BƏXTİYAR VAHABZADƏ POEZİYASI MƏTN SİNTAKSİSİ İŞIĞINDA
Günel MİRZƏYEVA
AMEA , Dilçilik İnstitutu
gunel-mirze@rambler.ru
Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti xətti ilə seçilən yazarlarımız çoxdur. Ədəbiyyat tariximizdə
ən çox tanınmış öz dəst-xətləri ilə dogma dilimizin, ədəbiyyatımızın inkişafında mühüm rol oynamış novator sənətkarların
C.Cabbarlı, M.F.Axundov, S.Vurgun, Ə.Cavad, B.Vahabzadə, M.Müşfiq, Z.Xəlil yaradıcılıgının dil və üslub xüsusiyyətləri,
bədii dil incəlikləri peşəkarlıq və həssaslıqla təhlil edilmişdir.
Ayri-ayrı sənətkarların yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətləri fərqləndirərək hər ədibə onun öz poetik
dünyasının məntiqi baxımından maraq doguran müxtəlif fikirlər söylənilmişdir. Öz zəngin yaradıcılıgı ilə hamının diqqətini
çəkən ünlü yazarlarımızdan biri də B.Vahabzadədir. Yaşamağı yanmaqda görən, həyatın mənasını yanmaqda axtaran, ömrü
boyu “bircə ondan razıyam ki, özümdən narazıyam” deyən, dönməz məslək və əqidə sahibi Bəxtiyar Vahabzadə öz zəngin
fəlsəfi yaradıcılığı ilə nəinki Azərbaycan, eləcə də bütün Türk dünyasının ləyaqətli vətəndaş-şairidir. Onun şeirləri insanı
azadlığa, müstəqilliyə, məhəbbətə, sədaqətə səsləyir, mənəvi saflığa qovuşdurur. B.Vahabzadə yaradıcılığının daşıdığı məna
yükü o qədər dərindir ki, müxtəlif elm nümayəndələri, o cümlədən ədəbiyyatşünaslar, filosoflarlar, musiqişünaslar, eləcə də
dilçilər bu dərinlikdə ən sirli məqamları açmağa can atırlar. Bu baxımdan da B.Vahabzadə şeirlərinin dil və üslubunu
araşdırmaq zəruri və aktual məsələ kimi qiymətləndirilməlidir.
B.Vahabzadə poeziyasına mətn sintaksisi işığında nəzər salarkən maraqlı məqamlar aşkarlanır. Struktur mətnyaradıcı
faktor kimi çıxış edən ellipsisə də B.Vahabzadə dilində tez-tez rast gəlinir. “Dil vahidini ellipsisə uğratmaq, bu onu sadəcə
olaraq işlətməmək deyil, onu işlətməməklə onun məzmununu suppresiya vasitəsilə ifadə etmək deməkdir” (İ.F.Vardul) [1,
Yaman darıxmışam...Bu nədir yenə
Aglım saga baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola (B.Vahabzadə)
Axı uzaqdasan ....sənə sözüm var ,
Bir yol zeng eləsən axı nə olar?
Bilmirdim bu qədər dönükmüş üzün,
Bəs sənin hec yoxmu mənə bir sözün?
(B.Vahabzadə)
B.Vahabzadənin şeirlərində leksik-semantik, sintaktik kateqoriyalar xüsusi yer tutur. Sinonim sözlərin antonim
sözlərə çevrilib bədii təzad yaratdıgı maraq dogurur. Digər diqqət çəkən məqamlar B.Vahabzadə şeirində sintaktik
paralellizmlə (paralel konstruksiyalarla) bağlıdır.
|