Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə333/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   329   330   331   332   333   334   335   336   ...   1149
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Sifətin

 

Zərfin

 

Sayın

 

Felin

 

Əvəzliyin

 

Substantivləşmə 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

200 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MƏTN VƏ OXUCU: RETROSPEKTİV (GERIYƏDÖNÜK) DÜŞÜNCƏNİN OXUMA 

PROSESİNDƏ FUNKSİONALLIĞI 

 

Maral YAQUBOVA  

AMEA, Ədəbiyyat İnstitutu  



yaqubova.maral@mail.ru 

Mətnlərarası münasibətlərdə  fəal oxucu amili əsasdır, çünki, bu zaman oxucu nəinki oxuduğu mətndə intermətn 

münasibətlərin olduğunu dərk edəndir, hətta onun identifikasiya və şərh etmə hüququna malikdir. Rolan Barta görə, mətn 

fərqli mədəniyyətlərdən gələn, biri digəriylə dialoji, parodik, mübahisəvi münasibətlərə girən çeşidli yazı növlərindən 

qurulur, ancaq bu çoxluq müəyyən nöqtədə fokuslanır ki, bu nöqtə artıq müəllif deyil, oxucudur. Oxucu o məkandır ki, 

burada yazını təşkil edən hər şey vahid  sitata qədər həkk olunur; mətn vahidliyini törənişindən deyil, yönəldiyində qazanır, 

amma bu yönlənmə  şəxsi ünvanı  nəzərdə tutmur; oxucu – tarixi, bioqrafiyası, psixologiyası olmayan bir kəsdir, o yalnız 

yazılı mətnin təşkil olunduğu ştrixləri bir araya gətirib birləşdirən şəxsdir.  

Mətnlərarası münasibtələr özünü mətndə aşkar (eksplisit) və (impilisit) şəkildə göstərə bilər. Eksplisit formalar mətndə 

açıq şəkildə, tipoqrafik işarələr  (kursiv, dırnaq işarəsi, yəni sitatın gözə görünən şəkli) və semantik göstəricilərlə üzə çıxır, 

göndərmə edilən tanış mətn və ya müəllif adları, məlum obraz və surətlərin təkrarlanması və s. açıq şəkildə mətnin başqa 

mətnə göndərmədə olduğunu müəyyənləşdirir. Kamal Abdullanın “Yarımçıq  Əyazma” romanında “Dədə Qorqud” 

personajlarınınn adları, Anarın “Ağ Qoç və Qara Qoç” əsərində nağıl qəhrəmanları və s. buna nümunədir. İntermətnin üzə 

çıxmasının implisit formasında isə,  göstəricilər qeyri-müəyyən və müxtəlifdir. Bu özünü mətndə, müxtəliftərkiblilik, 

leksik-semantik və sintaktik bütövlüyün - eynicinsliliyin pozulması, nəsrdə  nəzm nümunələrinin yer alması, janrların 

qarışımı və s. şəklində təzahürünü tapa bilər. İmpilisit göstəricilər oxucudan xüsusi erudisiya tələb edir. Oxuduğu mətndə 

intermətni sezgisini duyan oxucu həmin intermətni yaradan başqa mətnləri yaddaşında axtarır. Oxucunun yaddaşı 

intermətnin müəyyənləşməsi üçün əsas vasitəyə çevrilir. İntermətni müəyyənləşdirən və onu deşifrə etməyə çalışan oxucu 

öz fərdi yaddaşı ilə  məxsus olduğu toplumun yaddaşı arasında zəncirvari bir əlaqə yaradır, belə ki, toplumun yaddaşı 

özündə  milli, dil və ədəbi ənənənin canlılığını, tarixi-mədəni, ictimai-siyasi inkişafın fasiləsizliyini nümayiş etdirir. Yaddaş 

verbal strukturdur, diaxron özüldür. Mətn oxuma prosesində, intermətnin deşifrəsi üçün vasitənin seçilməsi,  əlaqələri 

tənzimləyən digər mətnlərin mənbəyinin müəyyənləşməsi – obyektin tapılması yaddaşda dərininə  hərəkətlərlə müşaiyət 

olunur. Nümunə üçün, Anarın “Ağ Qoç və Qara qoç” romanında ən ilkin intermətnin mövcudluq işarəsi adın– bildiyimiz bir 

nağıldan gələn motivə əsaslanmasındadır. Təbii olaraq, mətnin oxunuşuna qədər oxucu beynində, ona məlum olan mətnin 

(nağıl mətninin) qeyd edilən motivə dayanan ümumi təsəvvürü dərhal formalaşır və bu təəssürat mətnlə, onun oxunuşuna 

təsir edəcək bir şəkildə proqnoz yönlü əlaqələndirici reaksiyaya girir. Mətnlə indiki anı bölüşən introspektiv şüurda ani 

dayanma və geriyə dönmə baş verir, yaddaşdan gələn informasiya indiki ana ötürülən kimi, dayanma aradan qalxır və 

hərəkət (oxuma) qaldığı yerdən davam edir. Amma bu proses bir dəfə baş vermir, mətnin bütün oxunuşu prosesində - 

personajların adları, yer adları, məkan adları, kimi eksplisit göndərmələr və mətndə hiss olunan implisit cəhətlər (romanla 

C.Məmmədquluzadənin “Anamım kitabı”  əsəri arasındakı motiv yaxınlaşması ilə  əlaqədar XX əsrin  əvvəllərində baş veən 

hadisələrə göndərmələr və s.) sayəsində yaddaş və hal-hazırkı an arasında get-gəlmələrdə retropekstiv düşünmə tərzi vasitəsilə 

gerçəkləşir. (əvvəlki mətnlərlə yanaşı, bu göndərmələr eyni zamanda mətndən kənar gerçəklikdə, oxucunun milli və etnik tarixi 

kontekstindəki, istək və proqnozlara ünvanlandığı üçün prospektiv düşüncələr də mövcuddur.). Elçin Hüseynbəylinin “Metro 

vadisi” (2006) romanında belə bir hissə var: “... Axırda Arazın qırağından qırmızı gəmi tapdım. Rəngi solmuşdu. Araz onu 

haralardansa gətirib sahilə atmışdı. Gəminin altı yox idi, qopmuşdu, mən ona konserv qutusundan altlıq düzəltdim və Araza 

buraxdım. O dərhal batdı.... Dəqiq bilirdim ki, o gəmini də mənim kimi bir oğlan nə zamansa tapacaq, bəlkə də ömründə heç 

oyuncaq görməyən və Arazın qırağında quzu otaran uşaq... sonra Çingiz Aytmatovun  “Ağ gəmi”sini oxudum, mənə elə gəldi 

ki, o əsərdəki həmin balaca uşaq mənəm...” Müəllif burada altından xətt çəkdiyimiz cümləni yazmasaydı gəmi və uşaq impilisit 

göndərici statusuna malikdir, yazıçının və əsərinin adını açıq şəkildə bildirdiyinə görə, bu eksplisit işarələrdir. 

Ümumiyyətlə oxucunun oxuma prosesində retrospektiv düşünməsini təmin edən xüsusiyyət yalnızca, mətn çoxluğu ilə 

əlaqədar deyil. Konkret bir əsərin (roman, hekayə və s.) oxunuşu zamanı da, mətnin əvvəlinə və sonuna bağlı olaraq, oxuma 

prosesinin müəyyən anında daha əvvəlki ana münasibət kimi də üzə  çıxa bilər. Bu tip münasibət retropeksiyanın mətnin 

linqvistik təhlillərindəki  şərhi ilə üst-üstə düşür. Linqvistik təhlillərdə adətən, mətnin qrammatik kateqoriyaları kimi şərh 

olunan retrospeksiya və prospeksiya müəllif-mətn-oxucu kontekstindən kənarda mövcud olmur. Retrospektiv kateqoriya 

oxucuya mətndə  təsvir edilən hadisələri bir daha nəzərdən keçirməyə, onları daha dəqiq dərk etməyə  əlavə imkan verir. 

Mətnlərin çoxunda retrospeksiya impilisit çəkildə  təzahür edərək, insan (oxucu) yaddaşının  əvvəlki məlumatı (verilən 

xəbəri) hafizədə qorumaq və sonuncu təhkiyə  kəsiyində  cərəyan edənlərlə, xəbər verilməkdə olanlarla əlaqələndirmək 

qabiliyyəti kimi çıxış edir. Retrospeksiya təhkiyə ardıcıllığının yaradıcı fərdi qavrama hadisəsinin nəticəsi kimi  (subyektiv) 

və ya müəllifin  mətnin əvvəlki hadisələrinə diqqətininin yönəldilməsi, onları xatırlamasının nəticəsi (obyektiv) kimi qəbul 

edilə bilər.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin