II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
203
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TƏDRİS PROQRAMINDA MONOLOJİ NİTQ QARŞISINDA DURAN VƏZİFƏLƏR
Nərmin SİYABLI
Bakı Slavyan Universitetinin
narmin.siyabli@mail.ru
Azərbaycan təhsil islahatında ingilis dilinin tədrisi cəmiyyətin və iqtisadiyyatın mövcud olan qloballaşması mühüm rol
oynayır.Lazımi tədris üsullarına təsir edən əsas amil dedikdə, şagirdlərin inkişaf dövrünün xüsusiyyətləri ilə
qabiliyyətlərinin kamilləşməsi nəzərdə tutulur. Xarici dilin (ingilis dilinin) tədrisini bir daha təkmilləşdirmək məqsədi ilə
lazımi tədris üsullarının, yeni vasitələr sisteminin ingilis dilinin tədrisində xüsusilə də şifahi nitqin inkişafında rolu düzgün
və effektli metodiki yanaşma vasitəsilə açıqlanmışdır. Nitqə yiyələnmək, xarici dildə danışmağı və başa düşməyi bacarmaq
hər hansı bir danışıq şəraitində fikrini sərbəst və yaradıcı şəkildə ifadə etməyi bacarmaq deməkdir.
Tədris prosesində müəllimin rolu kifayət qədər vacib və məsuliyyətlidir. Bu səbəbdən tədris fəaliyyəti şagirdin tənqidi
və yaradıcı təfəkkürünün inkişafına yönəlməlidir.
Yazılı nitqdə olduğu kimi şifahi nitqin inkişaf etdirilməsində də əsas işi orta məktəb aparır.Şübhəsiz ki, ünsiyyətin
yaranması üçün şagirdin lüğət ehtiyatının zənginliyi zəruri şərtlərdən biridir. Bəzi linqvistlər, məsələn, Q.Müller ünsiyyət
prosesi üçün 1800 sözü leksik vahid kimi kifayət sayır və yazır: " Biz nə qədər çox biliriksə, özümüzü müxtəlif sahələrdə
bir o, qədər də rahat hiss edə bilərik "
Şagirdlərdə monoloji nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün müəllim öz nitqi ilə şagirdlərə ədəbi tələffüz
nümunələrini verməli, şagirdlərin orfoepik səhvlərini müntəzəm olaraq islah etməli və səhv söylədikləri sözlərin
variantlarını onlara təkrar etdirməli, məktəblərdə düzgün orfoqrafiya və düzgün tələffüz rejimi yaratmaqla, bədii əsərləri
ifadəli oxumağa, zəngin nitqə yiyələnmək üçün şagirdləri mütaliə etməyə, verilmiş dərsləri ardıcıl surətdə danışmağı
bacarmağa alışdırılmalıdır. Hər bir müəllim buna həm dərsdə, həm dərsdənkənar işlərin icrası zamanı nail ola bilər.
Müasir dövrdə şifahi nitq vərdişləri təkmilləşdikcə şagird ana dilinin köməyi olmadan xarici dildə danışmağa
başlayır.Proqramlarda göstərilir ki, şagirdlər monoloq formalı niqt vasitəsi ilə qısa, ardıcıl, məqsədəuyğun və düşünülmüş
məlumatlar verməyi, dialoq formalı nitqlə isə xarici dildə söhbət aparmağı bacarmalıdır.
Təhsildə yeni texnologiyaların tətbiqi təhsilin keyfiyyətini və müasir dünyada tələb olunan biliklərə və bacarıqlara
yiyələnmək istəyən şagirdlərə birbaşa təsir edir.Təhsil sahəsinin çağdaş texnologiya ilə təminatı və informasiyalaşdırılması
keçici bir mərhələ deyildir. O, inkişafın tələbidir. İnformasiyalaşdırılmış cəmiyyət isə hər bir insana bütün həyat boyu
keyfiyyətli təhsil almaq imkanı verməlidir. Elə bu səbəbdən ümumtəhsil məktəblərinin tədris planı və proqramlarının əsas
istiqamətləri müqayisəli şəkildə təhlil olunur,tədris planlarının üstünlükləri, çatışmamazlıqları araşdırılı,yeni proqramlar
yaranır.Bu proqramlar əvvəlki proqramlardan müəyyən cəhətlərinə görə fərqlənir:
-yeni proqramlar dövrün tələbləri baxımından yeni texnika və texnologiya ilə bağlı bilik, bacarıq və vərdişləri aşılamaq
imkanına malikdir. Azərbaycan islahatlar gündəliyində ingilis dili ən vacib yerlərdən birindədir. Ümumtəhsil məktəblərində
istər ibtidai təhsil pilləsində, istər əsas təhsil və ya orta təhsil pilləsində siniflərdə daha çox səmərəli, müasir və lazımi
dərəcədə ingilis dili tədrisini inkişaf etdirmək üçün qərara alınmışdır ki, müəlllimlərin təkmilləşdirilməsinin inkişaf
etdirərək, treninqlərin məktəblərdə işləyən müəllimlər tərəfindən təcrübədə istifadə etməsinə aparacaq və bu treninq müasir
dərslərə dəyişiklik gətirəcəkdir.
Son illər beynəlxalq təhsil stadartlarına uyğun olaraq bir neçə təhsil layihələri həyata keçirilmişdir. Bu layihələrdə
ingilis dilinin tədrisi də daxil olmaqla bütün sahələrdə müasir təlim metodlarından istifadə etməyə həvəsi artırır. Ən vacib
ünsiyyət vasitəsi olduğu üçün ingilis dilinin tədrisi mühüm bir işdir.
Yeni təlim metodları çox bilik və əmək tələb edir. Buna baxmayaraq yeni dərsliklər bu innovativ metodları tətbiq
etmək üçün yararlıdır.Onlar müxtəlif siniflər üçün geniş miqyaslı tədris materialları təklif edir ki, bunlar da keçilən dərsləri
daha maraqlı və effektiv edir.
Dostları ilə paylaş: