SUBSTANTİVLƏŞMƏ HAQQINDA
Mehriban MAHMUDOVA
Azərbaycan Dövlət Pedoqoji Universiteti
meran1966@list.ru
Leksik- semantik konversiyanın bir növü olan substantivləşmə hadisəsinə digər türk dillərində və Azərbaycan dilində
rast gəlinir. Dilimizin morfoloji sistemində elə sözlər vardır ki, kontekstdən asılı olaraq öz əvvəlki mənasından - əlamət,
keyfiyyət, miqdar və s. bildirmək keyfiyyətindən uzaqlaşır, isimləşir- substantivləşir.
Substantivləşmə ingiliscə “ substanje”, “substantive” sozlərindən olub, əşya, isim mənası verir. Bu termin özündə sifət,
say, fel və əvəzliyin əşyalaşaraq ismə məxsus olan morfoloji əlamətləri öz üzərinə götürməsi prosesini – ismə keçidini əhatə
|