Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə413/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   409   410   411   412   413   414   415   416   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

244 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ŞƏRQİ ANADOLU AZƏRBAYCAN FOLKLOR MÜHİTİNİN REGİONAL 

XÜSUSİYYƏTLƏRİNİN ÖZÜNƏMƏXSUSLUĞU 

 

Emin AĞAYEV 

Qafqaz Universiteti 



eagayev1@qu.edu.az 

 

Şərqi Anadolu bölgəsi Türkiyə Cümhuriyyətinin yeddi  coğrafi bölgəsinin ən böyüyüdür.  Bu bölgəyə on dörd il-Ağrı, 

Bingöl, Bitlis, Əlazığ, Ərzincan, Ərzurum, Hakkari, Kars, Malatya, Muş, Tunceli, Van, Ərdahan və İqdır daxildir. Bu bölgə 

əsasən dağlıq ərazilərdən ibarət olsa da, dağlar arası ovalıqları da var.  Əhalinin əsas məşğuliyyəti maldarlıq, az miqdarda da 

əkinçilikdir. Türkiyə üzrə  əhalinin sıxlığının  ən az olduğu bölgədir. Burda hər km

2

  -ə 37 nəfər düşür.Azərbaycan 



(Naxçıvan), İran, İraq, Gürcüstan və Ermənistanla (tarixi Azərbaycan torpaqları ilə) sərhədləri var. 

Bu  illərdən  İqdır, Kars, Ərdahan  Ərzurum, Ağrı olmaqla daha çox azərbaycanlıların tarixən yaşadığı bölgələrdir. 

Burda danışılan dil, yaşanan folklor ümum Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi səciyyələndirilməlidir. Belə ki, 

Karsda, İqdırda danışılan dillə Naxçıvanda, Qarabağda, Arazdan cənubda – bütün Azərbaycanda danışılan dil eynidir.  

Şərqi Anadolu bəşəriyyət tarixinin ən qədim izlərini daşıyır. Burda yaşayan türk xalqları qədim tarixdən üzü bəri öz 

varlıqlarını qoruyub saxlamışlar. Ağrı dağı, Nuh peyğəmbərlə əlaqəli rəvayətlər bu yerlərin qədimliyindən xəbər verir. Bu 

yerlər zamanla Urartu, Skif dövlətlərinin, daha sonralar Bulqar, Hun və Xəzər türklərinin hakimiyyəti altında olmuşdur.  Bu 

kimi faktları  nəzərə aldıqda Səlcuqların bu ərazilərə  gəlməmişdən çox-çox əvvəllər də  Şərqi Anadolu türk yurdu kimi 

tanınmışdır. 

Orta  əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin  ərazisi olan bu yerlər Osmanlı – Səfəvi qarşıdurmaları zamanı 

tez-tez  əl dəyişdirmiş,  əhalinin etnik tərkibi və sayı daim dəyişmişdir. Burdakı  əhali zamanla yerləşim yerinə, həyat və 

yaşam tərzinə, dini inancına görə yerli, azəri, tərəkəmə, türkmən və s. adlandırılmışdır.  

Bir ulusun ayrı-ayrı qolları olaraq adlandırılan və tarixən  bu ərazidə yaşayan türk boyları – qaraqoyunlu, qarapapaq, 

afşar, ayrım, bayat və s.  fövqaladə zəngin, çoxvariantlı folklor nümunələrinə, adət və ənənlərə malikdir. Bunlara doğum 

adətləri, toy, yas və mövsüm mərasimləri,  Novruz bayramı kimi xalqın yaddaşında əbədiləşmiş, nəsildən-nəsilə ötürülən 

ənənlər daxildir. 

Mühit müəyyən  bir  coğrafi  ərazidə yaranmış, təkmilləşmiş, formalaşmış  və  ənənə  şəklində inkişaf edən  folklor 

hadisəsidir. Hər hansı bir mühit üçün yerli şəraitin, sosial həyatın və məişətin, adət və ənənənin, etnoqrafik xüsusiyyətlərin 

rolu son dərəcə  əhəmiyyətlidir. Mühitin yaranmasında, inkişaf prosesində etnik amillərin,  demoqrafik - əhalinin sayının 

artması və azalması kimi proseslərin  də rolu böyükdür. Deyilənlərlə yanaşı ən əsası mühitin təməlini təşkil edən  özək və 

aparıcı amil etnik mədəniyyətdir.  

Şərqi Anadolu azərbaycanlarının folklorunun ən gözəl nümunələrindən bayatılar, atalar sözləri, məsəllər, tapmacalar, 

nağıllar və s. daha ilkin variantı ilə günümüzə qədər gəlib çıxmışdır. Bir çox folklor nümunələri Azərbaycan Respublikası 

ərazisində olan Azərbaycan folkloru ilə eyniyyət təşkil etsə də, bəzi nümunələrin müxtəlif variantlarına rast gəlirik.  Ayrı-

ayrılıqda bu mühütün aşıqlarının həyat və fəaliyyətlərinə, aşıq mühütünə aid tədqiqat işlərin aparılmışdır. Təbii ki, bu da 

aşıq sənətinin, aşıqların geniş  əhatə dairəsi ilə  əlaqədədir. Lakin Şərqi Anadolu azərbaycanlılarının folklor mühüti, bu 

mühitin regional xüsusiyyətləri ayrıca tədqiqat işi kimi araşdırılmamışdır. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra 

geniş toplama işləri aparılsa da (Ə.Cəfəroğlu,  Ə.B.Ərciləsun,  Ə.Gemalmaz və s.) bunlara dilçilik materialları kimi 

yanaşılmış, folklor kontekstində  tədqiqat işləri aparılmamışdır.  Bu  da  öz  növbəsində  Şərqi Anadoluda yaşayan 

Azərbaycanlıların zəngin folklor mühütinə, onun regional xüsusiyyətlərinə kompleks şəkildə yanaşmanı şərtləndirir. 

Bu ərazinin folklor mühiti azərbaycanlıların yaşadığı mədəni sərhədləri müəyyən edir, eyni zamanda onlara aid folklor 

nümunələrini sistemli şəkildə toplamaq imkanı yaradır.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin