XX əsrin əvvəllərində Azərbaycanin sosial-siyasi olayları ilə yanaşı, şeirdə də böyük dəyişikliklər əmələ gəlmişdi. Bu
dəyişkliklərin təsiri altında bir sıra şairlər ənənəvi mövzulardan aktual ictimai və mədəni mövzulara keçib xalqın zəruri
məsələlərilə yaşamağa başladılar. Quzeydə Q. Zakir, C. Məhəmmquluzadə, və M. Ə. Sabir kimi satrik ədiblər və güneydə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
239
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
də Möcüz Şəbüstəri və Marağalı Kərimi kimi yazıçılar ən gərgin günlərdə oyanış carçısı olaraq həm xalqı azadlıq, bilik,
ədalət və mədəniyyətə çağıraraq, həm də zülm, cəhalət, gerilik və bütün mənəvi xəstəlik və eybəcərliyi tənqid ediblər.
Müasir Zəncan ədəbiyyatındə satira məktəbinin davamçıları bu istiqamətdə bir sıra yeniliklər meydana gətirməklə, siyasi,
ictimai və dini səhnələrdə satira mövqeyini daha gücləndirib və meydanını çox genişləndirmişlər. Zəncanda bu yolun
davamçısı olan Əhməd Sadiqi, Huşəng Cəfəri və Abbas Babayi kimi öncül tənqidi əsərləri müxtəlif sosial siniflər
tərəfindən ləyaqətlə alqışlanır. Qənaətimiz budur kı, Müasir Zəncan ədəbi mühiti bir çox yeniliklərə qucaq açaraq
günümüzdə bir çoxşaxəli ədəbiyyat ocağıdır.
Dostları ilə paylaş: