Microsoft Word Materiallar Full


XƏLİL RZA ULUTÜRK  POEZİYASININ ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə405/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   401   402   403   404   405   406   407   408   ...   1149
XƏLİL RZA ULUTÜRK  POEZİYASININ ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ 

 

Brilyant Quliyeva 

Bakı Slavyan Universiteti 



brilyant.guliyeva@gmail.com 

 

Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatında türkçülük, vətənçilik, azərbaycançılıq, istiqlalçılıq məfkurəsinin davamçısı 

kimi çıxış etmişdir. O, milli ideallarla yanaşı  bəşəri düşüncələrini də    öz  poeziya  nümunələrində  filosof, şair qələmilə 

təqdim edirdi. Şair  müxtəlif zaman kəsiklərində qələmə aldığı  şeirlərində türkçülüyə bağlılığını, türklüyü ilə öyündüyünü 

açıq–aşkar büruzə vermişdir. Türkçülüyün əsas elementlərinin qorunub saxlanılması baxımından X.RUlutürkün əvəzsiz 

xidmətləri sırasında onun  şeirlərində qədim türk dastanlarına və dastan qəhrəmanlarına münasibətini izləyə bilərik.    

X.R.Ulutürk həm heca vəzninin qayda–qanunlarına, həm də  əruzun  əsas prinsiplərinə  dərindən bələd olmuş 

şairlərimizdəndir. Onun  poeziyası dahi Azərbaycan şairi N.Gəncəvi və digər klassik ədəbiyyatın nümayəndələrinə istinad 

etməklə ən yüksək zirvəyə çatmışdır. Yaradıcılığının ilk illərində şair məişət mövzularına üstünlük vermiş, “Övlad həsrəti”, 

“Ata əlləri”, “Doğma ev”  və s. şeirlərini qələmə almışdır.  

XX  əsrin 50-60-cı illərində X.R.Ulutürk bir ömür uğrunda mübarizə aparacağı azadlıq ideayalarını  şeirlərinin 

mövzusuna və mayasına hopdurmağa çalışmışdır. Bu dövr yaradıcılığının bir qismini təbiət şeirləri təşkil etmiş, rəngarəng 

duyğu və düşüncələrini ifadə etmişdir.  Qələmini xalqın mənəviyyatına  əl uzadanlara  istiqamətləndirən  şair didaktik və 

fəlsəfi mahiyyətli şeirləri ilə də hər bir oxucunun qəlbinə yol tapmışdır. Sənətkarın şeirlərindəki əyanilik, obrazlılıq, bədii 

sözün qüdrəti, sərrastlıq və  səlislik  onun həm folklorumuza, həm də klassik ədəbiyyatımıza mükəmməl bələd olmasının 

məhsuludur: 

                                                    Kişi mənliyindən başlanır vətən,  

                                                    Vətən susdurulmaz kişi ruhudur,  - 

deyən X.R.Ulutürk XX əsrin 70-80 ci illər yaradıcılığına “Vətən” şeiri ilə başlamış, bu mövzuda yazdığı “Yurdum sənin 

sağlığına”, “Təbrizim mənim”, “Torpaq”, “Mən–Azərbaycanam”, “Azərbaycan” kimi şeirləri ilə davam etdirmişdir. Milli 

şüur, milli istiqlal carçısı X.R.Ulutürk dünya xalqlarının azadlığı, istiqlalı  uğrunda  daima mübarizə apardığı üçün haqlı 

olaraq onu XX əsrin I yarısının ilk istiqlal şairi kimi qiymətləndirmişlər.  XX əsrin 80-ci illərinin sonlarında   şair özünün ən 

ünlü  əsərlərindən olan “Davam edir 37” şeirini yazaraq 37-ci il repressiyasının qurbanı olan ədiblərimizi xatırlayır.  İş 

başında savadsız vəzifəpərəstlərin olduğu müddətcə bu hadisələrin davam edəcəyini, xalqımızın əzab çəkəcəyini, bu biganə 

başçıların isə baş verənlərə göz yumacağına inandığını bildirir. X.R.Ulutürk  şeirlərinin məhz cinayətlərlə mübarizə etdiyini 

və özünün bir gün bu hadisələrin qurbanına çevriləcəyini təxmin edirdi. Elə buna görə də alovlu misralarına görə  şair həbs 

olunur və  bir ilə yaxın Moskvanın Lefortovo zindanında saxlanılmışdır. Zindanda olduğu müddətdə  də  şair qələmini 

qoymur, yenə yaşadığı, lakin yaşamaq istəmədiyi  anları şeirlərində əks etdirir. O, dahi  şəxsiyyətlərin canına qənim kəsilən, 

soyuq, qaranlıq zindanla vidalaşır, onu zindana həbs etməklə, ilhamının susacağına inananları məyus edir: 

                                                 Əlvida, ey cəhənnəm, bircə budur təsəllim: 

                                                 Sənə cismimi verdim, ilhamımı vermədim.  

Şair sərbəst vəzndə yazdığı şeirləri ilə özündən əvvəl bu vəzndə yazmış şairlərin ənənələrini davam etdirməklə yanaşı, 

yaradıcılığının  əsas qayəsi olan millilik elementlərini də  şeirlərinin məzmununa hopdurmuşdur.  Şeirlərində əruz vəzni ilə 

hecanı çarpazlaşdıraraq hər iki vəznə ardıcıl olaraq yer verən şair, “Hara gedir bu dünya” adlı şeirinin “İki qardaşın söhbəti” 

bölməsində hər üç vəznə müraciət etmişdir. Bu da onun  şeir dilini digər şairlərimizin əsərlərindən fərqləndirərək, onlara 

sillabik–tonik səslənmə xüsusiyyəti vermişdir.  

X.R.Ulutürkün ilk şeirləri “Bahar gəlir” (1967)  kitabında  isıq üzü görmüşdür. Şairin poetik manifesti “Azadlıq” şeiri 

isə ilk dəfə  “Ədəbiyyat və incəsənət” qəzetinin  24 dekabr  1960-cı  il buraxılışında “Afrikanın səsi” adı altında dərc 

olunmuşdur. Məhz bu xüsusiyyətlərinə görə həqiqətləri və ziddiyyətləri poeziyasına gətirdiyi üçün onu dramatik  taleli şair 

də adlandıranlar vardır. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin