Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə332/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   328   329   330   331   332   333   334   335   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

199 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

edir. Azərbaycan dilinin izahlı lüğətində “substantivləşmə” dilçilikdə digər nitq hissələrinin isim kateqoriyasına keçməsi, 

isim xüsusiyyətini qazanması, yəni isimləşmə anlamındadır. Bəzi mənbələrdə isə substantivləşmənin latın mənşəli 

“substantium” sözündən götürüldüyü və isim mənası ifadə etdiyi göstərilir. “Substantivləşmə’ sözlərin digər qrammatik 

siniflərdən hər hansı sözdüzəldici vasitələri (affiks, kökün dəyişməsi) tətbiq etmədən isim siniflərinə keçidi qədim 

zamanlardan məlumdur”. Baskakov substantivlik və atributivlik kateqoriyasını vəzifəvi- qrammatik kateqoriya adlandırmış, 

bunun bir çox nitq hissələrində özünü göstərdiyini, eyni qrammatik mənaya malik olduğunu söyləmişdir. 

Q. Kazımovun  2010- cu ildə işıq üzü görən “Müasir Azərbaycan dili” (Morfologiya) dərsliyində morfologiya ilə bağlı 

bir çox qaranlıq məqamlara aydınlıq gətirmişdir. Kitabda dil sistemində nitq hissələrinin konversiyası haqda dərslik 

səviyyəsində ilk dəfə  məlumat verilir. Sifətin substantivləşməsi, adverbiallaşmasında semantik və qrammatik mövqedən 

yanaşılır. Çünki dilin semantik inkişafı özünü yalnız leksik vahidlərdə yox, həm də müxtəlif sözdəyişdirici göstəricilər 

vasitəsilə başqa nitq hissələrindən əmələ gəlmiş sözlərdə də əks etdirir. Müəllifin fikrincə, “Substantivləşmə maddi varlığa, 

materiyaya xas olan əlamətin , keyfiyyətin dildə maddi varlığı, materiyanı əvəz etməsi hadisəsinə deyilir”. Abdullayev Ə. 

Mübtədanın ifadə vasitələrindən bəhs edərkən substantiv- ləşməni xüsusi olaraq qeyd edir və bu zaman nitq hissələrinin 

təmamilə ismə keçməyib müvəqqəti olaraq ismin morfoloji əlamətlərini ( kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri ) qəbul 

etməklə əşyalıq məzmunu əldə edib, ismin sintaktik vəzifəsində çıxış etdiyini vurğulayır.). Substantivləşmənin daimi (gənc, 

qoca,dost ) və müvəqqəti olduğunu (qırmızılar, ağlar, bizimkilər və s.) da diqqətə çatdırır. R. Abdullayev də eyni fikirlə 

razılaşır və substantivləşməni tam və natamam olmaqla iki yerə bölür. Tam substantivləşmədə ismin bütün əlamətləri 

təqdim edilən nitq hissəsinə keçir: tox adam; ac uşaq və s. birləşmələrdə olduğu kimi. 

Natamam substantivləşmədə isə idarə  əlaqəsinin  əlamətləri özünü göstərir: “sarıya çalan yarpaq” tipli birləşmələri 

müəllif nümunə göstərir.  

F. Zeynalov substantivləşmə zamanı sözlərin tamamən ismə keçmədiyini göstərərək yazır: “...substantivləşmə prosesi 

qəti şəkildə birnitq hissəsini digər nitq hissəsinə çevirmir. Burada zahiri bir dəyişiklik  baş verir. Əslində isə substantivləşən 

nitq hissəsi öz əvvəlki daxili məzmununu saxlayır, müəyyən bir cümlə daxilində müvəqqəti dəyişikliyə uğrayır”. C. Cəfərov 

F. Zeynalovun fikirlərini əsas gətirərək, keçid prosesinin tam və müvəqqəti olması fikrini qəbul etmir, bu prosesin özünün 

tamamilə müvəqqəti, kontekstual xarakter daşıdığını söyləyir. Eyni fikirlə biz də razılaşırıq ki, əgər söhbət semantik sferada 

dəyişmədən söhbət gedirsə, bu, yalnız mətn daxilində mümkündür, kontekstdən asılıdır. Kontekstdən kənarda həmin sözlər 

yenə öz əvvəlki qrammatik xsusiyyətlərini saxlayır.  

Dilçilik  ədəbiyyatında, müxtəlif tədqiqat işlərində  bəzən substantivləşməni semantik üsulla yaranan düzəltmə leksik 

vahidlər hesab edirlər.. S. Abdullayeva isə bu prosesi başqa nitq hissələrinin  isim xüsusiyyəti  qazanması kimi xarakterizə 

edirSubstantivləşməyə daha çox meylli olan nitq hissələri sifət, say, (əvəzlik?) və feldir (feli sifətlər). Məhz bu cəhətləri 

nəzərə alsaq, o zaman  substantivləşmə- nin aşağıdakı istiqamətləri müəyyənləşir:  

 

 

 



 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin