuat mühüm informasiya mənbəyidir. Mətbuat cəmiyyətdə baş verən 

hadisələri ən sadə bir dildə və üslubda təqdim edir. Azərbaycanda mətbuatın meydana gəlməsi və inkişafına qədər alınmalar 

özünü daha çox bədii sözdə göstərmişdir. XX əsrin  əvvəllərində  mətbuatın güclü inkişafı alınmaların dilə daha intensiv 

müdaxiləsinə gətirib çıxarmışdır. Son dövrlərdə mətbuatda dilimizin öz sözləri ilə yanaşı başqa dillərdən keçən sözlərdən də 

geniş şəkildə istifadə olunur. Alınmaların əsasən üç növü göstərilir: 1.Leksik alınmalar; 2.Morfoloji alınmalar; 3. Sintaktik 

alınmalar. Bu alınmalar əsasən ərəb, fars, rus və avropa mənşəli alınmalardır. Eyni zamanda türkizmlərin işlədilməsi də son 

dövrlərdə geniş yayılmışdır. 

Bu və ya digər dilin hər hansı bir dildən sözlər alması prosesinə dildaxili və dilxarici amillər təsir göstərir. Sözalma 

üçün şərait yaradan, bu prosesi sürətlındirən amillərdən biri sözalan dildə quruluş baxımından analoji sözlərin yaradılmasına 

olan ehtiyacdır. Başqa dildən söz alma yad dilin sözlərini mexaniki şəkildə öz dilimizə daxil etmək  demək deyil. Alınma 

sözlər bizim dilimizə daxil olduğu zaman onların mənası dəyişə bilər, müəyyən fonetik və morfoloji dəyişikliyə məruz qala 

bilər. Eyni zamanda alınma söz və morfemlər vasitəsilə yeni sözlər yaratmaq da mümkündür. Alınmalar özünü daha çox 

leksikada göstərir. Leksik alınmaların dilə daxil olması dil əlaqələri ilə sıx bağlıdır. Leksik alınmalar dilin lüğət tərkibini 

zənginləşdirməyin  əsas yollarından biridir. Leksik alınma dildə sinonimliyin inkişafına və dilin öz sözlərində ilkin 

dəyişikliklər baş verməsinə səbəb ola bilər. 

Alınmalar baxımından dilin qrammatik quruluşunda morfologiya və sintaksis fərqlənir: morfologiyada alınmaların 

təsiri yox dərəcəsindədir, sintaksis isə xarici təsirlərə qarşı həssasdır. Morfologiyada alınmalar baş verdikdə bu, morfoloji 

sistemin zənginləşməsinə deyil, sadələşməsinə  səbəb olur. Belə hallarda mənanın morfoloji üsulla ifadəsi leksik yaxud 

sintaktik üsulla əvəz edilir ki, bu da morfoloji kateqoriyaların tərkibinin xeyli kasıblaşmasına səbəb olur. 

Sintaksis sahəsində alınmalar iki amildən asılıdır: 1.Sintaktik quruluşda sərbəstlik, yəni qrammatik mənaların ifadə 

ağırlığı sintaksisin yox, morfologiyanın üzərinə düşürsə, onda sintaksis alınmalar üçün açıq olur. Yəni, dillərin qarşılıqlı 

təsiri nəticəsində dilin sintaktik sistemində  dəyişikliklər baş verə bilər; 2.Qrammatik mənanın ifadə  ağırlığı sintaksisin 

üzərinə düşərsə, onda dilin sintaktik sistemi xarici təsirin üzünə qapanır və orada çox cüzi dəyişikliklər baş verə bilər. 

Dilin başqa sistemlərinə nisbətən fonetik sistem xarici təsirə daha çox müqavimət göstərir.Ona görə də uzun müddət 

dilçilik ədəbiyyatında bu sistemin hətta morfoloji sistemə nisbətən də xarici təsirə qarşı qapalı olması fikri irəli sürülürdü. 

Son zamanlar isə qeyd olunur ki, fonetik sistem xarici təsirə qarşı leksik və sintaktik sistemlərə nisbətən qapalı olsa da, 

morfoloji sistemə nisbətən açıqdır. 

Söz və terminlərin bir dildən digərinə keçməsi daha  çox zərurət nəticəsində baş verir. Alınma sözlər bir dildən digər 

dilə müxtəlif yollarla keçir. Bu baxımdan dilin lüğət tərkibindəki alınmaları iki qrupa ayırmaq olar: a) zəruri alınmalar; b) 

məcburi alınmalar. Mətbuatın dilində məcburi alınmaları mənşəyinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 

1. Rus mənşəli məcburi alınmalar: aboy-divar kağızı, atopleniya-qızdırıcı sistem, çaşka-fincan, krovat-çarpayı, kraska-

boya,uçot-qeydiyyat, veşelka-asılqan, qorox-noxud, zamok-qıfıl, zontik-çətir və s. 

2. Avropa mənşəli alınma sözlər: antipatiya-pis münasibət, kley-yapışqan, kommentariya-şərh, bint-tənzif, lüstr-

çılçıraq, matç-oyun, balkon-eyvan, pilot-təyyarəçi, avariya-qəza, protest-etiraz və s. 

3. Türk mənşəli məcburi alınmalar: öndər-başçı, izninizlə-icazənizlə, zorunda-məcburiyyətində, yazar-yazıçı, sorumlu-

məsul, katib, nədən-niyə, diləkçə-ərizə, dərgi-qəzet, jurnal, dönəm-vaxt, önəmli-vacib və s. 

4.  Ərəb, fars mənşəli məcburi alınmalar: bahəm-yanaşı, birlikdə, mərəz-xəstəlik, təhdid-təzyiq, bəhməz-doşab, 

məmləkət-ölkə, qayət-əlbəttə və s. 

Zəruri alınmalar isə adından da göründüyü kimi, tarixi zərurət nəticəsində dilə daxil olur. Bu cür alınmalar elmi-

texniki tərəqqinin nəticəsində yaranır. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin