Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə330/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   326   327   328   329   330   331   332   333   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

198 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

empty                                   deviod                                                                   vacuous 

teaching                                guidance                                                                instruction 

Daha sonra dilçi “ bu verilmiş üslubi əlaqələr nümunəsi tipik olsa da, universal deyil. Belə ki, valley, act, beautiful 

kimi alınma sözlərin də dale, deed, fair kimi milli poetik variantları mövcuddur” sözlərini əvvəldə söylədiyi fikrinə əlavə 

edərək, sözlərin semantik və üslubi xüsusiyyətlərinin mütləq xarakter daşıdığını bir daha göstərmiş olur [11, 204]. 

Azərbaycan dilində isə  ərəb və fars sözləri müxtəlif çalarlıqda olduğundan üslubi cəhətdən bədii, elmi, mətbuat 

üslublarında və canlı danışıq dilində işlədilir [10, 38]. 

Alınma T.Əfəndiyevanın təbirincə  “əcnəbi” leksikadan bədii  əsərlərin dilində geniş istifadə edilir. Burada əcnəbi 

sinonimlərin də üslubi məqsədlərlə istifadə halları  məxsusi olaraq qiymətləndirilməli, bu sinonim sözlərin bədii  əsərin 

spesifikasından asılı üslubi imkanları qeyd edilməlidir. 

Hər şeydən əvvəl qeyd edək ki, əksər dilçilər alınma sinonim sözlərin bədii dildə ilkin, öncəlik daşıyan funksiyasını 

yazıçının  təkrardan qaçmaq, əsərin dilinə yenilik, təravət qatmaq arzusu ilə əlaqələndirirlər. Lakin fərqli mənbələrdən olan 

sinonimlər bununla yanaşı, həm də “bədii  əsərin tematikası  və spesifikasından asılı olaraq bir sıra başqa məqsədlər – 

qüvvətli tipikləşdirmə  və  fərdiləşdirmə aparmaq, milli və etnik kolorit yaratmaq, müəyyən dövrü və mühiti təsvir etmək, 

tarixi kolorit yaratmaq və s. üçün də istifadə oluna bilər” [3, 206-215]. 

Beləliklə, alınma sinonim sözlər dilin lüğət tərkibini genişləndirən vasitələrdən biridir, onlar istənilən dilə birdən-birə 

yox, tarixin müəyyən bir dövründə, müəyyən zəriri ictimai-siyasi, mədəni  şərtlər və  təlabatlar nəticəsində  tədricən daxil 

olurlar və  bəlli bir zaman çərçivəsində özlərinə  həmin dildə “vətəndaşlıq” hüququ qazanaraq onun leksikasının tərkib 

hissəsinə çevrilirlər. Bəzən isə bu alınma sinonimlər dilə o dərəcədə siraət, inteqrasiya edir ki, onu əcnəbi olması daşıyıcıları 

tərəfindən təsbit belə oluna bilmir. 

Alınma sinonim vahidlər dilin  bütün üslubi laylarında işlədilsə  də, onların üslubi imkanları  əsasən bədii  əsərlərin 

dilində üzə çıxır, “bədii əsərlərin mətnlərindəki alınma söz-terminlər xüsusi üslubi vəzifə yerinə yetirirlər” [10, 40].   

 

 



Ədəbiyyat: 

1. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə, Leksika. Bakı: Şərq-Qərb, 2007, 191s. 

2.Dəmirçizadə Ə.M. Azərbaycan dilinin üslubiyyatı.Bakı: Azərtədrisnəşr, 1962, 271s. 

3. Əfəndiyeva T.Ə. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Azərtədrisnəşr, 1962,268s 

4. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1970  

5.Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442s. 

6. Qurbanov A.M. Müasir Azərbaycan Ədəbi dili. Bakı: Maarif, 1985, 405s. 

7. Məmmədov N. N. Dilçiliyin əsasları. Bakı: Maarif, 1961, 258s  

8. Mustafayeva Q.H. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Elm, 2010, 388s. 

9. Müasir Azərbaycan Dili, 3 cilddə, I cild, Bakı: Elm 1978, 322s. 

10. Seyidəliyev N. Müasir Azərbaycan dilində üslubi sinonimlər. Bakı, “Elm və təhsil”, 

2012,116 s 

11. Arnold I.V. The English Word. Moscow, 1966, 300p  

12. Ginzburg R.S., Khidekel S.S., Knyazeva G.Y., Sankin A. A  A course in Modern  

English Lexicology, 2-nd edition, Moscow: Vysšaja Škola, 1979, 262p. 

13. Hajıyeva A. English Lexicology. Bakı: Elm və təhsil, 2011, 248p. 

14. Mizin T.O. Lectures in Contrastive Lexicology of the English and Ukrainian  

    Lexicology,Kyiv – 2005, 66p. 

15. ВолковаА.А. English Lexicology: Theory and Practice. Владивосток :Издательский  

дом Дальневост. федерал. ун-та, 2012, 235 с. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin