II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
197
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
hörmətli (ərəb) - möhtərəm (ərəb), sakitlik (ərəb)- sükunət (ərəb), nalə (fars)-fəryad (fars dilindəndir),eyvan (fars)-balkon
(rus), güzəran (fars)- həyat (ərəb) və s. [9, 195].
Bu vəziyyət ingilis dilində də fərqli deyil. Alınma sözlərin ingilis dilində sinonim sözlər yaratmaqda məhsuldar rolu
barədə R.Ginzburq yazır: “Sinonim cərgələri yaradan sözlərin böyük bir qismi adətən ya latın, ya da fransız mənşəlidir.
Məsələn, “görmək” mənalı sononim cərgəni yaradan 13 sözdən yalnız ilk ikisi (OE.sēon və behealdan) qədim ingilis dilinə
məxsusdur, digərləri isə mənşəcə ya fransız, ya da latın dilinə məxsusdur: see-behold-descry-espy-view-survey-
contemplate-observe-notice-remark-note-discern-perceive” [12, 58]
İngilis dilində də mənşəcə müxtəlifliyi ilə seçilən sinonimik cərgələrə rast gəlmək olur. Bunlardan ən geniş yayılanı
ikili milli-alınma modelidir ki, buna isə əsasən aşağıdakı kombinasiyalarda təsadüf olunur:
a) milli-latın ( bodily - corporal, brotherly - fraternal)
b) milli-yunan və ya fransız (answer - reply, fiddle - violin)
İngilis dilində ikili modellə yanaşı üçlü milli-alınma-alınma modeli də mövcuddur ki, bu da əsasən milli-fransız-latın
Dostları ilə paylaş: |