II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
196
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ALINMA SİNONİMLƏRİN AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNƏ İNTEQRASİYASI
Mirvari QASIMOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
qasimovamirvari@gmail.com
Dilin lüğət tərkibinin zənginləşməsinin birinci və əsas mənbəyini onun daxili imkanı təşkil edir. Ümumxalq danışıq
dili və onun müxtəlif sözdüzəltmə vasitələri istər dilin tarixi inkişaf prosesində və istərsə də onun müasir dövründə yeni
sözlərin yaranmasında həlledici olmuşdur [7, 84].
Qey etməliyik ki, dilin lüğət tərkibi daxili imkanlarla yanaşı bir sıra başqa yollar və üsullarla da zənginləşir. Başqa
dillərdən bu və ya digər təlabatla əlaqədar olaraq alınan sözlər və ya alınmalar da bunlardan biri kimi qəbul edilir.
Sivilizasiyanın müasir inkişaf mərhələsində, millətlərarası inteqrasiyanın insan həyatının bütün sahələrinə- iqtisadi,
siyasi, elmi-texniki, mədəni və s. nüfüz etdiyi müasir zəmanədə “saf, təmiz ” dil tapmaq çətindir.
Qeyd edilən bu və ya başqa səbələrdən dünyanın bütün inkişaf etmiş dilləri bir-birilə söz mübadiləsi aparmış, biri
digərindən söz almışdır. Dilə yeni gələn və ya gətirilən və dil daşıyıcıları tərəfindən qəbul edilən belə sölərə alınma,
“əcnəbi” [2, 92] sözlər deyilir.
Dilə məxsus olmayan, “ yad” vahidlərin hər hansı bir dilə daxil olması müxtəlif dillərdə fərqli səbəblərdən
qaynaqlansa da, oxşar və ya ümumi səbəblərdən də məhrum deyillər. Bunlardan həmin xalqın tarixi istilalara məruz
qalması, qonşu dövlətlərlə dostluq münasibətində olub, ticari və mədəni əlaqələr yaratması, coğrafi baxımdan əlverişli
mövqeyə sahib olub başqa xalqları cəlb etməsi kimi səbəblər əksər dillərdə alınma sözlərin dilə nüfuzunun başlıca səbəbləri
arasında göstərilir. Bu səbəbləri Azərbaycan və ingilis dillərinə də şamil etmək mümkündür. Belə ki, hər iki dilin mənsub
olduğu dövlət, xalq həmin səbəbləri doğuran amillərə malikdir.
Alınmalar dilin lüğət tərkibində göstərilən subyektiv səbəblərlə yanaşı bəzi obyektiv səbəblərdə də yer tuta bilirlər.
Yəni bəzi hallarda dildə müəyyən bir məfhumu ifadə edən müvafiq lazımi söz olmadığından həmin sözün başqa bir dildən
götürülməsi ehtiyacı yaranır.
Dilə daxil olma yollarından asılı olmayaraq alınma sözlər əksər dilçilər tərəfindən müsbət hal kimi, dili zənginləşdirən,
dildə seçim bolluğu yaradan amil kimi qiymətləndirilsə də, həmin dilçilər bunun “özbaşına” yox, “möhkəm əsaslarla”
edilməsini vurğulayırlar. Ə.Dəmirçizadənin yazdığı kimi: “Belə əsaslar olmadıqda dilə hər cür əcnəbi sözü gətirmək lüğət
tərkibini zibilləmək deməkdir” [2, 98].
Alınma sözlərin dildə sinonim vahidlərin əmələ gəlməsində də müəyyən rolu vardır. Həm Azərbaycan, həm də ingilis
dilində dilçilərin sinonim sözlərin növlərindən bəhs edərkən onları mənşəyinə görə milli və alınma olmaqla qruplaşdırması
fikrimizi təsdiqləyir [6, 307-309; 1, 31-32;]
Həm tarixin müxtəlif dövrlərində, həm də müasir zəmanəmizdə fərqli mənbələrdən dilimizə daxil olub “vətəndaşlıq”
hüququ qazana bilən sözlər sinonim cərgələrin genişlənməsinə, müxtəlifliyinə də səbəb olurlar. Dilimizdə əsasən ərəb, fars,
rus, qismən də latın,yunan və başqa Avropa dillərindən alınma sözlər mövcuddur. İngilis dilində isə latın, skandinav və
fransız dilindən alınmalar üstünlük təşkil edir. Lakin burada başqa dillərdən- italyan, ispan, alman və digər Avropa
dillərindən alınmalara da qismən təsadüf edilir.
Qeyd edək ki, dilimizdəki alınmalar mənşəyinə görə ərəb, fars, rus, avropa, qafqaz olmaqla göstərilsə də, dilçilərimiz
tərəfindən bu fərqli ardlcıllıqla verilir. Məsələn: Ə.Dəmirçizadə bu ardıcıllığı ərəb, fars, rus, Avropa kimi [2, 92] S.Cəfərov
qafqaz, fars, ərəb, rus, başqa dillər [1, 47-61] A.Qurbanov [6, 197-204] və B.Xəlilov [5, 40-60] isə ərəb, fars, rus, Avropa
olmaqla verirlər. Göründüyü kimi, dilimizdəki alınmalarda ərəb və fars mənşəli sözlər üstünlük təşkil etdir. Təbii ki, bu fakt
dilin sinonim sözlərində də özünü eynilə bu cür göstərir.
N.Seyidəliyev isə Azərbaycan dilində alınma sözlərin üslubi sinonimlər əmələ gətirməkdə rolunu qiymətləndirir və bu
tipli sözlərin dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə XIX əsrin 40-cı illərindən rus
dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Avropa dillərindən keçdiyini qeyd edir [10, 37].
Burada alınma sözlərin dilə inteqrasiyası ilə bağlı maraqlı və diqqət yetirilməli məqamlardan biri də “alınma sözün
sinonim olması üçün sinonimlik əlamətlərini kəsb etməsidir, yəni ümimiləşdirici bir əsas məna ilə daxil olduğu cərgədəki
digər sinonim sözlərdən müəyyən əlavə məna çalarlığı ilə fərqlənməsidir” [8,145]. Bunun əksi olarsa, yəni dilə başqa dildən
söz götürülən zaman sırf təkrardan qaçmaq məqsədi güdülərsə, “dil yersiz əcnəbi sözlərlə dolar və nəhayət, bir neçə lüğət
tərkibi olan bir “dil” yaradılar ki, bu da nəticə etibarı ilə ünsiyyətə yaramaz, yəni dil olmaz” [2, 126].
Hər iki dildə alınma sözlər həm milli sözlərlə, həm də öz aralarında sinonimik münasibətdə ola bilirlər :
a)milli mənşəli söz - alınma söz tipli sinonim cərgələr; məs: ağ - bəyaz (ərəb), qanacaq - mərifət (ərəb), çiçək – gül
(fars), ürək - qəlb (ərəb) - könül (fars) və s.
b)alınma söz - alınma söz tipli sinonim cərgələr, yəni sırf alınma sözlər hesabına yaranan sinonim cərgələr. Bu növdən
olan sinonim cərgələr həm eyni bir dildən alınma sözlərlə, həm də fərqli dillərdən alınma sözlərlə yaradıla bilirlər, məs:
|