KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” ƏSƏRİNİN DİLİ
Ceyran MURADOVA
Qafqaz Universiteti
esmasultanova@yahoo.com
Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan Abdullayev Kamal
Mehdi oğlu və ya Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatında yer tutan sənətkarlarımızdan biridir. Onun
qorqudşünaslığa aid yazdığı “Gizli Dədə Qorqud” , “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya
– Gizli Dədə Qorqud” adlı kitablar nəşr etdirmişdir. Ən məşhur əsəri isə bütün dünyada tanınan, dünyanın bir çox dillərinə
tərcümə edilən “Yarımçıq Əlyazma” əsəridir.
Əsərin dili sadədir, çünki o, xalq danışıq dili zəminində yaranmışdır. Oğuz elinin həyatında baş verən, təsəvvürlərdə
yaşayan hadisələr xalqın başa düşəcəyi bir dildə nəql edilir. əsərin dilində arxaizmlərdən istifadə edilmişdir, çünki həmin
arxaizmlər vasitəsilə o dövrə sanki bir səyahət edilir. Məsələn; öksüz-yetim ( - Qazan, ay Qazan, - dedi. Boğazca yazıq,
fəqir bir arvaddı. Anadı. Kimsəsiz qarıya döndü getdi. Bircəcənə oğlu vardır, o da atasız, öksüz... deyirəm...) (s.195); dan-
danışıq – söz-söhbət ( -indi, bəylər, siz söyləyin. Nə edəlim, nə yapalım? Dan-danışaq. Nə dersiniz?.. Qazan bunları deyib
susdu, yum verdi.) (s.169); var – get ( Qılbaş, var, zavallı quşcuğazı tikəndən al, - Bayındır xan bu sözləri çox yavaşdan
dedi.) (s.23) ətmək-çörək (mən öz ətməyimi qılıncımla, itaətimlə qazanmışam.)(s.178) və s.
Əsərdə xalqın mifik dünyagörüşünü əks etdirən obrazlara da rast gəlinir. Məsələn; Təkgöz ( Göz dedim, yenə məlun
Təkgöz yada düşdü. ), Nur daşı ( Məni uyquya verən Nur daşının dumanı oldu, Beyrəyin vaqeələrini mənə görümlü edən də
dəxi o oldu. ) (s.70) , Xızr ( Zaman keçdikcə Xızr sadağa olduğuma daha çox oxşamaga başlayırdı. ) və s.
Əsərdə zoonimlərə də rast gəlinir. Məsələn; it, qoyun, sürü, at, davar, keyik, cüyür və s. “Yarımçıq Əlyazma” əsərində
qeydə alınmış Bəraqcuq it adı verilmişdir. Bu da tədqiqatçılar arasında fikir ayrılığına səbəb olmuşdur. Əsərdə oğuz
qadınları mərd, hünərli, halal qadınlar olmuşlar və “Qırx oynaşlı Fatma” onlar arasında istisna təşkil edir.
Əsərin təsirli çıxması və süjet xəttinin maraqlı olması üçün atalar sözü və məsəllərdən istifadə olunur. Məsələn; Tək
əldən səs çıxmaz, bir daş altda bir daş üstdə,gözdən uzaq olmuşdu, könüldən iraq, məsləhətli don gen olar, halva – halva
dersən, ağız şirin olmaz və s.
Əsərin dili zəngin sinonimliyə malikdir. Sinonimlər təkrarları aradan qaldırmaqla yanaşı poetik mənanın
parlaqlaşmasına, konkretləşməsinə də kömək edir. Məsələn ; var – get ( Var, onu al tikənlərin içindən, uçsun getsin,
yaşasın. çün vəsiyyət etmişdi, mənə azadlıq vermişdi, buraxdılar, hara istərsən get dedilər.), qafa – baş ( 0 qafa ki, səndə
var , şərabın itisinə də dözər.) , ər - ərən - yigit, küçücük ölüm –uyqu –yuxu- gözümüzün acısını çıxartmaq ( arada bir
Bayındır xanı küçücük ölüm tutdu, uyquya getdi, mən də Qılbaş da başımızı hərə bir tərəfə atıb elə Xan otağındaca
gözümüzün acısını çıxardıq. ) , əhvalat -qəziyyə -vaqeə ( uzun bir qəziyyədir mənim qəziyyəm.), söz –laf -kəlmə ( İgidlər
sözsüz – kəlməsiz, baş endirib getdilər tövlədən iki at çıxarıb mindilər, Qaradarvazadan çıxıb çaparaq gözdən itdilər. – O
nə söz, nə laf?!), şaşırdım – təəccüb içində qaldım, Tanrı – Allah ( Yavaş, Tanrı eşqinə, yavaş, nədi sənin sözün? Nəyə
gəldin sən? – Lələ, sənsən ki varsan, ta özünü sən Allahın, gizlətmə. ), tufan – təlatüm ( Sonrası isə görəcəyimiz kimi əsl
tufan, təlatüm qopardı.) (s. 25) və s. Əsərin dilində fərqli söz birləşmələrindən istifadə olunmuşdur. Məsələn; mənim
qəribəm, mənim qədərinə, küçücük ölüm və s.
Əsərin postmodernist üslubda yazıldığı daha çox maraq doğurur. əsərdə olan fraqmentarlıq, qeyri- müəyyənlik,
sonluğunun olmaması və s. bu kimi məziyyətlər onun həqiqətəndə postmodernist olduğunu göstərir.
|